Samir Zülfiqarov
Samir Xəlil oğlu Zülfüqarov (3 iyul 1976, Ağbaş, Dəvəçi rayonu – 17 mart 1995, Bakı) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Azərbaycanın Milli Qəhrəmanı (1995), Mart hadisələri şəhidi.
== Həyatı ==
Samir Zülfüqarov 3 iyul 1976-cı ildə Şabran rayonunda anadan olmuşdur. Səkkizinci sinfə qədər burada təhsil alan Samir, ailə vəziyyətləri ağır olduğu üçün təhsilini yarımçıq qoyaraq işləmiş, ailələrinə dayaq olmuşdu. 1994-cü il Şabran rayonundan hərbi xidmətə çağırılır. Samir qısa müddətə "N" saylı hərbi hissədə silahların çoxundan istifadə etməyi öyrənmişdi. Nizam intizamı, ciddiliyi ona böyük hörmət qazandırmışdı. Komadirləri bütün bunları nəzərə alaraq Samirə qısa müddətli məzuniyyət verdilər. 1995-ci il mart hadisəsi xəbərini eşidən cəsur əsgər döyüşçü dostlarının yanına qayıtdı. Milli Ordu silahlı dəstəni zərərsizləşdirərkən Samir də əməliyyatda iştirak edirdi. O, ömrünün ən gözəl bir zamanında, dövlətçiliyimiz, suverenliyimiz uğrunda gənc ömrünü qurban verdi.