ŞÜKÜR

is. [ ər. ] Edilən yaxşılığa qarşı minnətdarlıq, təşəkkür, razılıq ifadəsi. [Kərbəlayı Məhəmməd:] Pərvərdigara! Səndən üzülməyənə heç zad olmaz imiş.
Sənə min şükür! – deyib, əlini ustanın toqqasına atdı. Çəmənzəminli.
[Əli əmniyyəbaşı:] Bir gecəlik qonağıq, ev sahibi nə versə, ona da şükür. M.İbrahimov.

□ Şükür (şükür-səna) etmək (eləmək, qılmaq) – razılıq etmək, minnətdarlığını bildirmək, təşəkkürünü ifadə etmək, razılığını bildirmək. Birini gör, fikir elə; birini gör, şükür elə. ( Ata. sözü ).
Mehman kişi qızının gözlərinə diqqətlə baxdığı vaxt Qəmərin ürəyi dağ boyda olur, qəlbən fərəhlənir, sürdükləri asudə həyat üçün şükür-səna edirdi. Ə.Vəliyev.
◊ Şükür Allaha (Tanrıya, Yaradana və s.
)1) yaxşı ki oldu, xoşbəxtlikdən, bəxtimizdən (bəxtinizdən).
[Xəstə sövdagər:] Şükür olsun Allaha, şəfa tapdım, daha canımda bir dərd qalmadı. E.Sultanov;

2) razılıq, minnətdarlıq, təşəkkür ifadəsi.
[Sənəm:] Nə üçün, şükür Allaha, yaxşıyam. Ü.Hacıbəyov.
[Qurban:] Nə deyim, haqqın kərəminə şükür. Ə.Haqverdiyev.
[Ana:] Oğlumu evləndirəndə, onun arvadına [hamayili] bağışlayaram.
Nə eləyim? Şükür dərgahına, qismət deyilmiş. B.Talıblı.
Şükür (şükürlər) olsun! – bax Allaha şükür! Hədsiz şükürlər olsun dünyada gördüyüm günlərə! C .Məmmədquluzadə.
[Həsənağa:] Şükürlər olsun, gəldikcə ziyalılarımızın sayı artır, onları bir göndər yanıma, gəlsinlər bir söhbət edək. Ə.Haqverdiyev.
Şükür olsun ki, hazırda ixtiyar əlimizə keçmişdir. M.S.Ordubadi.

