Polad Həşimov 1975-ci il yanvarın 2-də Qutqaşen rayonunun (hal-hazırda Qəbələ rayonu) Vəndam qəsəbəsində anadan olmuşdur.[4] Atası — İsrayıl Həşimov metallurq idi və Sumqayıt şəhərinin Alüminium zavodunda əvvəlcə mühəndis, sonra isə növbə rəisi və sex rəisi vəzifələrində işləmişdir.[5] O, 2005-ci ildə uzun sürən xəstəlikdən sonra vəfat etmişdir.[6] Anası — Səmayə Həşimova isə həmin zavodda sıravi işçi olaraq işləmişdir. Polad Həşimovun babası 2-ci Dünya müharibəsinin veteranı olub və məhz o, nəvəsinə Polad adını qoymuşdur.[7] Polad Həşimovun ailədə 2 bacısı — Arzu və Kəmalə, və 1 qardaşı — İlham olmuşdur.[7] 1975-ci ilin iyul ayında — Polad Həşimov 6 aylıq olanda Həşimovlar ailəsi Qəbələ rayonundanSumqayıt şəhərinə gəlirlər və şəhərin 13-cü mikrorayon adlandırılan ərazisində yaşamağa başlamışdılar.[6][7][8]
Polad Həşimov 1982-ci ildə Sumqayıt şəhəri 28 nömrəli tam orta məktəbin birinci sinfinə qəbul olmuş və 1986-cı ilə qədər orada təhsil almışdır.[8] Yaşadığı ərazidə 33 nömrəli tam orta məktəbin inşa edilməsindən sonra o, 1986–1988-ci illərdə orada təhsil almışdır.[8] Polad Həşimov 8-ci sinifdə riyaziyyat üzrə olimpiadada II pillənin sahibi olmuşdur. 1988-ci ildə isə ərazidə daha bir təhsil ocağı — M. Müşfiq adına 34 nömrəli tam orta məktəb inşa edilmişdir və Polad Həşimov təhsilini orada davam etdirmişdir.[8] 1992-ci ildə oradan məzun olmuşdur.[2]
Səmayə Həşimova oğlunun hüquqşünas olmasını arzulayırdı.[6] 1992-ci ildə Qarabağda şiddətli döyüşlərin olduğu bir dövrdə Polad Həşimov evə gəlir və hərbçi olmağı qərara aldığını bildirir.[6] Anası çətin bir peşə olduğu üçün buna icazə verməsə də, atası artıq buna razılıq vermişdi. Həmin ilin avqustunda Polad Həşimov sənədlərini Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə vermişdir.[6]
1992-ci il avqustun 1-də Bakı Ali Birləşmiş Komandalıq Məktəbinə qəbul olan Polad Həşimov 1995-ci ildə oranı "Motoatıcı" ixtisası üzrə bitirmişdir.[2] 2014-cü ilin iyul ayında isə o, Silahlı Qüvvələrin Hərbi Akademiyasına daxil oldu və 2016-cı ildə "hərbi idarəetmə" üzrə magistr dərəcəsi almışdır.[2]
Polad Həşimov 1992-ci ilin noyabr ayında Birinci Qarabağ müharibəsi zamanı Ağdam rayonununMərzili və Novruzlu kəndlərinin müdafiəsi uğrunda gedən döyüşlərə qatılmışdır.[2] 702-ci motoatıcı briqadanın heyətində təlimlərdə olan Polad Həşimov 1994-cü ilin fevral ayında Murovdağ əməliyyatı zamanı Murov dağı silsiləsində "Güzgü", "Koroğlu" və "Ömər" postları uğrunda gedən döyüşlərdə savaşmışdır.[2] Həmin ildə o, Müdafiə Nazirliyi tərəfindən İstanbulunTuzla ilçəsində yerləşən Piyada Məktəbində üç aylıq təlimlərə göndərilmişdir.[2]
Birinci Qarabağ müharibəsinin bitməsindən sonra Polad Həşimov daim cəbhə bölgəsində olan hərbi hissələrdə xidmət etmişdir.[2] O, uzun illər Azərbaycan Silahlı QüvvələrininMurovdağ silsiləsində olan hərbi hissələrində xidmət etmişdir.[2] Polad Həşimov 1995–2017-ci illər ərzində Motoatıcı Taqım Komandiri vəzifəsindən Hərbi Hissənin Komandiri vəzifəsinə qədər müxtəlif vəzifələrdə çalışmışdır.[2]
6 il sonra isə Polad Həşimov "polkovnik-leytenant" hərbi rütbəsi almışdır və 2009-cu il iyunun 25-də Azərbaycan Prezidentiİlham Əliyev tərəfindən "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.[10] 2013-cü ildə komandiri olduğu hərbi hissələrin birində baş vermiş əsgər Ceyhun Qubadovun ölümü ilə bağlı rütbəsi alınaraq "mayor"a endirilmişdir.[11] 2014-cü ilin iyununda o, xidməti vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirən zaman fərqləndiyinə görə Prezident İlham Əliyevin 575 nömrəli Sərəncamına əsasən 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdir.[12][13]
2016-cı il aprelin 1-dən 2-nə ötən gecədən başlayaraq Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin bölmələri arasında cəbhənin Tərtər və Cəbrayıl-Füzuli istiqamətlərində şiddətli döyüşlər başlamışdır.[14] Tarixə Aprel döyüşləri olaraq yazılan hərbi əməliyyatlar zamanı Polad Həşimov 1-ci Ordu Korpusunun Komandir müavini — Qərargah rəisi idi.[14] Cəbhənin Tərtər rayonu istiqamətində gedən döyüşlərin idarə edilməsi məhz ona həvalə olunmuşdu. Gecə döyüşləri zamanı Tərtər rayonununTalış istiqamətində olan əlverişli mövqelər, strateji nöqtələr, o cümlədən Talış yüksəkliyi Azərbaycan Ordusu tərəfindən işğaldan azad olnumuşdur.
