Ceyrançöl öndağlığının relyefi
Ceyrançöl öndağlığının relyefi — Ceyrançöl öndağlığı inzibati cəhətdən Azərbaycanın Qazax, Ağstafa, Tovuz, Şəmkir, Göygöl rayonlarına daxil olub, şimal və şimal-qərbdən Gürcüstanla sərhədlənir. Cənubdan Kür çayının orta axımı, cənub-şərqdən isə Mingəçevir su anbarının sahilləri ilə həmsərhəddir.
Onun şimal-qərbdən cənub-şərqə doğru uzunluğu təxminən, şimaldan-cənuba doğru eni isə 15-30 km-ə qədərdir. Ümumi sahəsi isə 250 min hektardan çoxdur.
Kür və Qabırrıçay çayları arasında yerləşən bu sahənin relyefində alçaq dağ tirələri, onların arasında yerləşən geniş çökəklik sahələr və düzənliklər əsas yer tutur. Bu relyef formaları üçüncü və dördüncü dövrlərin çay daşları, konqlomeratları, qumdaşı, lyosabənzər gillicə və gillərdən təşkil olunmuşdur. Ərazinin səthi şimaldan cənuba doğru pilləvari alçalır. Buradakı nisbi yüksəklik fərqi 200-400 m-ə qədərdir. Bu cür yüksəklik fərqi şimali-qərbdən cənubi-şərqə doğru da müşahidə edilir.
Ceyrançöl öndağlığında Yaylaçı, Çobandağ, Ağtaxtəpə, Eldaroyuğu, Palantökən, Görükçalan, Bozdağ kimi müstəqil dağ tirələri ayrılır.