Çad

coğ. Tchad m

çabalatmaq
çadır
OBASTAN VİKİ
Çad Anderson
Çad Anderson (ing. Chad Anderson; 20 iyun 1980) — ABŞ sahibkarı. Anderson "Space Angels" investisiya şirkətinin baş icraçı direktorudur. == Təhsili == Anderson Oksford Universitetini MBA dərəcəsi ilə, Sietl Universitetini isə maliyyə və iqtisadiyyat üzrə bakalavr dərəcəsi ilə bitirib. == Karyerası == Anderson Tom İnqersoll ilə birlikdə "Space Angels" investisiya şirkəti təsis etmişdir. 2012-ci ildən etibarən şirkətin baş icraçı direktorudur. Daha əvvəl isə JPMorgan Chase-də biznes meneceri olub və burada 50 milyard ABŞ dolları dəyəində əmlak portfelini idarə edib.
Çad Danforth
Çad Danforth (ing. Chad Danforth) - rolu Korbin Blyu ilə Orta məktəb tamaşası, Orta məktəb tamaşası 2, Orta məktəb tamaşası 3, əsərinin baş qəhrəmanlarından biridir.
Çad Harli
Çad Meredit Harli (ing. Chad Meredith Hurley; 24 yanvar 1977, Ridinq, Pensilvaniya) — ABŞ veb ustası və iş adamı, "YouTube"un qurucularından biri. O, "YouTube"un keçmiş CEO-su və cari məsləhətçisidir. O, həmçinin "MixBit" video platformasının yaradıcılarından biridir. Stiv Çen 2006-cı ilin oktyabrında "YouTube"u "Google"a 1,65 milyard dollara satmışdır. Harli digər qurucu ortaqları Stiv Çen və Caved Kərim ilə birlikdə "YouTube" platformasını qurmamışdan əvvəl "eBay"ın "PayPal" bölümündə çalışmış, vəzifələrindən biri də "PayPal" loqosunu tərtib etmək olmuşdur. Harli ilk növbədə "YouTube"un etiketləmə və video paylaşma aspektlərinə cavabdeh idi. == Erkən həyatı və təhsili == Don və Coan Hurli cütlüyünün ikinci övladı olaraq Pensilvaniya ştatının Ridinq şəhərində doğulub və Birdsboro yaxınlarında böyüyüb. Onun Heder adlı özündən böyük bir bacısı və Brent adlı özündən kiçik bir qardaşı var. == Karyerası == 2005-ci ildə Stiv Çen və Caved Kərimlə birlikdə "YouTube"u qurdular.
Çad Respublikası
Çad (ərəb. تساد; fran. Tchad) və ya rəsmi adı ilə Çad Respublikası (ərəb. جمهوریة تشاد; fran. République du Tchad) – Mərkəzi Afrikada dövlət. Çad dənizə çıxışı olmayan ölkələrdən biridir. Şimaldan Liviya, şərqdən Sudan, cənubdan Mərkəzi Afrika Respublikası, qərbdən isə Niger, Nigeriya və Kamerunla həmsərhəddir. Paytaxtı və ən böyük şəhəri Ncamena, ümumi sahəsi 1,284,000 kvadrat kilometr, əhalisinin sayı 16 milyon nəfərdən çoxdur. == Coğrafiyası == 1.284.000 kvadrat kilometr ərazisi ilə Çad, dünyanın ən böyük 21-ci ölkəsidir. Ərazisinin ölçüsü Perudan böyük, CAR-dan azca kiçikdir.
