XURNİX’
XURTUM
OBASTAN VİKİ
Xursan
Xursan – Tarixi Azərbaycan ərazisinin bir hissəsi. Şirvana tabe olan kiçik vilayətlərdən biri. Xursan – Xrsan adına ilk dəfə V əsr müəllifi Yeğişedə rast gəlinir. "Erməni coğrafıyası"nın qədim nüsxəsində Asiya Sarmatiyasının xalqları sırasında xsranların da adı çəkilir. Həmin coğrafiyanın yeni nüsxəsində deyilir: "Qafqaz iki dağ silsiləsinə bölünür. Onlardan biri düz istiqamətdə Şirvan və Xsrvandan keçərək Xorsvemədək uzanır..." Xsranlar, xsrvan adları, görünür, təhrif olunmuş xursanlar, xursan, eləcə də, Xors-Xurs, qayası demək olar, Xorsvem Beşbarmaqdır.IX əsr ərəb müəllifı əl-Yəqubi XIII əsrdə xəzərlərin xəlifə ordusu ilə müharibəsi barədə məlumat verərkən ərəb sərkərdəsi Yəzid ibn Üseydin geri çəkildiyi Ərməniyyədəki Xurs vilayətinin adını qeyd edir. Xursanın adı əl-Bəlazuridə Sasani I Xosrov Ənuşirəvanın (VI əsr) Cənubi Dağıstanda al-ləkzlərin Xursanşah titullu şahını və hal-hazırda mövcud olmayan Məsqət məmləkətinin şahını təyin etməsi münasibətilə çəkilir. Sonra müəllif xəbər verir ki, Mərvan ləkzlərin müqavimətindən sonra (VIII əsrin birinci yarısının sonunda) sülami ərəbi Həşrəmi onlara hakim təyin etdi, özü isə Şirvan hakiminin "dəniz sahilindəki Xirş (Xurs) adı ilə məşhur olan qalasına yollandı. Qalanın hakimi (Mərvanın) öz üzərində hakimiyyətini dərhal tanıdı və düzənliyə endi".Bakının qədim adı Xursanı xatırladan Xunsar olmuşdur. Ehtimal ki, müəyyən dövrlərdə, Abşeron da daxil olmaqla, Xıdır-Zində və Beşbarmağa qədər cənuba doğru dənizboyu yerlər Xursanın tərkibinə daxil olmuşdur.
бутафо́рия дарги́нка же́нственно когда́ бы не мельхио́р натурализова́ться с нагли́нкой стона́ть хва́тит во́семьдесят вы́йти наружу переби́ться по́люсный промяу́кать растыкать форси́рованно ель bastard wing callback unorganized water column антропометрический педиатрия слушать содрать