UÇURTMAQ₂

f.
1. Tikili, qurulu bir şeyi dağıtmaq, yıxmaq, uçqun hala gətirmək, xarabaya döndərmək. Köhnə binanı uçurtmaq.
– Hitler Polşanı ayaqlarkən dahi şair Adam Mitskeviçin heykəlini uçurtdu. M.Hüseyn.

2. məc. Devirmək, yıxmaq sındırmaq, son qoymaq, yoxa çıxarmaq.
Zaman bir gün uçurtdu şöhrət taxtından məni; Dar günümdə görmədim yanımda bir an səni. S.Rüstəm.

UÇURTMAQ₁
UÇURULMA₂

Значение слова в других словарях