YAK
YAKOBİNÇİ
OBASTAN VİKİ
Yakobinlər
Yakobinlər (fr. Jacobins) — Fransanın inqilab tarixində mövcud olmuş fransız siyasi cərəyanının — yakobinlər klubunun (club des Jacobins) üzvüləri. 1793–1794-cü illərdə yakobinlər diktaturasının qurucuları. Klub 1789-cu ildə milli şuranın bretonlu deputatlar fraksiyası əsasında, Parisin Müqəddəs Yakob dominikan kilsəsində yaradıldığı üçün yakobinlər adlandırılmışdır. Yakobinlər klubu fransız inqilabının gedişində böyük təsir qüvvəsinə malik olmuşlar. Məhz fransız inqilabı yakobinlər klubunun təsiri ilə inkişaf etmiş və onun taleyi ilə birlikdə məğlub olmuşdur. Yakobinlərin hakimiyyəti dövründə bir sıra radikal reformlar və kütləvi terrorlar həyata keçirilmişdir. Yakobinlər klubuna 3 cərəyan (partiya) daxildir: Jorj Jak Dantonun rəhbərlik etdiyi sağlar; Maksimillian Robespyerin başçılıq etdiyi mərkəzçilər; Jan Pol Maratın (ölümündən sonra Jak Rene Eberin və Pyer Qaspar Şomettin) rəhbərlik etdiyi sollar. 1791-ci ilə qədər yakobinlər ələlxüsus Maksimillian Robespyerin başçılıq etdiyi mərkəz konstitusiyalı monarxiyanın, ölkənin bütövlüyünün, milli müdafiənin əksinqilabçılara və daxili terrora qarşı gücləndirilməsinin tərəfdarı olaraq, 2 iyun 1793-cü ildə əvvəl jirondistləri sonra isə ebertistlər və dantonistləri devirərək, Maksimillian Robespyerin 9 termidor çevrilişinə qədər mühüm siyasi qüvvəyə çevrilmişlər. Yakobinlər Maksimillian Robespyerin edamından sonra termidorlar və royalistlər tərəfindən təqiblərə məruz qalırlar.

Значение слова в других словарях