ŞÜBHƏLƏNMƏK

f.
1. Bir şeyin gerçək olub-olmadığını kəsdirə bilməmək, şübhə etmək, şəkk etmək, inanmamaq.
Seyid Əhməd mədaxili az görüb yoldaşından şübhələndi… Ə.Haqverdiyev.
Mehriban şübhələnməyə başladı. S.Hüseyn.
Vahid və Rübabəni tanıyanlar arasında elə adam yox idi ki, bu iki cavanın evlənəcəyinə şübhələnsin. Mir Cəlal.

2. Gümanı getmək, güman etmək, zənn etmək. Dağda dərviş gəzdiyini ömründə xəbər verən yox idi.
Mən bundan şübhələndim. A.Divanbəyoğlu.
Məhərrəm onun başqa bir aləmdən gəlmiş fövqəladə insan olduğuna şübhələnirdi. H.Nəzərli.

Синонимы

  • ŞÜBHƏLƏNMƏK şəklənmək
  • ŞÜBHƏLƏNMƏK ŞÜBHƏLƏNMƏK Ata oğlunu bu cür görəndə şübhələndi (Ə.Vəliyev); BƏDGÜMAN OLMAQ Ümumən zümrəsinə qarşı bədgüman olan

Антонимы

  • ŞÜBHƏLƏNMƏK ŞÜBHƏLƏNMƏK – İNANMAQ Yəqin uşaqlardan şübhələnəcək (İ.Şıxlı); Axı mən ona inanmıram (C.Əmirov)
ŞÜBHƏLƏNMƏ
ŞÜBHƏLİ

Значение слова в других словарях