ZORBALIQ

is. dan.
1. Yekəlik, irilik, böyüklük; zorba şeyin halı.
Başladı tərifə palıd qamətin; Öydü özün, zorbalığın, halətin. M.Ə.Sabir.
Yusif Qaraca qızın tərsliyinə təəccüb edib arvadına deyərdi: – Bu zorbalıqda ayı mənim qamçımın qorxusundan hər cür oyun çıxarır, amma bu balacalıqda qızın əlində aciz qalmışam. S.S.Axundov.

2. məc. bax zorbazorluq.
Hər yerdə, hər mühitdə haqsızlığın, qolugüclülüyün, zorbalığın əleyhinə çıxışlar olurdu. S.Hüseyn.

Синонимы

  • ZORBALIQ zorbalıq bax böyüklük 1
  • ZORBALIQ yekəlik — irilik — böyüklük
  • ZORBALIQ haqsızlıq — qanunsuzluq

Антонимы

  • ZORBALIQ ZORBALIQ – BALACALIQ Bu zorbalıqda ayı mənim qamçımın qorxusundan hər cür oyun çıxarır, amma bu balacalıqda qızın əlində aciz qalmışam (S
ZORBALAŞMAQ
ZORBAZOR
OBASTAN VİKİ
Zorbalıq
Zorbalıq, bəzən bulliyinq (həmçinin bullinq, ing. bullying) və ya təkləmək kimi qeyd olunur — bir insanın qəsdən başqa bir insana zərər verdiyi aqressiv davranış forması. Buna ad qoymaq, ələ salmaq, sataşmaq, şayiələr yaymaq, döymək və əşyaları götürmək daxildir. Zorbalıq müxtəlif izah olunur. Birləşmiş Krallıqda zorbalığın hüquqi izahı olmasa da, ABŞ-nin bəzi ştatlarında zorbalığa qarşı qanunlar var. Zorbalıq əsas dörd növə bölünür - emosional (bəzən əlaqəli kimi qeyd olunur), şifahi, fiziki və kiber. Zorbalıq fərdi və ya qruplaşma forması ala bilər. Zorbalıq mədəniyyəti insanların bir-biri ilə qarşılıqlı olduğu hər hansı bir kontekstdə inkişaf edə bilər. Zorbalıq adətən məktəbdə, ailədə, iş yerində, evdə və qonşuluqda mövcüd olur. Zorbalıq üçün əsas platforma sosial şəbəkə saytlarıdır.

Значение слова в других словарях