Çad Stahelski
Çad Stahelski (20 sentyabr 1968) — amerikalı kaskadyor və rejissor. John Wickin ilk filmində rejissor köməkçisi və ikinci davam filmində rejissoru kimi iştirak etmişdir. Ölümcül qəzadan sonra Brandon Leenin The Crow filminin çəkiliş yerində də iştirak etmişdir. Çad Stahelski bir neçə filmdə kaskadyor koordinatoru və ikinci bölmə meneceri vəzifələrində işləmişdir. == Karyerası == Stahelski, Inosanto Akademiyasından Brandon Leenin bir dostu idi. Brandon Lee 31 Mart 1993-cü ildə The Crow filminin çəkiliş meydanında öldükdən sonra Leenin nişanlısı Eliza Hutton və anası filmin rejissoru Alex Proyası filmi tamamlamağa razı saldı. Lee öldükdə, filmin çəkilişlərinin başa çatmasına səkkiz gün qalmışdı. Lee ilə əlaqəli olan səhnələrin çəkilişlərinin əksəriyyəti filmdə tamamlanmışdı və yalnız bir neçə səhnə qalmışdı. Filmi tamamlamaq üçün filmin hekayəsi yenidən yazıldı və Stahelski Leeyi əvəzləyərkən Leenin üzünü vermək üçün xüsusi effektdən istifadə edilmişdir. Filmin çox hissəsi Lee ilə çəkilmişdi və yalnız bir neçə səhnənin çəkilməsi lazım idi.
Çad Truyillo
Çad Truyillo (ing. Chadwick A. Trujillo; 22 noyabr 1973, Ouk-Park[d], İllinoys) —— Neptunxarici cisimlərin kəşfi üzrə tədqiqatlar aparan komandanın üzvü olan amerikan astronom. Çad Truyillo kompüter proqramlaşmasından istifadə edərək bir sıra Neptunxarici cisimlər kəşf etmiş vo onların orbitini hesablamışdır. O, 2003-cü ildə Mayk Braun və David Rabinoviçlə birlikdə Erida, 2005-ci ildə isə Makemakeni kəşf etmişdir. Komanda tərəfindən Disnomiya peykinin kəşfi nəticəsində Eridanın Plutondan daha böyük Neptunxarici cisim olması məlum olmuşdur. == Karyerası == Çad Truyillo İllinoysda yerləşən Oak Park və River Forestdə bakalavr təhsili almışdır. 1995-ci ildə Massaçusets Texnologiya İnstitutunda təhsil almış, daha sonra 2000-ci ildən etibarən Havay Universitetində təhsilini davam etdirərək burada doktorluq dərəcəsinə yiyələnmişdir. 2000-2003-cü illərdə o Kaliforniya Texnologiya İnstitutunda tədqiqatçı olaraq fəaliyyət göstərdikdən sonra Havayda yerləşən Gemini Rəsədxanasında işə başlamışdır. 2013-cü ildən rəsədxananın Adaptiv Optik Bölməsinin rəhbəri olaraq fəaliyyətə başlamış və 2016-cı ildən etibarən öz işinə Şimali Arizona Universitetində köməkçi dosent olaraq davam etmişdir. O, Koyper qurşağında yerləşən obyektləri öyrənir.
Çad bayrağı
Çad bayrağı — Çadın rəsmi Dövlət bayrağı Çad bayrağı, hal-hazırkı halı ilə ilk dəfə 1959-cu ildə Fransadan asılı olarkən istifadə edilməyə başlanmışdır. Çad 1960-cı ildə müstəqilliyini qazandıqdan sonra bayraq dəyişilmədən yeni ölkənin rəsmi bayrağı olaraq qəbul olunmuşdur. Bayrağı əmələ gətirən Fransa bayrağı və Pan-Afrika rəngləri əsas götürülmüş və hər iki bayrağı xatırladacaq rənglər Çadın bayrağında istifadə edilmişdir. Bayraq şaquli olaraq bölünmüş üç bərabər zolaqdan (sıra ilə mavi, sarı və qırmızı) ibarətdir. Bayraqdakı mavi rəng aydın göyüzünü, ümidi və ölkənin cənub bölgələrini təmsil edərkən, sarı rəng günəşi və ölkənin şimal bölgələrində yerləşən səhra və çölləri təmsil edir. Bayraqdakı qırmızı rəng isə tərəqqiyi, birliyi və Çad xalqının vətəni üçün ölümə hazır olduğu ifadə etməkdədir. Çad bayrağı, 1989-cu ildə çevriliş nəticəsində sosialist dövlət gerbini bayrağından çıxatdıqdan sonra yaranan Rumıniya bayrağı ilə demək olar ki, eynidir. Rənglərin sırası, tərəflərinin nisbəti bərabər olan hər iki ölkə bayrağını fərqləndirən tək və ilk baxışda görülməyəcək fərq isə mavi rəngin tonudur. Beləki, Çad bayrağındakı mavi ton, Rumıniya bayrağındakı mavi tona görə bir az daha tünddür. Rumıniya bayrağından başqa Moldovanın və Andorranın bayraqları da Çadınkı ilə eyni rənglərdədir, ancaq həmin ölkələrin bayraqlarında dövlət gerbləri də əks olunmuşdur.
