1. Bir-birinə dəyən, sürtünən şax şeydən və ya axan sudan çıxan xəfif səs, xış-xış səsi. Atlaz xalatların xışıltısı. – Ay qara buludun dalına girdi, yerə qara pərdə çəkildi.
Ocağın alovu söndü, meşədə xışıltı artdı.
Xışıltı ilə axan çayın səsi ətrafın sükutuna başqa bir ahəng verirdi.
Söyüdlü arx yarpaqların incə xışıltısı altında səssizcə axıb gedirdi.
2. Təngnəfəslikdən törəyən boğuq səs; töyşük.
[Sədrin] sinəsindəki xışıltı get-gedə artırdı.