ƏVVƏLCƏDƏN

ƏVVƏLCƏDƏN Bunlar hamısı əvvəlcədən hazırlanmış oyundur (M.İbrahimov); BU BAŞDAN Mən heyrət içindəyəm, deyim sizə bu başdan (S.Rüstəm); İBTİDADAN İbtidadan eləsəm şərh bu əhvalı əgər; Uzanıb pişeyi-söz, nəzm düşər tulani (S.Ə.Şirvani); QABAQCADAN Mən bir az tez gəldim ki, qabaqcadan sizi görüm (C.Cabbarlı); QABAQDAN Üç gün qabaqdan divarlara rəngli elanlar vurulmuşdu (Mir Cəlal).

ƏVVƏLCƏ
ƏVVƏLƏN

Значение слова в других словарях