XÜRUC

is. [ ər. ] klas. Çıxma, bayıra çıxma.
□ Xüruc etmək – çıxmaq.
… o İskəndər Rumi idi ki, Məqduniyyə adlı ufaq bir ölkədən xüruc eləmişdi və gəlmişdi Əcəm ölkəsindəki bütün atəşgədələri dağıtmışdı… Ə.Məmmədxanlı.

// Zühur etmə, zahir olma, ortaya çıxma.
[Axund:] Yəqin dünyanın axırı və Dəccalın xürucu yaxınlaşıb. Ə.Haqverdiyev.

XÜRRƏM
XÜSUS

Значение слова в других словарях