ŞILLAQ

is. Ayaqla vurma, təpik atma; təpik.
Kəndliyə gəldi, vurdu bir şıllaq; Arıları dağıtdı ol sarsaq. S.Ə.Şirvani.
[Kişi:] Gərək [atın] başını çəkəm, qorxuram, şıllağa qalxıb özünü səqət eləsin. S.Rəhimov.

□ Şıllaq atmaq1) təpik atmaq, şıllaqlamaq.
Düz yerdə gəzə bilmir, şumda şıllaq atır. (Məsəl).
Tüfəng açılan kimi, onun səsindən ürkən eşşək bir qoşa şıllaq atdı… M.Rzaquluzadə;

2) məc. dan. Qızışmaq, həyasızlaşmaq, cızığından çıxmaq.
[Cəbi:] O arvaddan həzər etmək gərək, hansı ki, əri evdən gedəndən sonra şıllaq ata. N.Vəzirov.

// Azğınlaşmaq, qudurmaq.
[Kürd Musa:] Ay Eldar! Doğrusu bu bəylər ki, var; Bir azca arpası çox düşən zaman; Yabı cinsi kimi şıllaq atırlar. S.Vurğun.

Şıllağa durmaq – bax şıllaq atmaq 2-ci mənada.
[Hacı Murad:] …Yeyin mənim yağlı-yağlı xörəklərimi, sonra qızışıb şıllağa durun. S.S.Axundov.

Синонимы

  • ŞILLAQ ŞILLAQ, TƏPİK Uşaq atasına bir təpik, anasına bir şıllaq atıb qapıları bir-birinə çırparaq evdən çıxırdı (Çəmənzəminli); SONCUQ Bu halda, tərs kimi, ö
  • ŞILLAQ təpik (atma)
ŞIQLIQ
ŞILLAQATAN

Значение слова в других словарях

архиви́рование вымура́вливать лункокопа́тель мармела́дец приклепа́ться притво́рно равня́йсь умиротворя́ться унисо́н молодёжь мутагене́з отжи́вший пово́зочный макать apiarian donkey boiler flock graniform highly-strung intently knee-jerk phasitron secondly unlanded ускакать