très
trésorier
OBASTAN VİKİ
Tresorit
Tresorit ― İsveçrə və Macarıstanda yerləşən və müəssisələr və fərdlər üçün əsasən təkmilləşdirilmiş təhlükəsizliyə və məlumat şifrələməsinə yönələn bulud onlayn saxlama xidməti. Biznes versiyası hər istifadəçi üçün 1 TB-yə qədər disk sahəsi (solo versiyada tək bir istifadəçi üçün 2 TB təklif edir) və DRM, hərtərəfli giriş səviyyələri və "Tresorit"in daha etibarlı işbirliyi mühiti yaratmağa istinad etdiyi əlavə təhlükəsizlik funksiyalarını təklif edir. Bəziləri "Tresorit"i yüksək təhlükəsizlik alternativi Dropbox ilə müqayisə edirlər. "Tresorit" xidmətləri PK müştəri proqram təminatı, veb tətbiqetmə və mobil tətbiqetmələr vasitəsilə əldə oluna bilər. Hazırda proqram təminatı Windows, macOS, Android, Windows Phone 8, iOS, və Linux üçün mövcuddur. == Tarixi == Tresorit 2011-ci ildə macar proqramçılar tərəfindən qurulmuşdur, onlar baş direktoru vəzifəsində qalan İstvan Lam, hazırda informasiya texnologiyaları direktoru olan Silvester Sebeni və şirkətin baş direktoru vəzifəsini tutan Dyerd Silaci idi. Tresorit rəsmi olaraq 2014-cü ilin aprel ayında gizli beta versiyanı keçəndən sonra müştəri tərəfində şifrələnmiş bulud saxlama xidmətinə başladı. 2015-ci ilin avqust ayında təhlükəsiz bulud saxlama xidməti pioneri "Wuala" ("LaCie" və "Seagate"ə məxsusdur) 7 ildən sonra fəaliyyətini dayandırdığını elan etdi və istifadəçilərini təhlükəsiz bulud saxlama xidməti üçün alternativ olaraq Tresoriti seçməyə təşviq etdi. 2016-cı ilin sonlarına doğru Tresorit "ZeroKit" adlı proqram təminatının hazırlama dəstinin (SDK) beta versiyasını təqdim etdi. 2017-ci ilin yanvar ayında Apple-ın SDK CareKit layihəsi CareKit istifadə edən mobil tətbiqlərin hazırlayanlara "ZeroKit"in inteqrasiya edilməsinin mümkünlüyünü açıqladı, eyni zamanda tibbi və səhiyyə tətbiqləri üçün məlumatları yaymayan istifadəçi autentifikasiyasının və şifrələmənin təmin edildiyini bildirdi.