ÖNLÜK O [Leyla], əynindəki xalatın üstündən müşəmbədən şəkilli önlük taxmışdı (M.İbrahimov); DÖŞLÜK (dan.) Pərviz: Anam, tez işini yarımçıq qoyub döşlüyünü açdı, əllərini yuya-yuya atama dedi: – Başım elə qarışıb ki, vaxtın necə keçdiyini bilməmişəm (M.İbrahimov).