1. ÇAL Yorulmuş idi, yatırdı, yataqda xəstə yağı; Qoca o çal başını dikdi bir qədər aşağı (A.Şaiq); AĞ Ağ saçlı arvad sözünü qurtarmamış Mina xanım top kimi açıldı (M.İbrahimov); AĞARMIŞ Yasəmən ərinin seyrək saçlarının çallaşmış və ağarmış tüklərini qarışdırırdı... (Ə.Vəliyev); ÇALLAŞMIŞ Qələmdar axırıncı cümlələri oxuyanda atası əllərini çallaşmış bığlarına çəkib istehza ilə gülümsündü (Ə.İldırımoğlu); QIR Çal qış! Buyur, uyğur olsun! Qır saçlarını cinlər yolsun (Ə.Cavad).
2. ÇAL, BOZUMTUL (rəng)