ƏRAZİL
ƏRBAB
OBASTAN VİKİ
Nəcməddin Ərbakan
Nəcməddin Ərbakan (türk. Necmettin Erbakan; 29 oktyabr 1926, Sinop – 27 fevral 2011[…], Ankara) — Türkiyənin 33-cü baş naziri (1996–1997) və keçmiş millət vəkili. == Həyatı == 29 oktyabr 1926-ci ildə Türkiyənin Sinop şəhərində adanalı Oğuz türklərinin Avşar elindən Kozanoğullarına mənsub olan Mehmet Səid Ərbakanın ailəsində dünyaya gəlmişdir. Nəcməddin Ərbakan ibtidai təhsilinə Kayseridə başlamışdı. 1937-ci ildə bu məktəbi əlaçı şagird kimi bitirmişdi. Həmin ildə İstanbul Oğlanlar Liseyində orta təhsilini davam etdirdi. Ərbakan həmin litseyi əlaçı tələbə kimi bitirdi. O zamanlar orta məktəbi əlaçı şagird kimi bitirənlər ali məktəblərə imtahansız qəbul olunurdu. Lakin Nəcməddin Ərbakan imtahansız qəbul olunmağı rədd edərək imtahana girmiş və yüksək nəticə göstədiyinə görə İstanbul Texniki Universitetinin ikinci kursuna qəbul edlimişdir. İbtidai təhsilinə altı yaşından, universitetə də ikinci kursdan başlamaqla özündən iki yaş böyük olanlarla eyni sinifdə təhsil aldı.
Osman Ərbaş
Osman Ərbaş (türk. Osman Erbaş; 20 mart 1962 – 4 mart 2021, Tatvan[d], Bitlis ili) — Türkiyə Silahlı Qüvvələrinin 8-ci Ordu Korpusu komandiri, general-leytenant. == Həyatı == Osman Ərbaş 1962-ci ildə Yozqat ilinin Yerkənd ilçəsində anadan olmuşdur. Əslən Yerkəndli idi. İbtidai və orta məktəbi Yozqatda oxudu. Daha sonra Milli Müdafiə Universiteti nəzdində Quru Qoşunları məktəbi ali hərbi təhsil müəssisəsinə daxil oldu. === Ailəsi === Evli idi. 2007-ci ildə atasını, ölümündən 7 ay öncə isə anasını itirmişdir. == Hərbi xidməti == Ərbaş hərbi məktəbini bitirdikdən sonra Türkiyənin müxtəlif bölgələrində xidmət etmişdir. Ərbaş 2016-cı ildə General-mayor rütbəsi ilə Adana 6-cı mexanikləşdirilmiş piyada diviziyası komandiri vəzifəsini icra edirdi.
Ərbab Cəmşid
Cəmşid Bəhmən Cəmşidiyan – (Ərbab Cəmşid ) İranda görkəmli zərdüştilərdən olmuşdur. Cəmşid Bəhman İranda müasir bank ideyasın təqdim etmişdir. İran parlamentində Zərdüşt icmasının ilk nümayəndəsi seçilmişdir.. == Məşrutə inqilabında rolu == Məşrutə inqilabında, məşrutəçilərə bir çox maliyyə köməkliyi etmişdir və öz bağını ,Səttar xan, Bağır xan və Şahsevənlərin ixtiyarına vermişdir.
Ərbabkəndi (Meşkinşəhr)
Ərbabkəndi (fars. ارباب كندي‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 903 nəfər yaşayır (209 ailə).
Ərbakan
Nəcməddin Ərbakan (türk. Necmettin Erbakan; 29 oktyabr 1926, Sinop – 27 fevral 2011[…], Ankara) — Türkiyənin 33-cü baş naziri (1996–1997) və keçmiş millət vəkili. == Həyatı == 29 oktyabr 1926-ci ildə Türkiyənin Sinop şəhərində adanalı Oğuz türklərinin Avşar elindən Kozanoğullarına mənsub olan Mehmet Səid Ərbakanın ailəsində dünyaya gəlmişdir. Nəcməddin Ərbakan ibtidai təhsilinə Kayseridə başlamışdı. 1937-ci ildə bu məktəbi əlaçı şagird kimi bitirmişdi. Həmin ildə İstanbul Oğlanlar Liseyində orta təhsilini davam etdirdi. Ərbakan həmin litseyi əlaçı tələbə kimi bitirdi. O zamanlar orta məktəbi əlaçı şagird kimi bitirənlər ali məktəblərə imtahansız qəbul olunurdu. Lakin Nəcməddin Ərbakan imtahansız qəbul olunmağı rədd edərək imtahana girmiş və yüksək nəticə göstədiyinə görə İstanbul Texniki Universitetinin ikinci kursuna qəbul edlimişdir. İbtidai təhsilinə altı yaşından, universitetə də ikinci kursdan başlamaqla özündən iki yaş böyük olanlarla eyni sinifdə təhsil aldı.
Ahmet Ərbaş
Ahmet Ərbaş (1966, Yozqat ili) — iş adamı və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 27 və 28-ci çağırışlarının deputatı. == Həyatı == Ahmet Ərbaş 1966-cı ildə Yozqat ilinin Yergöy ilçəsində anadan olub. 1992-ci ildə Ankara Universiteti Dil, Tarix və Coğrafiya Bölməsindən məzun olub. Karpaz Universiteti Sosial Elmlər İnstitutunda və Kastamonu Universiteti Sosial Elmlər İnstitutunda magistr dərəcəsi alıb. Dövlət Arxivləri Baş İdarəsində mütəxəssis, TBMM-də məsləhətçi, Nəqliyyat Nazirliyində müşavir, Səhiyyə Nazirliyində isə baş müşavir vəzifələrində çalışıb. 2018 və 2023-cü illərdə MHP namizədi olaraq Kütahya ilindən Türkiyə Böyük Millət Məclisinin 27 və 28-ci çağırışlarının deputatı seçilib. 28-ci çağırışda TBMM Daxili İşlər Komissiyasının sədr müavini vəzifəsində təmsil olunub. İngiliscə, fransızca və qırğızca bilir. Subaydır.
Nəcmeddin Ərbakan Universiteti
Nəcməddin Ərbakan Universiteti (tür. Necmettin Erbakan Üniversitesi) — Türkiyənin Konya şəhərində yerləşən dövlət universiteti. == Tarixi == Universiteti Konya şəhərində qurulan üç dövlət universitetindən biridir. Universitet Konya Universiteti olaraq qurulmuşdu. 2012-ci ildə adı keçmiş baş nazir Nəcməddin Ərbakanın şərəfinə "Nəcməddin Ərbakan Universiteti" olaraq dəyişdirildi. Nəcməddin Ərbakan Universitetinin məqsədi savadlı nəsil hazırlayan dünyanın aparıcı qlobal universiteti olmaqdır. == Akademik strukturu == Universitetdə 20 fakültə, 1 kollec, 4 institut, 8 peşə kolleci, 1 musiqi məktəbi və araşdırma mərkəzləri fəaliyyət göstərir. Hər bir fakültə həm bakalavr, həm də magistr səviyyəsində bir sıra kurslar təklif edir. Universitetdə magistratura və doktorantura proqramları yüksək səviyyədə fəaliyyət göstərir. Necmettin Erbakan Universiteti tədqiqat infrastrukturunu davamlı inkişaf etdirmək və lazım olan kadr hazırlamaq məqsədilə Mərkəzi Tədqiqat Laboratoriyası və tədqiqat mərkəzlərini universitet daxilində yaratmışdır.
Nəcməddin Ərbakan Universiteti