XÖRƏKPAYLAYAN

XÖRƏKPAYLAYAN Üzü tüklü, xəyal pəjmürdə, göz kölgəli, cibdə cəmi-cümlətanı əlli manat... Hətta xörəkpaylayanlar belə bunu hiss etdilər (Ə.Qasımov); KELNER Şahlar kelneri çağırıb bizdən soruşdu: “Kim nə istəyir?” (İ.Əfəndiyev); OFİSİANT Ofisiant oğlan dedi ki, yaxşı quzu ətindən tikə, qoyun ətindən lülə... (Qəzetlərdən); YEMƏKPAYLAYAN Baş mühəndis də ki, bir vaxt restoranlarda yeməkpaylayan işləyəndə, müştərilər onu barmaqla göstərirdilər və sair və ilaxır (Ə.İldırımoğlu).

XÖRƏKBİŞİRƏN
XÖTƏK

Значение слова в других словарях