ƏTİRLƏNMƏK


1. qayıd. Özünə ətir vurmaq, özünü ətirləmək.
[Şəmsiyyə] üz-gözünü yumuş, yenidən ətirlənmişdi. M.İbrahimov.
Zərrintac xanım … güzgü qabağına keçdi, özünə tumar verdi, ətirləndi… S.Rəhimov.

2. f. Ətir iyi vermək, ətir kimi qoxu vermək.
Hər gül ətirlənib bir gülşən olsun; Gülşənin çiçəyi, gülü şən olsun. S.Vurğun.

ƏTİRLƏNMƏ
ƏTİRLİ

Значение слова в других словарях