Sehrli xalat (film, 1964)
"Sehrli xalat" — rejissor Əlisəttar Atakişiyevin filmi.
== Məzmun ==
Filmdə məşhur illüzionist İo Kionun (Anatoli Falkoviç) köməyi ilə uşaqlar bir növ keçmişə və gələcəyə səyahət edirlər. Burada hər iki dövrə həmin dövrün uşaqlarının gözü ilə baxılır.
== Film haqqında ==
Rəşid rolunun ifaçısı Azər Qurbanov rusdilli olduğundan filmin Azərbaycan variantında onu Yusif Şeyxov səsləndirmişdir.
Pioner rollarında çəkilmək üçün 500-600 uşaq sınaq çəkilişlərindən keçib.
Filmin kinomusiqisi bəstəkar Arif Məlikovun yazdığı ilk kinomusiqidir.
Film haqqında "50 illik sehr" adlı sənədli film çəkilmişdir.
2014-cü ildə filmin 50 illiyi qeyd olunmuşdur.
Film Bakıda Maştağa qəsəbəsində və İçərişəhərdə, İsmayıllı rayonunun Cülyan kəndində, eləcə də Belorusiya SSR-in paytaxtı Minsk şəhərində pavilyonda çəkilmişdir.
== Filmin heyəti ==
=== Film üzərində işləyənlər ===
Ssenari müəllifi: Aleksandr Tarasov, Əlisəttar Atakişiyev
Quruluşçu rejissor: Əlisəttar Atakişiyev
Quruluşçu operator: Teyyub Axundov
Quruluşçu rəssam: Məmməd Hüseynov, Cəbrayıl Əzimov
Bəstəkar: Arif Məlikov
Səs operatoru: Paşa İbrahimov
Dirijor: Niyazi
Geyim rəssamı: Qəzənfər Xalıqov
Qrim rəssamı: V. Bereznyakov
Montaj edən: Tahirə Babayeva
Redaktor: Ədhəm Qulubəyov
Operator: Əlihüseyn Hüseynov
Quraşdırılmış səhnələrin operatoru: Sergey Klyuçevski
Quraşdırılmış səhnələrin rəssamı: Eduard Abdullayev
Rejissor assistenti: Əşrəf Mamayev, Tələt Rəhmanov, Əli Məmmədov, A. Süleymanov
Operator assistenti: İ. Qafarov, Ramiz Babayev
Dekor rəssamı: T. Abdullazadə
Filmin direktoru: V. Dudiyev, S. Kolpakov
=== Rollarda ===
Azər Qurbanov — Rəşid
Solmaz Hətəmova — Zərifə
Kolya Loginov — Petya
Yusif Şeyxov — Eldar
Əliağa Ağayev — Xan
Anatoli Falkoviç — İo Kio
Möhsün Sənani — Möhsün Ağayev
Ağahüseyn Cavadov — baş vəzir
İsmayıl Osmanlı — vəkil
Hüseynağa Sadıqov — vəzir
Məmməd Sadıqov (Məmməd Sadıxov kimi) — münəccim başı
Əfrasiyab Məmmədov — sərdar
Ələkbər Hüseynzadə — qoca
Mollağa Bəbirli — xəzinədar
Bahadur Əliyev — yaraqlı
Lütfi Məmmədbəyli — Eynulla müəllim
Tələt Rəhmanov — milis işçisi
A. Şükürov — məktəbli
K. Nemətova — məktəbli
Nazim Mustafayev — Arif
T. Rəsulov — məktəbli
Ə. Əhmədova — məktəbli
Məmmədsadıq Nuriyev — tacir
Əli Xəlilov — tacir
Arif Mədətov — sirk artisti
Almaz Mustafayeva — Səidə
Zamiq Əliyev — tar çalan (titrlərdə yoxdur)
=== Filmi səsləndirənlər ===
Yusif Vəliyev — İo Kio (Anatoli Falkoviç) (titrlərdə yoxdur)
Bahadur Əliyev — milis işçisi (Tələt Rəhmanov) (titrlərdə yoxdur)
Müxlis Cənizadə — Eynulla müəllim (Lütfi Məmmədbəyli) (titrlərdə yoxdur)
Yusif Şeyxov — Rəşid (Azər Qurbanov) (titrlərdə yoxdur)
Əminə Yusifqızı — Eldar (Yusif Şeyxov) (titrlərdə yoxdur)
Əlizaman Qasımov - Möhsün Ağayev (Möhsün Sənani) (titrlərdə yoxdur)
Süleyman Ələsgərov (aktyor) - qoca (Ələkbər Hüseynzadə)(titrlərdə yoxdur)
== İstinadlar ==
== Mənbə ==
Ə.Azad.