ŞADLIQ

is. Sevinc, fərəh.
Dağıldı bu şadlıq xəbəri, dərbədər oldu; Yandı oda qəmlər. M.V.Vidadi.
Öz musiqi və sənəti ilə, özünün dilrüba səsilə minlərin şadlığına səbəb olan bu tarixi sima ömründə kədərdən başqa bir mükafat qazana bilmədi. M.S.Ordubadi.

// İnsana fərəh, sevinc, məmnunluq verən hadisə, şey; nəşə, kef, əyləncə, toy, bayram. [Mərcan bəy qonaqlara:] Oturun burada, yeyin, için, kef çəkin.
Bu gün şadlıq günüdür, gərək şad olasınız. Ü.Hacıbəyov.
[Vəzir:] Şadlıq dəmi çatdı, durun! Şahanə bir məclis qurun! A.Şaiq.

□ Şadlıq eləmək (etmək) – çalıboynamaq, əylənmək, kef eləmək, şadlanmaq. Toydan qabaq gəlinin başına və əl-ayağına xına yaxardılar.
O gecəni səhərədək dəf, dumbul çalıb, oynayıb şadlıq edərdilər. H.Sarabski.

Sinonimlər (yaxın mənalı sözlər)

  • ŞADLIQ ŞADLIQ Evimə qucaq-qucaq; Şadlıq gətirən; Nə desəniz varımdır (M.Rahim); FƏRƏH, SEVİNC Hər şeydə fərəh, sevinc, təravət; Artıq oyanıb gülür təbiət (A
  • ŞADLIQ şənlik — şuxluq — sevinc — fərəh

Antonimlər (əks mənalı sözlər)

  • ŞADLIQ ŞADLIQ – BƏDBƏXTLİK Bir kəlmə bu halım ya şadlıqdır və ya bədbəxtlik (C.Cabbarlı)
ŞADLANMAQ
ŞADLIQLA

Digər lüğətlərdə