ÇİNLİ
ÇİRİŞLƏMƏ
OBASTAN VİKİ
Çiriş
Çiriş (lat. Eremurus) — qulançarçiçəklilər sırasının asfodelinakimilər fəsiləsinə aid bitki cinsi. Çiriş sözü latın dilində "Eremurus" adlanır. Bu söz yunan dilində "eremos"- səhra, "ura" isə quyruq deməkdir. Sözün lüğəti mənası "səhra quyruğu"dur. == Təbii yayılması == Çirişin Ön, Qərbi, Mərkəzi Asiyada 50, keçmiş SSRİ-də 23, Qafqaz və Azərbaycanda 2 növü bitir. == Botaniki təsviri == Çiriş cinsi əvvəllər zanbaqkimilər fəsiləsinə aid idi. Son vaxtların tədqiqatçılar bitkinin asfodelinakimilər fəsiləsinə daxil olduğunu müəyyən etmişlər. Çiriş çoxillik bitki olub yeraltı orqanı kökyumrusudur. Kökləri yoğunlaşmış iyşəkillidir.
Görkəmli çiriş
Görkəmli çiriş (lat. Eremurus spectabilis) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin asfodelinakimilər fəsiləsinin çiriş cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Təhlükə həddinə yaxın olanlar" kateqoriyasına aiddir – EN B1ab (i, ii, iii, iv, v) + 2ab (i, ii, iii, iv, v). == Təbii yayılması == == Botaniki təsviri == Çoxillik, iyşəkilli kökümsovlu ot bitkisidir. Yarpaqlar 6–15, xətvari, kənarları girintili, çəpinə yuxarı yönəlmiş çılpaq, gövdədən qısa, 1–4 sm enindədir. Gövdə 120 sm hündürlüyündədir. Çiçəkqrupu sıx, çoxçiçəkli salxımdır. Çiçəkyanlığı iyşəkilli-zəngvari, uzunsov xətvari, sarıtəhər, 8–9 mm uzunluğunda, kənarlıdır. Erkəkcik sarı, tünd-qırmızı rəngdə, tozcuqla birlikdə çiçəyalığından 2 dəfə uzundur. Qutucuq şarvari, 2 dəfə meyvə saplağından kiçikdir, qırışlıdır.
Çiriş (Qafan)
Çiriş — Ermənistan Respublikasının cənubunda Sünik mərzində keçmiş Qafan rayonu ərazisində mövcud olmuş azərbaycanlılar yaşamış kənd. Kənd Qafan şəhərindən 32 km şimal-qərbdə, Kurud kəndindən isə 2 km cənub-şərqdə, dağ ətəyində yerləşir. == Ümumi məlumat == Kənddə 1897-ci ildə 27 nəfər, 1922-ci ildə 73 nəfər, 1926-cı ildə 79 nəfər, 1931-ci ildə 95 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci il qaçqınlığından sonra əhalisinin bir hissəsi geri qayıdan Çiriş kəndi 1939-cu ildə qonşu Kurud kəndi ilə birgə təşkil edilən kolxozda birləşdi. 1965-ci ildə Çirişin də daxil olduğu Kurud kolxozu Gığı heyvandarlıq sovxozuna birləşdirildi. 50-ci illərdə Kurud və Kirs kəndlərinə köçən Çiriş əhalisi 1988-ci ildə Ermənistandan digər azərbaycanlılar kimi deportasiya olundular. Çirişlilər hal-hazırda əsasən Abşeron rayonunda məskunlaşıblar. == Adı == Toponim asfodelinakimilər fəsiləsinə aid bitki cinsi olan çirişin adı əsasında əmələ gəlmişdir. Fitotoponimdir. Quruluşca sadə toponimdir.
Çiriş kətəsi
Çiriş kətəsi — Azərbaycan milli mətbəxinə aid yeməklərdən biri. == Hazırlanma qaydası == Təmizlənmiş və yuyulmuş çirişə, doğranmış quru zoğal və ya zırınc əlavə edilərək qarışdırılır. Bundan əlavə bu qarışığa doğranmış soğanda əlavə edilir. Bir qədər düyü götürülür və o bir qədər qaynadılır. Bu qaynadılmış düyü də qarışığa əlavə edilir. Ələnmiş una su və duz qatılıb xəmir yoğrulur. Xəmir bir qədər acıdılır. Bir qədər sonra ondan kündələr ayrılaraq oxlovla yayılır. Hazırlanmış yuxaların üzərinə duz və istiot əlavə edilmiş çirişli qarışıq əlavə olunaraq yuxalar qatlanır. Kənarları kəsilir.
Daur çirişi
Daur çirişi (lat. Eremurus tauricus) - çiriş cinsinə aid bitki növü.
Olqa çirişi
Olqa çirişi (lat. Eremurus olgae) - çiriş cinsinə aid bitki növü.
Azərbaycan çirişi
Azərbaycan çirişi (lat. Eremurus azerbajdzhanicus) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin asfodelinakimilər fəsiləsinin çiriş cinsinə aid bitki növü. Bu növünü ukraynalı alim S. Xarkeviç Qafqaza ekspedisiya zamanı, Azərbaycan florasında bitən bitkiləri tədqiq edən zaman müəyyənləşdirmişdir. O, 1959-cu ilin may ayında Yevlax rayonu Xaldan kəndi ətraflarından topladığı çirişin yeni növünü müəyyən etmiş və bu növü Azərbaycan çirişi adlandırmışdır. == Botaniki təsviri == Çoxillik, iyşəkilli kökümsovlu ot bitkisidir. Yarpaqlar kənarları boyunca çox enlidir. Yarpaqlarının uzunluğu 20-40 sm-ə çatır. Köklərin sayı bitkimnin yaşından asılı olaraq 8-12 ədəd olub, uzunluğu 10-16 sm, diametri (ən yoğun yerdə) 5,2 sm, şəkisi 1200 q təşkil edir. Gövdəsi rozet (ulduzaoxşar) yarpaqların içərisindən çıxır. Hündürlüyü çiçək salxımı ilə birlikdə 125-140 sm-dir.

Значение слова в других словарях