İKİCƏ

say. İki.
Əmrah ağzı üstə qapandı, yalnız ikicə dəfə hönkürdü. M.Hüseyn.
Bayaqdan bəri [Zərintac xanım] cəmi ikicə dəst ürəyinə yatan paltar götürüb kənara tullaya bilmişdi. S.Rəhimov.
Lakin ikicə gün sonra darülfünunda baş verən bir hadisə göstərdi ki, artıq onda bir xasiyyət olmuş bu qızğınlığı soyutmaq qeyri-mümkündür. M.İbrahimov.

// Yalnız iki, təkcə iki, ancaq iki.
[Cəfərqulu] bu dəfə ikicə gün qalıb qayıtdı. Qantəmir.
İkicə tikə alandan sonra Cəlil bəy əlini dizlərinə silib dedi… S.Rəhman.
Zeynalın verdiyi şəklə baxandan sonra Mülayim arvad ikicə günün içində şam kimi ərimişdi. B.Bayramov.

İKİCANLILIQ
İKİCƏRGƏ

Digər lüğətlərdə