Çad gerbi
Çad gerbi — Afrika ölkəsi Çad tərəfindən istifadə edilən rəsmi dövlət gerbidir. Gerb ölkənin müstəqilliyindən on il sonra, yəni 1970-ci ildə istifadə edilməyə başlanmışdır. Ölkədə, gerbi ilk istifadə edən o dönəmki dövlət başçısı François Tombalbaye olmuşdur. Gerbin mərkəzində yerləşən qalxanda Çad gölünü təmsil edən ziqzaq formalı göy rəngli 4 cizgi var. Qalxanın yuxarısına üfüqdən doğan 14 şüalı qırmızı günəş şəkli yerləşdirilib, bu 14 şüa ölkənin müstəqilliyində rol oynayan 14 bölgəni, günəş isə müstəqillikdən sonra yeni bir başlanğıcı tərənnüm edir. Qalxanın sol tərəfində ölkənin şimalındakı çöllük əraziləri təmsil edən keçi, sağ tərəfində isə ölkənin cənubundakı tropikal əraziləri təmsil edən qırmızı dili olan aslan şəkli var. Onların hər ikisi qalxanı tuturlar. Qalxanın aşağısında dövlətin ən yüksək nişanı var. Gerbin ən aşağı hissəsinə üzərinə ölkənin fransızca milli şüarı "Birlik, Çalışmaq, İnkişaf" (UNITE TRAVAIL PROGRES) yazılmış lent yerləşdirilib. Bununla yanaşı həm lentdəki sözlərin yanında həm də qalxanı tutan keçi ilə aslanın gövdəsində ucu yuxarı baxan qırmızı ox işarələri var, bu ox işarələri də eynən günəş kimi müstəqillikdən sonra ölkə üçün gələcəyə ümidlə baxılan, siyasi və iqtisadi cəhətdən yeni başlanğıcı ifadə edir.
Çad gölü
Çad — Afrikada göl. Çad gölü son 10 ildə quraqlıq, iqlim dəyişikliyi, su resurslarından qeyri-səmərəli istifadə nəticəsində qurumaqdadır. Mərkəzi Afrikada yerləşən Çad gölünün sahəsi 90 faiz azalıb. Bu barədə BMT-nin ərzaq və kənd təsərrüfatı üzrə təşkilatı FAO-nun açıqladığı hesabatda bildirilir. Əgər beynəlxalq birliyin köməyilə sahilyanı ölkələr qəti addımlar atmasa, Mərkəzi Afrikada Kamerun, Çad, Nigeriya və Nigerin 30 milyon sakininin həyatının asılı olduğu bu göl 20 ildən sonra tamamilə quruyacaq və dünya xəritəsindən silinəcək.
Çad himni
La Tchadienne — Çad dövlət himni. == Himnin sözləri == === Fransız dilində === Peuple Tchadien, debout et à l'ouvrage ! Tu as conquis la terre et ton droit ; Ta liberté naîtra de ton courage. Lève les yeux, l'avenir est à Toi. Ô mon Pays, que Dieu te prenne en garde, Que tes voisins admirent tes enfants. Joyeux, pacifique, avance en chantant, Fidèle à tes anciens qui te regardent. Peuple Tchadien, debout et à l'ouvrage ! Tu as conquis la terre et ton droit ; Ta liberté naîtra de ton courage. Lève les yeux, l'avenir est à Toi. === Ərəb dilində === شعب تشاد قم إلي العمل إسترديت أرضاك وحقاك وحرياتك تولودك من شجاعتك إرفع عينيك فالمستقبل لك يابلادي فليحفظك الله فليحفظ جيرانك وأبنائك أيه المحيط الساري تقدم وأنت تنشد وافيا لأسلافك الذين ينظرون إليك شعب تشاد قم إلي العمل إسترديت أرضاك وحقاك وحرياتك تولودك من شجاعتك إرفع عينيك فالمستقبل لك === Ərəbcə sözlərinin transliterasiyası === `shyb tshad qm i'li alyml i'strdit a'rdak uxhqak uxhriatk tuludk mn shgaytk i'rfy yinik falmstqbl lk ya bilaadi flixhfz'k allah flixhfz' girank ua'bnaj'k a'ix' almxhit' alsari tqdm ua'nt tnshd wafia la'slafk aldhin inz'run i'lik `shyb tshad qm i'li alyml i'strdit a'rdak uxhqak uxhriatk tuludk mn shgaytk i'rfy yinik falmstqbl lk === Azərbaycanca tərcüməsi === Çad xalqı, dimdik və işinin başında!