Синонимы

  • ŞÜKÜR razılıq — təşəkkür — minnətdarlıq
  • ŞÜKÜR şükür bax minnətdarlıq
ŞÜKUHLU
ŞÜLƏ
OBASTAN VİKİ
Hakan Şükür
Hakan Şükür (1 sentyabr 1971[…], Adapazarı) — Türkiyə futbolçusu, milliyyətcə albandır. Kosovadan Türkiyəyə köçən bir ailənin ilk övladı olan Hakan Şükür 1971-ci il iyul ayının 1-də Sakaryanın inzibati mərkəzi olan Adabazarında dünyaya gəlib. Futbol karyerasına doğulduğu Sakaryada başlayıb. 2007–2008 Türkiyə futbol sezonunda Qalatasaray-Manisaspor oyununda 241-ci qolunu vuraraq Türkiyə futbol tarixində ən çox qol vuran futbolçu olmuşdur. Hakan Şükür bir zamanlar Türkiyənin "TRT" telekanalı ilə əməkdaşlıq edirdi və bu kanlada yayımlanan "Stadyum" verilişindəki şərhçiliyinə görə ilə 700 min dollar alırdı. 2011-ci ildə televiziyada davam edən şərhçiliyi buraxaraq siyasətə girdi ve 12 iyun seçimlərinin ardından Adalet ve Kalkınma Partisi 'ndən İstanbul 3. bölgə millət vəkili seçildi. 16 dekabr 2013 günü mənsubu olduğu partiyasından istifa etməsinin ardından siyasi həyatını bitərəf millət vəkili olaraq davam etdirrdi. 2015 seçimlərində yenidən İstanbul 3. bölgədən, bu dəfə bitərəf namizəd oldu , ancaq seçilə bilmədi.
Xanlıq Şükür
Xanlıq Şükür (1872, Şuşa – 1927, Şuşa, DQMV) — XIX–XX əsr Azərbaycan xanəndəsi, Qarabağ muğam məktəbinin nümayəndəsi. == Həyatı == Xanlıq Şükür 1872-ci ildə Şuşada yoxsul kəndli ailəsində anadan olmuşdur. Çox gənc yaşlarında valideynləri vəfat etmiş, babası Rövşənin himayəsində böyümüşdür. İbtidai təhsil ala bilmiş, erkən çağlardan oxumağa həvəs göstərmişdir. Şükürün xanəndə kimi inkişafında Xurşidbanu Natəvanın böyük rolu olmuşdur. Belə ki, o, Şükürün ifasını bəyənmiş və onun saraya gətirilməsini əmr etmişdir. Xanlıq Şükür Natəvanın yaratdığı və rəhbərlik etdiyi "Məclisi-üns" ədəbi məclislərində iştirak etmiş, şairlərin oxuduğu şeirləri dinləmiş və Hacı Hüsü, Məşədi İsi, Həsənçə, Sadıqcan kimi musiqiçilərdən muğamın incəliklərini öyrənmişdir. Xanlıq Şükürün ilk müəllimi Hacı Hüsü olmuşdur. Hacı Hüsü Xanlıq Şükürə Şərq muğamlarını, Azərbaycan xalq mahnı və təsniflərini öyrətmiş, onun xanəndə kimi formalaşmasında mühüm rol oynamışdır. Gənc yaşlarından xan sarayında yaşadığı üçün Şuşa əhalisi Şükürə "Xanlıq Şükür" deyə müraciət etmişdir.
Hacı Molla Şükür Məhərrəmzadə
Hacı Molla Şükür Məhhərrəmzadə (1820 və ya 1821, Ağanus, Laçın rayonu) — dövrünün məşhur ziyalılarından biri, müəllim olmuşdur. Müqəddəs bir şəxsiyyət kimi tanınmışdır, Şuşa şəhərinin qazısı olmuşdur. Şuşa qalasındakı "Təzə pir" məscidinin baş ruhanisi olmuşdur. == Həyatı == Hacı Axund Molla Şükür 1820, yaxud 1821-ci ildə Şuşadan təxminən 40 km məsafədə yerləşən indiki Laçın rayonunun Ağanus kəndində doğulmuşdu. Mollaxanada oxuduqdan sonra 10 il Bağdad və Nəcəf şəhərlərində İslam dini ilə yanaşı, dünyəvi elmlərin də dərinliklərinə yiyələnmişdi. 1850-ci illərin ortalarında Vətənə döndükdən sonra o vaxtkı Zaqafqaziya şeyxülislamı onu Şuşa şəhərinin axundu təyin etmişdi. O, da qısa müddətdə Qarabağ camaatının hörmətini qazanmışdı. Hacı Mоlla Şükür Yasəmən Rəhim qızı və Bəyaz xanımla ailə qurmuşdu. Nəsir, Əbuturab, Məhəmməd, Əhməd, Əsədulla adlı оğlanları vardı. Yazıçı-publisist Əslixan Hüseynoğlu özünün "Geriyə bax, qoca!.." adlı romanında yazır: "...Hacı Molla Şükürdə övliyalıq, olmuş, yaxud olacaq hadisələr barədə qeybdən xəbər vermək qabiliyyəti də varmış.
Nadir Şükür oğlu Orucov
Azad Şükür
