Çip üzərində sistem
Çip üzərində sistem (ing. System-on-a-Chip, SoC (tələffüz edilir "es-ou-si")) — mikroelektronikada— bir inteqral sxem daxilində yerləşdirilmiş hər hansı bütöv bir avadanlığın (məs. kompüter) funksiyalarını yerinə yetirə bilən mikrosxem növüdür. Tətbiqindən asılı olaraq analoq, rəqəmsal, analoq-rəqəmsal məlumatlarla, həmçinin radiodalğaların tezlikləri ilə əməliyyatlar apara bilər. Əsasən portativ və inteqrə sistemlərində tətbiq edilir. Əgər bütünlükdə komponentlərin hamısını bir-bir çip içərisinə yerləşdirmək mümkün olmursa, bir korpusa (ing. System in a package, SiP) yerləşdirilmiş bir neçə çipdən ibarət sxem tətbiq edilir. SüÇ daha sərfəli konstruksiya sayılır, çünki istehsal edilərkən daha çox yararlı məhsul əldə etmək və korpusun konstruksiyasını daha çox sadələşdirmək mümkün olur .
Ümumilikdə ÇüS ibarətdir:
bir və ya bir neçə mikrokontrollerdən, mikroprosessordan və ya rəqəmsal siqnal prosessoru (DSP) nüvəsindən,
ROM, RAM, Flash Yaddaş və s. yaddaş modullarından ibarət Yaddaş bankından,
dayaq tezliyi mənbəsi, məsələn, kvars rezonatorları və TFA (tezliyin faza avtoköklənməsi) sxemindən,
taymerlər, sayğaclar,
xarici qurğuların qoşulması üçün istifadə edilən standart interfeyslər bloku: USB, FireWire, Ethernet, USART, SPI,
rəqəmsal-analoq və analoq-rəqəmsal siqnal çeviriciləri bloku,
gərginlik tənzimləyicisi və elektrik qidalanma stabilizatoru.