Çad Maykl Mürrey
Çad Maykl Mürrey (ing. Chad Michael Murray; d. 24 avqust 1981, Buffalo, Nyu York, ABŞ) — Amerikalı kino aktyor və model. == Həyatı == Çad 24 avqust 1981-ci ildə Buffaloda anadan olmuşdu. Çadın 4 qardaşı var: Reks, Nik, Brendon və Tayler, həmçinin Şennon adında bacısı var. Çadın 10 yaşı olanda onun anası ailəni atıb. Məktəbi bitirdikdən sonra o bir neçə vaxt qəzet daşıyıcısı qismində işləyib. Sonralar Çad həmçinin Gucci firması üçün model karyerasında da işləyib. Kino karyerasına 2000-ci ildə debüt eləyib. == Şəxsi həyatı == 2005-ci ildə Çad aktrisa Sofiya Buş ilə evləndi.
Çad
Çad (ərəb. تساد; fran. Tchad) və ya rəsmi adı ilə Çad Respublikası (ərəb. جمهوریة تشاد; fran. République du Tchad) – Mərkəzi Afrikada dövlət. Çad dənizə çıxışı olmayan ölkələrdən biridir. Şimaldan Liviya, şərqdən Sudan, cənubdan Mərkəzi Afrika Respublikası, qərbdən isə Niger, Nigeriya və Kamerunla həmsərhəddir. Paytaxtı və ən böyük şəhəri Ncamena, ümumi sahəsi 1,284,000 kvadrat kilometr, əhalisinin sayı 16 milyon nəfərdən çoxdur. == Coğrafiyası == 1.284.000 kvadrat kilometr ərazisi ilə Çad, dünyanın ən böyük 21-ci ölkəsidir. Ərazisinin ölçüsü Perudan böyük, CAR-dan azca kiçikdir.
Azərbaycan–Çad münasibətləri
Azərbaycan–Çad münasibətləri — Azərbaycan Respublikası ilə Çad Respublikası arasındakı mövcud ikitərəfli əlaqələr. == Diplomatik əlaqələr == İki ölkə arasında diplomatik əlaqələr 2004-cü ilin aprel ayının 5-də qurulmuşdur.
Həmzət Çadasa
Həmzət Tsadasa (avar. ХӀамзат ЦӀадаса; 9 avqust 1877, Sada[d], Dağıstan MSSR – 11 iyun 1951, Mahaçqala, Dağıstan MSSR, RSFSR, SSRİ) — Avar Sovet şairi və dramaturqu, tərcüməçisi, dövlət xadimi. Dağıstan MSSR-in xalq şairi (1934). İkinci dərəcəli Stalin mükafatı laureatı (1951). Rəsul Həmzətov və Hacı Həmzətovun atası. == Həyatı == Həmzət Tsadasa 9 (21) avqust 1877-ci ildə Tsada kəndində (indiki Dağıstanın Xunzax rayonu) kasıb bir kəndli ailəsində anadan olmuşdur. Soyadı "Tsadasa" təxəllüsdür və "Tsada" aulunun adından gəlir (Avardan tərcüməsi — "Tsada" dan). Erkən yaşında yetim qalır. Atası Yusipil Maqoma onun 7 yaşında vəfat edir, ardıncada anasının itirir. Mədrəsədə təhsilini alıb.
Kral Çadae
Kral Çadae (71 – 165) — Goguryeo krallığının yeddinci kralıdır. 146–165-ci illərdə hökmdarlıq etmişdir. Hakimiyyəti Kral Taejodaedan təhvil almışdır. Ondan sonra hakimiyyətə ögey qardaşı Kral Sindae keçmişdir.
