XIM
XIMEL
OBASTAN VİKİ
HIM
HIM - Finlandiya rok qrupu, 1991-ci ildə vokalist Ville Valo, gitarist Mikko Lindström ve basist Mikko Paananen tərəfindən qurulan Rock qrupudur. Qrupun orjinal adı “His Infernal Majesty-(Onun Cəhənnəm E’lahəzrəti)” idi, Ancaq qrupa gələn bəzi iradlara görə adlarını qısaldaraq "HIM" adlandırdılar.1991-ci ildə əsası qoyulmuş qrupun ilk üzvləri : Ville Valo (vokal), Linde Lindstorm (gitara), Mige Amour (bassist), Yuhana Rastala (baraban) idi. 1996-cı ilde Antto Melasnemi (klaviş) qrupa qoşuldu. Lakin 1998-ci ildə Antto qrupu tərk etti və onu Yussi Salminen əvəz etti. Qrup heyətində 1999-cı ildə yenidən dəyişiklik oldu, bu dəfə Yuhananı Qas Lipstik əvəz etti və qrup bu heyətlə öz fəaliyyətinə bu gün də davam etməkdədir. Qrupun bu günədək 7 studio albom buraxmışdır.HIM qrupu gothic metal/rock üslubunda fəaliyyət göstərir,musiqi və mahnı sözləri kədər,hüzn və ölümdən bəhs edilir.Bundan əlavə qrup üslub üçün tənqidlərə məruz qalmışdır. == Qrupun simvolu == Qrupun Heartagram adlı simvolu ürək və pentaqram simvollarının birləşməsindən meydana gəlir. HIM vokalist və qurucusu Ville Valoya görə heratagram eşq və ölümü ifadə edir.Bəzi adamlar Heartagramın satanizm simvolu kimi hesab edirlər.Amma Ville Valo bunu çox sərt şəkildə təkzib edir. == İlk vaxtlar == Qrup əslində kariyerasına Kiss, Type O Negative, Danzig, Black Sabbath və Depeche Mode kimi qrupları mahnılarını coverlayaraq başladı.HIM, 20 Noyabr 1997-ci ildə ilk studiya albomları olan Greatest Lovesongs Vol. 666ın Finlandiyada çıxartdılar.