Polkovnik Polad Həşimov Azərbaycanın ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və Silahlı Qüvvələr qarşısında qoyulmuş tapşırıqları yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Prezidentiİlham Əliyevin 20 aprel 2016-cı il tarixli 1967 nömrəli Sərəncamına əsasən 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdir.[14]
Aprel döyüşləri zamanı Tərtər rayonu istiqamətində gedən döyüşlərin idarə edilməsi xidmətlərinə görə Polad Həşimova mənzil hədiyyə edilmişdir. Kirayə mənzildə yaşamasına baxmayaraq Polad Həşimov həmin mənzili Aprel döyüşləri zamanı şəhid olan hərbçinin ailəsinə bağışlamışdır.[14]
Polad Həşimov 2017-ci ildən 3-cü Ordu Korpusunun Komandir müavini — Qərargah rəisi vəzifəsində çalışırdı.[2][15]
İyulun 13-dən 14-nə ötən gecə və səhər saatlarında Azərbaycan–Ermənistan dövlət sərhədininTovuz rayonu sahəsində şiddətli döyüşlər davam edib.[23] Gecə döyüşləri zamanı Ermənistan Silahlı Qüvvələrinin fəaliyyətinin qarşısının alınması məqsədilə görülən cəza tədbirləri nəticəsində Ermənistan Ordusuna məxsus müxtəlif təyinatlı hərbi nəqliyyat vasitəsi, döyüş vasitələri, müdafiənin dərinliyində yerləşən ehtiyatlar və canlı qüvvə məhv edilib.[23]
Bu gün səhər saatlarında döyüş zamanı general-mayor Həşimov Polad qəhrəmancasına ön xətdə şəhid olmuşdur. Onunla birgə polkovnik Mirzəyev İlqar da şəhid olub. Bu onu göstərir ki, bizim generallar və yüksək rütbəli zabitlər əsgərlərin arxasında gizlənmirlər və döyüş tapşırıqlarını ləyaqətlə yerinə yetirirlər. Təəsüflər olsun ki, döyüşlər itkisiz olmur. Müdafiə Nazirliyi rəhbərliyi adından şəhidlərimizə rəhmət, şəhidlərimizin ailələrinə səbir diləyirik. Yaralı dostlarımıza şəfa diləyirik. Əmin etmək istəyirəm ki, şəhidlərimizin, yaralıların qanı yerdə qalmayacaq.[27]
İyulun 14-də günorta saatlarında Polad Həşimovun nəşi doğulduğu Qəbələ rayonununVəndam qəsəbəsinə gətirildi.[29] Hələ səhər saatlarından vida mərasimi üçün minlərlə insan Qəbələ şəhərindən Vəndam qəsəbəsinə axın eləmişdi.[17] Doğma yurdunda vida mərasimi baş tutandan sonra Polad Həşimovun nəşi böyüyüb boya-başa çatdığı Sumqayıt şəhərinə yola salındı.[17] Axşamüstü Polad Həşimovun nəşi minlərlə insanın izdihamı ilə evinə gətirildi.[30] Dəfn mərasimi bir gün sonra baş tutdu.[31]
Polad Həşimov ölümündən sonra Azərbaycan cəmiyyətində fenomenə çevrilən nadir şəxsiyyətlərdən biri oldu. İyulun 14-də onun şəhid olmasından sonra əsgərləri və xidmət yoldaşları onunla bağlı xatirələrini bölüşdülər.
