əzgiləbənzər
əzgillik
OBASTAN VİKİ
Əzgilli
Əzgilli (Göygöl) — Azərbaycan Respublikasının Göygöl rayonunun inzibati ərazi vahidində kənd. Əzgilli (Zaqatala) — Azərbaycan Respublikasının Zaqatala rayonunun inzibati ərazi vahidində kənd. Əzgilli burun — Kəlbəcər rayonunda dağ. Əzgilli dağ — Qubadlı, Qəbələ Laçın, Xocavənd rayonlarında dağ. Əzgilli dərə — Ağsu, Qəbələ, Gədəbəy, Tovuz, Şəmkir, Şuşa rayonlarında dərə. Əzgilli dərə boğazı — Gədəbəy rayonunda dağ. Əzgilli düz — Qubadlı rayonunun Göyərcik kəndi ərazisində düz. Əzgilli təpə — Qəbələ rayonunun Nic kəndi ərazisində yüksəklik.
Əzgilli (Göygöl)
Əzgili — Azərbaycan Respublikasının Göygöl rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Göygöl r-nunun Toğanalı i.ə.v.-də kənd. Kürəkçayın sahilində, Murovdağ silsiləsinin yamacındadır; Zaqatala r-nunun Əli Bayramlı i.ə.v.-də kənd. Baş Qafqaz silsiləsinin yamacındadır. Yerli məlumata görə, oykonimlər bu kəndlərin ərazisində əzgil ağacının çox olması ilə bağlı yaranmışdır. Tədqiqatçılar belə güman edirlər ki, toponim erkən orta əsrlərdə qədim bulqar tayfa birliyinə daxil olan türkdilli eskil/eşkil tayfasının adı ilə bağlıdır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 55 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir. == Təhsil == 20 şagird yerlik modul tipli ibtidai məktəbin quraşdırılmasına 5 aprel 2018-ci il tarixli "Ağstafa, Daşkəsən, Gədəbəy, Göygöl, Tovuz və Şəmkir rayonlarında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı"na əsasən 230 000 manat vəsait ayrılmışdır.
Əzgilli (Zaqatala)
Əzgilli — Azərbaycan Respublikasının Zaqatala rayonunun inzibati ərazi vahidində kənd. Əli Bayramlı, Qalal və Qarqay kəndləri ilə birlikdə Əli Bayramlı bələdiyyəsinin tərkibindədir.