YUMŞALTMAQ

f.
1. Yumşaq, elastik hala salmaq; sərtliyini, bərkliyini rəf etmək. Torpağı yumşaltmaq. Yunu yumşaltmaq. Dərini suya qoyub yumşaltmaq. Dəmiri odsuz yumşaltmaq olmaz.
– Qızlar təkcə kətmənlə torpaq yumşaltmırdılar. Ə.Vəliyev.

2. Sərtliyini, hiddətini, inadını azaltmaq, yola gətirmək, razı etməyə çalışmaq. Ürəyini yumşaltmaq. Həyat onun xasiyyətini xeyli yumşaltmışdı. Nə qədər çalışdıqsa, onu yumşalda bilmədik.
[Naşad] [Mehribanı] yumşaltmaq məqsədi ilə mülayim bir tərzdə dedi… S.Hüseyn.
Günlər gəlib keçər, aylar adlar, Əfruz bacı Mədətin qılığına girər, onu yumşaltmağa çalışardı. S.Rəhimov.
Sadıq onu yumşaltdı: – Ay arvad, səni çöldən tapmamışam, hara keyfindir, aparım. Mir Cəlal.

// Hirsini soyutmaq, rəhmə gətirmək.
…Gülyaz qocanı dilə tutub yumşaltmaq, onun hirsini soyudub öz istəkli qızını bu ağır xəstəlik yatağından qaldırmaq istəyirdi. S.Rəhimov.

// Kəskinliyini azaltmaq; mülayimləşdirmək. Tonunu bir qədər yumşaltmaq.
// Bir qədər rahatlaşdırmaq, ağrısını, şiddətini azaltmaq, rahatlıq hissi oyatmaq.
□ Sinəsini yumşaltmaq – öskürəyi azaltmaq, ciyərlərə yaxşı təsir göstərmək (dərman haqqında).
YUMŞALTMA
YUMUQ

Значение слова в других словарях