TƏHRİK (sözlə və ya başqa şirnikləndirici vasitələrlə birini bir iş görməyə vadar etmə, sövq etmə) Lakin heç bir sənət insanı əxlaqın təhrikindən və əqidələrin təsirindən qurtara bilməz (M.İbrahimov); TƏŞVİQ Klassiklərimizin yaradıcılığı üzərində uzun illər tədqiqat aparmış akademik H.Araslı, görkəmli alim Ə.Seyidzadə, filoloji elmlər doktoru M.Quluzadə və başqalarının Nəsimiyə, onun poeziyasına, fəlsəfi görüşünə həsr edilmiş məqalə və kitabları ədəbiyyatşünaslığımızda gərəkli səhifələr kimi, Nəsimi irsinin təhlil-tədqiq və təşviqində mühüm təşəbbüslərdir (R.Rza).