1. Əsli, əsası olmayan; doğru, gerçək olmayan; yalan, uydurma. Əsilsiz xəbər. Əsilsiz şayiələr. – Əsilsiz söz sahibinə üz qarası gətirər. ( Ata. sözü ).
// Heç bir şeylə əsaslandırılmayan. Əsilsiz tələb. Əsilsiz iddialar.
– …Biz onun verdiyi xəbərləri bir də Mirzə Ələkbər xan vasitəsilə yoxlayır və əsilsiz olduğunu təyin edirdik.
2. Əsli, nəcabəti olmayan.