is. [
ər. ] Danlama, danlayış, məzəmmət, danlaq.
Lətif … Mərdanovanın ona dikilmiş düşüncəli gözlərində həm özünə qarşı töhmət, həm də böyük qayğı hiss etmişdi. H.Seyidbəyli.
Sona bu töhmətlərdən yuxuda da can qurtara bilmirdi. B.Bayramov.
□ Töhmət etmək – danlamaq, məzəmmət etmək.
Mayaya [Səkinənin] ürəyi yandı, Rüstəm kişiyə töhmət etdi. M.İbrahimov.
// Birinin hərəkətinə, işə münasibətinə rəsmən verilən mənfi qiymət.
Həmişə tərifnamə arzulayan Kosanın indi töhmət sözündən gözü bərələ qalmışdı. S.Rəhimov.
□ Töhmət almaq – pis əməlinə və ya işə pis münasibətinə görə töhmətləndirilmək, yazılı və ya şifahi töhmət verilmək. İşə gecikdiyi üçün töhmət almaq.
Töhmət vermək – pis əməlinə görə töhmətləndirmək, yazılı və ya şifahi töhmət vermək.
[Sevinc:] Mahmudla dalaşdığı üçün ona da töhmət verdilər. Z.Xəlil.