XOŞQILIQ

sif. Xoşxasiyyətli, hamı ilə yola gedən, xoşrəftar. Xoşqılıq adam.
– Günəşüzlü, şirinsözlü, xoşqılıq; Ləblərindən axar balı gözəlin. M.P.Vaqif.
Otuz beş yaşlarında, ortaboy, xoşqılıq, qəşəng görkəmli Sona qapıda göründü. M.Süleymanov.
Ümid necə xoşqılıq; Ümid necə işvəkar; O – bütün qıfıllara; Düşən sirli bir açar. B.Vahabzadə.

Синонимы

  • XOŞQILIQ xoşqılıq bax xoşrəftar(lı)

Антонимы

  • XOŞQILIQ XOŞQILIQ – AMANSIZ Düşmənə amansız ol; dosta xoşqılıq (R.Rza)
XOŞQƏDƏMLİ
XOŞQILIQLIQ

Значение слова в других словарях