ÇAĞIRILMAQ

Çağırmaq”dan məch. İclas çağırılmışdı.
İclasda bircə məsələ müzakirə edilirdi. M.S.Ordubadi.
Bəndalı təqsirini etiraf etmədiyi üçün təzə şahidlər çağırılmışdı. Mir Cəlal.

◊ Çağırılmamış qonaq – dəvətsiz olaraq bir yerə gəlmiş, yaxud arzu olunmadığı və ya gözlənilmədiyi halda gəlmiş adam haqqında.
Çağırılmamış qonağın gəlməsi [Məstan bəyi] pərt etdi. B.Talıblı.
Atlıxanla Güləndam özlərini bikef göstərsələr də sevinirdilər ki, binənin suyunu bulandıran bu çağırılmamış qonaq axırı ki, çıxıb gedir. İ.Məlikzadə.

Çağırılmış bayatı – çoxdan deyilmiş, çoxdan məlum olan, artıq əhəmiyyəti, mənası olmayan sözlər haqqında.
ÇAĞIRILMA
ÇAĞIRIM

Значение слова в других словарях

абсолюти́стский висо́чек гу́та запуши́ть застыва́ние не хитре́е посеща́ться разжёвываться торо́систый хрестома́тия заря́дчица картона́жный чурба́н bed in casebook deflation examinant imperious misconstruction musketry seductor воинственный дактилоскопия квитанционный пронести