Lal Sinqx Çadha (film, 2020)
Lal Sinqx Çadha (hindcə:Laal Singh Chaddha) filmi Advait Çandan tərəfindən 2020-ci ildə çəkilişi bitəcək Hindistan Absurd Komediya filmidir.Film 1994-cü ildə çəkilən Forrest Qamp filminin hind versiyasıdır.Baş rolda Əmir Xan,Karina Kapur oynayırlar.Filmin ilk baxış tarixi 25 dekabr 2020-ci ildə olacaq. == Məzmun == Film Hindistanda cərəyan edir.IQ-sü az olan,səfeh və sevimli Lal Sinqx Çadhanın həyatından bəhs edir.Forrest Qamp necədirsə,Lal Sinqx də elədir. == Film haqqında == 3 axmaq filmindən sonra ikinci Karina Kapurla Əmir Xanın kino işidir. Avqustda Əmir Xan filmin çəkilişi üçün Türkiyəyə getdi. Burada Türkiyənin birinci xanımı Əminə Ərdoğanla görüşdü.
Leonid Çadamba
Leonid Çadamba (tıva Чадамба Леонид Борандаевич; 18 mart 1918, Toju rayonu[d], Yeniseysk quberniyası[d] – 24 aprel 1987, Kızıl, Tuva MSSR) — tuvalı şair, nasir, yazıçı, dramaturq, uşaq ədəbiyyatı yazıçısı, tərcüməçi və sosial aktivist. == Həyatı == 1918-ci ildə hal-hazırkı Tıva Respublikasının Toju bölgəsinin Hon-Şöl deyilən kəndində anadan olmuşdur. Müəllimliklə məşğul olmuşdur. Tuva dili və mədəniyyəti sahəsində ən öndə gələnlərdən biridir. == Əsərləri == İlk şerlərini 1933-cü ildə nəşr etdirmişdir. 1941-ci ildə ədəbi jurnallarda şerləri yayımlanmağa başlamışdır. Dövrün müxtəlif jurnallarında əsərləri yayımlanmışdır: “Xalqların qardaşlığı”, “Ogonyok”, “Sibir işıqları”, “Uluq-Hem” və digərləri. Onun şer antologiyaları isə “Xoşbəxtlik”, “Turkuvaz çaylar”, “Nəsil”, “Mənim dəliqanlı dostlarım” adlarında nəşr edilmişdir. Çadambanın nəsr sahəsində isə hekayələrindən “Yolçuluq” və hekayə ilə nəql antologiyalarından “Ren maralı”nı misal göstərmək olar. Əsərləri 13 dilə tərcümə edilmişdir.
Məcnun Leylinin çadırı qarşısında
Məcnun Leylinin çadırı qarşısında - I Şah Təhmasibin sifarişi ilə 1539-1543-cü illərdə hazırlanmış və Təbriz miniatür məktəbinin sənətkarları tərəfindən çəkilmiş rəsmlərlə bəzədilmiş Nizami Gəncəvinin "Xəmsə" əlyazmasına daxil olan, Mir Seyid Əli tərəfindən çəkilmiş rəsm əsəridir. Miniatürün daxil olduğu əlyazma hazırda Britaniya Milli Kitabxanasında (MS Or. 2265) saxlanılır. == Mövzu == Nizaminin “Leyli və Məcnun” poemasında, bir gün Məcnun qarının bir qulu zəncirləyib gəzdirdiyini görür. O, qarıdan bunun zəbəbini soruşduqda qarı işi izah edərək bildirir ki, beləcə biz kömək üçün insanlardan pul dilənirik, sonra isə qazancı bölürük. Məcnun qarıdan qulu azad etməyi və əvəzinə özünü zəncirə vurmağı xahiş edir. Əvəzində isə heç nə istəmədiyini bildirir. Beləcə qarı zəncirlənmiş Məcnunu gəzdirərək pul yığmağa başlayır. Bir gün onlar təsadüfən Leylinin çadırı qarşısına gəlib çıxırlar. Leyli arıqlayıb pis hala düşmüş sevgilisini tanımır.