Polad Həşimovun şəhid olmasının açıqlanmasından sonra, iyulun 14-dən Bakı şəhərində on mindən çox insan Şəhidlər Xiyabanının önünə toplaşaraq Azərbaycan Ordusuna dəstəyini və Qarabağ uğrunda müharibəyə hazır olduğunu bəyan ediblər.[37]
Polad Həşimovun şəhid olmasından sonra əsasən Qəbələ rayonunda olmaqla yeni doğulan oğlan uşaqlarına "Polad" adı verildi.[38][39]
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və döyüş tapşırıqlarını yerinə yetirən zaman göstərdiyi igidliyə görə Azərbaycan Prezidentiİlham Əliyevin 9 dekabr 2020-ci il tarixli 2337 nömrəli Sərəncamına əsasən Polad İsrayıl oğlu Həşimova ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verildi.[41]
2021-ci ildə Sumqayıt şəhəri 28 nömrəli tam orta məktəbə Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimovun adı verilmişdir.[42][43][44]
2020-ci ilin avqust ayında Polad Həşimova həsr olunan 2 kitab işıq üzü gördü. Əvvəlcə Qanun Nəşriyyatı tərəfindən "Polad Generalımız" adlı kitab nəşr edildi.[45] Daha sonra isə "Hədəf" Nəşrləri və "XAN" Nəşriyyatı tərəfindən Polad Həşimova həsr olunan növbəti kitab nəşr edildi. "General Polad Həşimov xatirələrdə" adlanan kitabda Polad Həşimovun anası, həyat yoldaşı, qızı, həmçinin xidmət yoldaşlarının onun haqda xatirələri yer alıb.[46]
Əməkdar jurnalist, tarix üzrə fəlsəfə doktoru, istefada olan polkovnik Hikmət Xudiyevin "Milli Qəhrəman Polad Həşimov" kitabı şəhid generalın həyatından ətraflı bəhs edir.[47]
Polad Həşimovun şəhid olmasından bir gün sonra müğənni Çingiz Mustafayev Polad Həşimovun timsalında Tovuz döyüşlərində şəhid olanlara həsr olunan "Vətənim Kimiyəm" mahnısını təqdim elədi.[48] 2020-ci il avqustun 22-də Polad Həşimova həsr olunan "Paşam, hey!" mahnısı təqdim olunub. Mahnının musiqisi Faiq Sücəddinova, sözləri isə Musa Uruda məxsusdur. Mahnını Şəmistan Əlizamanlı ifa edib.[49][50] 2020-ci il avqustun 24-də İctimai TV-də Polad Həşimova həsr olunan "Poladın 7 anı" sənədli filmi təqdim olunub. 26 dəqiqədən ibarət olan sənədli filmin müəllifi İlham Tumas, rejissoru isə Ruslan Hüseyndir.[51][52]
2023-cü ildən Polad Həşimovun şəxsi əşyaları — hərbi forması, qələmi, əlyazması və fotoşəkilləri ailəsi tərəfindən Milli Azərbaycan Tarixi Muzeyinə təhvil verilmişdir və orada nümayiş olunur.[53]
2020-ci ilin avqust ayında Qəbələ şəhərində mərkəzi küçələrin birinə Polad Həşimovun adı verilib.[54]
2020-ci il oktyabrın 2-də TürkiyəninElazığ ilinin Keban ilçə Bələdiyyəsi küçələrin birinə Polad Həşimovun adının verilməsi barədə qərar qəbul edib. 2021-ci ilin yanvarında qərar icra olunaraq küçələrin birinə Polad Həşimovun adı verilib.[55]
2020-ci il oktyabrın 28-də Bursa ilinin Osmanqazi ilçəsində Polad Həşimovun adını daşıyan bağın açılışı olub.[56][57]
2021-ci ilin yanvar ayında Quba şəhərində mərkəzi küçələrin birinə Polad Həşimovun adı verilib.[58]
2021-ci ilin fevral ayında Sumqayıt şəhərində mərkəzi küçələrin birinə Polad Həşimovun adı verilib.[59]
2021-ci ilin aprel ayında Polad Həşimovun və Vətən müharibəsi şəhidi Aqşin Qədirzadənin adına Qəbələ rayonuZərgərli kəndi, Qəbələ-Oğuz yolunun kənarında bulaq istifadəyə verilib.[60]
2021-ci il mayın 7-də Bakıda Pavel Naximov küçəsinin adı Polad Həşimov olaraq dəyişdirilmişdir.[61]
2021-ci il iyulun 22-də Bakının Xətai rayonunda Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun adını daşıyan park istifadəyə verilib.[62]
↑ 12Müdafiə Nazirliyinin Mətbuat Xidməti. "İtgi verən düşmən geri oturdulub". www.mod.gov.az (Azərbaycan Müdafiə Nazirliyi) (az.). 12.07.2020. 2021-01-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12.07.2020.