Turqutlar
Turqutlar — Monqolların qolu. Oyrat qrupundan.
== Tarixi ==
Bəzi qaynaqlara görə anlamı yer, yurd, durulan, yaşanılan yer, ömür, yaşam ya da ömürlü, durucu, uzun yaşamlı mənalarına gəldiyi bildirilən Turqut adı, bəzi lüğətlərdə bəldə, məkan, məskən olaraq yer alır.
Tarix səhnəsində Turqut, Turgavut, Turud, Turagut, Tourout, Torgut, Turqutoğulları, Turqutlu kimi isimlərlə gördüyümüz el ya da ellər haqqında çeşidli söz-savlar ortaya atılmaqdadır. Bir görüşə görə Turqut boyundan (Turgot) qərbə köç edərək Anadoluya yerləşənlər Kalmıklardır (Kalmuklar). Monqollar bunları (Turqutları) “Xas Monqol” saymazlar. Onlara görə Turqut boyu, Monqollaşmış Türklərdirlər.
Faruk Sümərin tanımlaması isə bu görüşün əksi yönündədir:
“Kalmuk=Kalmak” deyilən qövm həqiqi Monqollar olub ünləri daha Əmir Teymur dönəmində Mavəraünnəhrə qədər çatmışdı. Kalmıklar Buddist idilər. Kalmıkların batıya gələnlərinin çoğunu Torgut (Turqut) adlı Monqol boyu təşkil edirdi.