YUMAQ

Bu feil mənbələrdə cumaq kimi verilib. Cu isə “su” deməkdir. Deməli, yumaq sözü su ilə bağlıdır. Eləcə də cummaq (özünü suya atmaq), çamır (suyu çox olan palçıq) və s. su anlamı ilə əlaqədardır. Yumaq (cumaq) “suya salmaq”, su ilə “təmizləmək” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

YULĞUN
YUMORİSTİK
OBASTAN VİKİ
Gövdəsiz yumaqotu
Gövdəsiz yumaqotu (lat. Carlina acanthifolia) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yumaqotu cinsinə aid bitki növü.
Yumaqotu
Yumaqotu (lat. Carlina) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
Yumaqvari zəngçiçəyi
Yumaqvari zəngçiçəyi (lat. Campanula glomerata) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin zəngçiçəyikimilər fəsiləsinin zəngçiçəyi cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Syncodon glomeratum (L.) Fourr.
Adi yumaqotu
Аdi yumаqоtu (lat. Carlina vulgaris) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yumaqotu cinsinə aid bitki növü. == Qısa morfoloji təsviri == İkiillik, hündürlüyü 30-50 sm, gövdəsi düz, sadə yuxarı hissədə qalxanvari budaqlı olan, hörmüçəktorlu, lifli bitkidir. Yarpaqları cod, lansetvari və ya ensiz lansetvaridir, aşağıdakı yarpaqları daha uzun və ensiz, sonrakılar – oturaq, yuxarıdakılar — başcıq kimi sıxılmışdır. Səbətciklərinin eni 2-3 sm, tək-tək və ya 3-5 sayda olmaqla birlikdə yerləşmişdir. Sarğıların xarici yarpaqcıları tikanlı, dişlidir. Çiçəkləri sarı və ya açıq sarı, ucları al qırmızıdır. Toxumcaları 2-4 mm uzunluqda, mixəyi, tüklənmişdir; kəkili toxumcadan 2-3 dəfə uzundur. == Yayılması == BQ qərbi, BQ şərqi, BQ Quba sahəsinin rayonlarında orta dağ, nadir hallarda subalp qurşağında yayılmışdır. Meşə talalarında, yol və meşə kanarlarında, nadir hallarda dağ çəmənlərində bitir.

Значение слова в других словарях