ƏVVƏLCƏ

zərf
1. Qabaqca, ilk öncə, daha əvvəl. Əvvəlcə sədr iclası açdı, sonra məruzəçiyə söz verdi.
[Eldar] əvvəlcə nədənsə yenə bu söhbəti sabaha qoymaq istədi. M.Rzaquluzadə.

// Daha əvvəl, birinci iş olaraq. Köhnə ağacı əvvəlcə dibindən kəsdilər, sonra sürütləyə-sürütləyə apardılar.
2. Başlanğıcda, ibtidada. Əvvəlcə iş adama ağır görünər.
3. Başlamadan qabaq, qabaqca. Əvvəlcə fikirləş, sonra danış. Əvvəlcə yaxşı qulaq as, sonra etiraz et.
[Süleyman:] Hələ indi, əvvəlcə bir Əsgəri evləndirək, görünür ki, bu, çox tələsiyir. Ü.Hacıbəyov.

Синонимы

  • ƏVVƏLCƏ ƏVVƏLCƏ Ata əvvəlcə böyük qazının görüşünə getdi (Ə.Vəliyev); ƏZƏL Əzəl bunu, sonra da o birisini min
  • ƏVVƏLCƏ qabaqca

Антонимы

  • ƏVVƏLCƏ ƏVVƏLCƏ – SONRA Əvvəlcə Lyudmilanı yola salırıq, sonra isə bir az gəzirik (C.Əmirov)
ƏVVƏLA
ƏVVƏLCƏDƏN

Значение слова в других словарях

грозово́й оса́да палочкообра́зно проно́с уди́льщик чернёхонек дочи́тывать куби́зм лимо́ннокислый поруга́ние унаво́живать beezer deliberative gamophyllous insolently intermural metabolic phrenzy Sodom and Gomorrah southerly дерматин замусолить первенство подлежащее соискание