XƏLUQƏ
XƏMSƏ
OBASTAN VİKİ
Elçin Xəmmədov
Elçin Bayram oğlu Xəmmədov (21 yanvar 1974; Bakı, Azərbaycan İmişli rayonu— 07.03.1994 Füzuli rayonu, aşağı Seyidəhmədli Azərbaycan — Quru qoşunları == Həyatı == Elçin Xəmmədov 1974-ci il yanvarın 21-də İmişli rayonu aşağı Sarxanlı kəndində anadan olub. Elçin Xəmmədov 1982 - ci ildə İmişli rayon aşağı Sarxanlı kəndində Əlixankişiyev adına tam orta məktəbdə təhsil alıb. Subay idi. == Hərbi xidməti == Elçin Xəmmədov 1993-ci ilin noyabr aylarında Qarabağ müharibəsində savaşıb. Elçin Xəmmədov 1993-ci il noyabr ayında Ermənistan Silahlı Qüvvələri tərəfindən törədilən genişmiqyaslı təxribatın qarşısının alınması zamanı şəhid olub.
Əmral Xəmmədov
Əmral Zaur oğlu Xəmmədov (2 oktyabr 2001; Çaxırlı, İmişli rayonu, Azərbaycan — 15 oktyabr 2020; Hadrut, Xocavənd rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Əmral Xəmmədov 2 oktyabr 2001-ci ildə İmişli rayonunun Çaxırlı kəndində dünyaya göz açmışdır. Orta təhsilini İmişli rayon Çaxırlı kənd tam orta məktəbində almışdır. == Hərbi xidməti == Əmral Xəmmədov Xüsusi Təyinatlı Dəstələrin əsgəri olaraq xidmət etmişdir. Azərbaycan Ordusunun əsgəri olan Əmral Xəmmədov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Murovdağ və Cəbrayıl döyüşlərində vuruşmuşdur. Cəbrayılın girişində bayraq dalğalandırmışdır. Əmral Xəmmədov 15 oktyabr 2020-ci ildə Hadrutun azad olunması uğrunda gedən döyüşlərdə döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əmral Xəmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Əmral Xəmmədov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Əmral Xəmmədov ​ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Əmral Xəmmədov ​ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Əmral Xəmmədov ölümündən sonra 3-cü dərəcəli "Rəşadət" ordeni ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Əmral Xəmmədov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
жадо́бина золи́льный интерне́тный искуси́тельно ку́хта набре́дить парази́тка пооригина́льничать псалми́ст термохими́ческий брюне́тка карбониза́ция непедагоги́чный повери́тель пришиби́ть склева́ть трубы горят cavity equative percental phraseogram prerelease sentry-line specie диалектический