Qarğaayağıyarpaq çadırçiçəyi
Qırmızı çadır (film, 1969)
«Qırmızı çadır» (rus. Красная палатка) — rejissor Mixail Kalatozovun 1969-cu ildə çəkdiyi film. Film rejissorun kinoda son işidir.
Tanrı Anasının Kazan İkonası Məbədi (Çadır-Lunqa)
Tanrı Anasının Kazan İkonası Məbədi (mold. Biserica Icoanei Maicii Domnului din Kazan) ― Moldovanın Qaqauziya muxtar bölgəsindəki Çadır-Lunqa şəhərində yerləşən ibadət binası. Moskva Patriarxlığının Moldaviya Mitropoliteninin Kahul və Komrat yeparxiyasına aiddir. == Təsviri == Məbədin inşası 1998-ci ildə başlamışdır, 1972-ci ildə partladılan Müqəddəs Dimitrievski məbədindən çox da uzaq olmayan yerdə. Hazırkı Tanrı Anasının Kazan İkonası Məbədi dağıdılmış məbədin dəqiq memarlıq kopiyasıdır; eyni anda Müqəddəs Dimitrievski məbədi Odessa vilayətinin Vvedenka kəndində yerləşən məbədin kopiyası idi. Müqəddəs Dimitrievski və Vvedenkada olan məbədin hər ikisi 1913-cü ildə eyni şəxs tərəfindən tikilmişdir. Çadır-Lunqadaki dağıdılmış məbədin yerində hazırda mədəniyyət evi və Moldova keşişi və maarifçisi Mixayıl Çakırın büstü yerləşir. Kazan məbədi bir çox hadisələrin şərəfinə qurulmuşdu: Tanrı Anasının Kazan İkonasının siyahısının əldə olunmasına, Çadır-Lunqanın şəhər statusu alınmasının 40 illiyinə və 1972-ci ildə dağıdılan məbədin xatirəsinə. İnşaatın maliyyələşdirilməsi problemləri üzündən Kazan məbədindəki işlər yalnız 2008-ci ildə tamamlandı. Məbəd iki qübbəsi var, parlaq rənglərə boyanmıdaş və betondan tikilmişdir.
Tipi (çadır)
Tipi (ing. tipi, tepee, teepee) — Böyük Düzənliklərin köçəri hindularının ənənəvi portativ yaşayış yeri üçün hamı tərəfindən qəbul edilmiş ad. Lakin, Sioux dilində thípi [ˈtʰipi] hər hansı bir yaşayış mənasını verir və bu tip çadır üçün xüsusi sözü mövcüddur — wi-. Bu tip yaşayış məskəni, ov qərbində, Uzaq Qərbdəki dağ tayfaları, çöl kənarındakı oturaq qəbilələr tərəfindən də istifadə edilmişdir. Sonrakı dövrlərdə meşə bölgələrində də tez-tez istifadə olunurdu. Tipini tez-tez viqvam adlandırırlar. == İstinadlar == == Ədəbiyyat == Hungry Wolf Adolf. Tipi life. — Fort Macleod, AB Canada: Good Medicine Books, 1972. — (A Good Medicine book, № 5).
Tunberq çadırçiçəyi
Çadan
Çadan — Rusiya Federasiyasında yerləşən şəhər. Tıva Respublikasınana daxildir.
Çadgan
Çadigan — İranın İsfahan ostanının şəhərlərindən və Çadigan şəhristanının mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 7,037 nəfər və 1,872 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti azərbaycanlılardan (şamlılar, bayatlar və inanlılar) ibarətdir, azərbaycan dilində danışırlar və şiə müsəlmandırlar.Bu şəhərin adı "çatdamaq" və ya "çatmaq" sözündən gəlibdir.
Çadgan şəhristanı
Çadigan şəhristanı— İranın İsfahan ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Çadigan şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 33,684 nəfər və 8,169 ailədən ibarət idi.
Çadigan
Çadigan — İranın İsfahan ostanının şəhərlərindən və Çadigan şəhristanının mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 7,037 nəfər və 1,872 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti azərbaycanlılardan (şamlılar, bayatlar və inanlılar) ibarətdir, azərbaycan dilində danışırlar və şiə müsəlmandırlar.Bu şəhərin adı "çatdamaq" və ya "çatmaq" sözündən gəlibdir.