şlir
şlisli
OBASTAN VİKİ
Şlis birləşməsi
Şlis birləşməsi - üzərində çıxıntılar açılmış val ilə daxili səthində girintilər açılmış oymaqdan ibarətdir. Bu birləşmə böyük burucu momenti valdan çarxa və əksinə ötürmək üçün istifadə olunur. Val üzərində şlislərin sayı 20-yə qədər ola bilər. Texnikada əsasən şlislərin sayı 6...8 olan birləşmələr daha çox yayılmışdır. Valın diametrindən asılı olaraq Standara uyğun seçilirlər. == Növləri == Dişlərinin profilinin formasından asılı olaraq şlislər: düzbucaq profilli; evolvent profilli; üçbucaq profilli.olurlar. == Hazırlanması == Val üzərində şlislər xüsusi frezlər vasitəsilə kəsmə üsulu ilə hazırlanır, oymağın deşiyindəki pazlar isə dartılma üsulu ilə açılır. == Mərkəzləşdirilməsi == Şlis birləşməsi üç üsul ilə mərkəzləşdirilir: yan səthinə görə; daxili diametrinə görə; xarici diametrinə görə. == Mənbə == Kərimov Z.H. Maşın hissələri və yükqaldırıcı-nəqledici maşınlar. Ali texniki məktəblər üçün dərslik.

Значение слова в других словарях