YİYƏ O zaman ayrılanda nə təhər oldusa, Durmuş xali yer yiyəsi oldu (Mir Cəlal); AĞA (köhn.) İnsan bütün varlığının ağasıdır, hakimidir (M.İbrahimov); ƏHL (adətən tərkiblərdə işbdilir) Dərd əhliyəm, qəm hərfini qanaram (M.P.Vaqif); ƏRBAB (köhn.) Əmlak bizimdirsə, əyalət də bizimdir; Divan bizim, ərbabi-hökumət də bizimdir (M.Ə.Sabir); MALİK (köhn.) Qarnını qabağa verib saymazyana hovuzların, çadırların qabağından ötüb keçər, tanış maliklər və tacirlərlə yüngülcə salamlaşar, dodaqlarında ağır təbəssüm, iri başını yırğalaya-yırğalaya uzaqlaşardı... (F.Sadıqzadə); SAHİB [Qızlar] qız vaxtı dədələrinə “ağa” deyərdilər, arvad olduqda ərlərini “sahib” adlandırırlar (Çəmənzəminli).