ÜRF

hər bir adət, qayda; ürf-adət, dinin adətləri, qanunları.
ÜMURİ-ÜXRƏVİ
ÜRF-ADƏT
OBASTAN VİKİ
Ürfan Orucov
Ürfan Firdovsi oğlu Orucov (9 oktyabr 1996; Şabran, Azərbaycan — 11 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Ürfan Orucov 1996-cı il oktyabrın 9-da Şabran şəhərində anadan olub. 2014-2018-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (ADBTİA) ali təhsil alıb. Ürfan Orucov 2018-2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. Azərbaycan Ordusunun əsgəri olan Ürfan Orucov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ürfan Orucov oktyabrın 11-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Şabran şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ürfan Orucov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Ürfan Orucov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Ürfi Şirazi
Ürfi Şirazi (d.1556-ö. 1591) — İran şairi. 1556-cı ildə Şirazda doğulmuşdudu. Əsl adı Cəmaləddin Məhəmməddir. Şirazda idari və hüquqi vəzifələr daşımış atası Zeynalabidin Əli Bələvinin məsləyinə nisbətlə "Ürfi" təxəllüsünü işlətmişdi. Bəzi təzkirə kitablarında seyyid deyə dəqiqləndirilmişsə də, bunun doğru olmadığı söylənmişdir (Hüccəti, IV, 1760). Şirazda təhsil görən Ürfi xətt və musiqidə məharət qazandı. Kiçik yaşlarından etibarən şeirə olan meyli onu şeir məclislərinə sövq etdi. Tərxi Şirazi, Qədri Şirazi və Molla Qeyrəti kimi şair və ədiblərin məclislərinə qatılaraq şeir yazmaq istedadını inkişaf etdirdi. Ədəbi və elmi fəaliyətləri dəstəkləyən Səfəvi hökmdarları I Şah Təhmasib ilə I Şah Abbasın şeir məclislərində yer aldı.
Ürfət Ağayev
Ürfət Xanəli oğlu Ağayev (8 dekabr 1927, Bakı – 2000) — azərbaycanlı alim, kimya üzrə elmlər doktoru. Ürfət Xanəli oğlu Ağayev 1927-ci il dekabrın 8-də Bakıda anadan olmuşdur. 1935-1947-ci illərdə orta məktəbdə təhsil almışdır. 1941-1947-ci illərdə “Xəzər” donanmasında maşinist vəzifəsində çalışmışdır. 1949-cu ildə Azərbaycan Dövlət Universitetinin kimya fakültəsinə qəbul olunmuş və orada 1951-ci ilə qədər oxumuş, sonra isə təhsilini 1951-54-cü illərdə Nijni-Novqorod Dövlət Universitetində davam etdirmişdir. 1954-cü ildə ADU-da laborant işləmişdir. 1955-ci ildən Azərbaycan Elmlər Akademiyasının (EA) Neft İnstitutu, Neft-Kimya Priosesləri İnstitutu, Xlor-üzvi-sintez İnstitutu və Polimer Materialları İnstitutunda laborant, kiçik və böyük elmi işçi, labotratoriya müdiri və elmi işlər üzrə direktor müavini vəzifələrində çalışmışdır. Azərbaycan EA PMİ-də “Polimerlərin elektro-fotokimyəvi sintezi” laboratoriyasının müdiri olmuşdur. 1959-cu ildə “Tsikloheksan karbohidrogenlərinin fotokimyəvi xlorlaşması”mövzusunda namizədlik, 1975-ci ildə isə “Tsikloheksan karbohidrogenlərinin elektro-fotokimyəvi hallogen–ləşməsinin stereokimyəvi və onların halogen törəmələrinin konformasiya tarazlığının tədqiqi”mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. Ü.X.Ağayev kombinasiyalı elektro-fotokimyəvi halogenləşmə üsulunu işləyib hazırlamış və bu üsulla ilk dəfə olaraq tsikloheksan və asiltsikloheksan törəmələrinin halogenləşmə prosesinin stereokimyasının və alınan halogen törəmələrinin stereokimya və konformasiyasını Nüvə Maqnit Rezonansı, İnfraqırmızı spektroskopiyası və digər fiziki usullarla tədqiq etmiş və mühüm nəzəri nəticələr almışdır.

Digər lüğətlərdə