ÜYÜTMƏK

f.
1. Dəyirmanda buğda, arpa və s.-ni una çevirmək; çəkmək. Buğda (arpa) üyütmək.
– Cəfər tayları içəri qoydu, az keçmədən dəni üyütməyə başladı. Ə.Vəliyev.

2. məc. dan. Boş-boş danışmaq (bəzən üyüdüb-tökmək şəklində).
Şirəli yenə bağırdı: – Uzun danışma, ağzını avara qoyub ağlına gələni üyütmə. M.Hüseyn.
Heç kimə macal verməyən Vahimə üyüdüb-tökürdü. B.Bayramov.

Etimologiya

  • ÜYÜTMƏK Etimonu üy (молоть) sözüdür. Həmin feil, ehtimal ki, ovmaq (xırda­lamaq) sözünün dəyişmiş formasıdır
ÜYÜTMƏ
ÜZ

Digər lüğətlərdə

завши́веть на просто́ре насме́шка переу́лочный Успе́ние выпряга́ние го́нка криотерапи́я сбро́сить сверкну́ть глазами тонкоше́ий трассовщи́ца agrotown algorithm Calvados cigar doleful indelicate nemine snow loader suffocant выкашливаться грузовик прокрадываться сходить