Azad Hətəm oğlu Şükürov (11 fevral 1959, Ağdam rayonu) — ADMİU-nun Musiqili teatr aktyoru kafedrasının müdiri, Azərbaycanın məşhur aktyoru və bədii qiraətçisi, Azərbaycan Respublikasının əməkdar artisti, 3-cü dərəcəli "Əmək" ordenli professor, "Sənətkar" medalı laureatı. == Həyatı və fəaliyyəti == Azad Şükürov 11 fevral 1959-cu ildə Ağdamın Muğanlı kəndində müəllim ailəsində dünyaya gəlmişdir. Hələ orta məktəbdə oxuduğu illərdə bədii özfəaliyyət dərnəyinin fəal üzvlərindən olub. Daha sonra Xətai adına mədəniyyət sarayının nəzdində fəaliyyət göstərən Azərbaycan xalq teatrına üzv yazılıb. 1977–1981-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun aktyorluq fakültəsində — Rza Təhmasibin kursunda təhsil alaraq, İnstitutu fərqlənmə diplomu ilə bitirib. 1981–1984-cü illərdə Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında, 1984–1990-cı illərdə Tədris Teatrında, 1990–1992-ci illərdə isə Şuşa Dövlət Musiqili Dram Teatrında çalışmışdır.1992–2009-cu illərdə Bakı Bələdiyyə Teatrında öz fəaliyyətini davam etdirmişdir. 1990-cı ildən Mədəniyyət və İncəsənət Universitetinin Səhnə danışığı kafedrasında müəllim işləyən Azad Şükürov 1996–2002, 2015–2022-ci illərdə həmin kafedranın müdiri vəzifəsində çalışmış, hal-hazırda Musiqili teatr aktyoru kafedrasının müdiridir. Həmçinin, müxtəlif ədəbi-dram verilişlərində, dublyaj redaksiyasında fəaliyyət göstərir, görkəmli qiraət ustasıdır. 1993-cü ildən BBT-da aktyor kimi çalışıb, bir neçə xarici ölkədə mükafatlar alıb, 2003-cü il oktyabr ayında I Tehran Beynəlxalq Komediya Festivalında qızıl medala layiq görülüb. Dövri mətbuatda, qəzet və jurnallarda, monoqrafiya xarakterli kitablarda 20-yə qədər elmi məqalələri çap edilib.
Şükür Bayramov
Şükür Məmməd oğlu Bayramov (1 sentyabr 1928, Kəmərli, Qazax qəzası – 25 mart 1994, Bakı) — Sosialist Əməyi Qəhrəmanı. == İstinadlar == == Ədəbiyyat == Азәрбајҹан Совет Енсиклопедијасы (азерб.) / Ҹ. Гулијевин редаксијасы илә. — Б.: АСЕ-нын баш редаксијасы, 1976. — Т. 1. — С. 546.
Şükür Bürhanov
Şükür Bürhanov (15 sentyabr 1910, Daşkənd, Rusiya Türkistanı general-qubernatorluğu – 15 avqust 1987, Daşkənd) — özbək aktyoru. SSRİ xalq artisti (1959). == Həyatı və fəaliyyəti == 15 sentyabr 1910-cu ildə Daşkənd şəhərində anadan olmuşdur. Kənd təsərrüfatı texnik məktəbində təhsil aldığı müddətdə dram klubunun işində iştirak etmişdir. 1927-ci ildən Özbəkistan Dövlət Dram Teatrında fəaliyyət göstərmişdir. 1929-1931-ci illərdə Özbəkistan Dövlət Dram Teatrının studiyasında oxumuşdur. Əsasən, romantik, psixoloji və satirik obrazlar yaratmışdır. Sov.İKP-nın üzvü idi. 15 avqust 1987-ci ildə Daşkənd şəhərində vəfat etmişdir. Daşkənddəki Çiqatay qəbiristanlığında dəfn edilmişdir.
Şükür Hacıyev
Şükür Həmidov
Şükür Nəriman oğlu Həmidov (1 aprel 1975, Armudlu, Qubadlı rayonu – 22 oktyabr 2020, Qubadlı rayonu) — Azərbaycan hərbçisi, Azərbaycanın Milli Qəhrəmanı (2016), Azərbaycan Silahlı Qüvvələrinin polkovniki, Azərbaycan Silahlı Qüvvələrinin 2-ci Ordu Korpusunun Komandir müavini, İkinci Qarabağ müharibəsi şəhidi. Şükür Həmidov 2016-cı ilin 2–5 aprelində baş verən Aprel döyüşlərində Cəbrayıl rayonu istiqamətində yerləşən "Lələtəpə" strateji nöqtəsinin alınması zamanı xüsusilə fərqlənmiş, buna görə də Azərbaycan Prezidenti İlham Əliyevin 20 aprel 2016-cı il tarixli Sərəncamına əsasən Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür. O, son 17 il ərzində sağlığında bu ada layiq görülən birinci şəxs oldu. Şükür Həmidov 2020-ci ilin sentyabrında başlanan İkinci Qarabağ müharibəsində Cəbrayıl, Füzuli və Qubadlıda gedən döyüşlərdə savaşıb, oktyabrın 22-də isə doğulduğu və 18 yaşında didərgin düşdüyü Qubadlı rayonunun azadlığı uğrunda gedən döyüşlərdə həlak olmuşdur. == Həyatı == Şükür Həmidov 1975-ci il aprelin 1-də Qubadlı rayonunun Armudlu kəndində anadan olmuşdur. Atası — Nəriman Həmidov ibtidai sinif müəllimidir. Anası — Şərqiyyə Həmidova isə evdar qadındır. Şükür Həmidov ailənin doqquzuncu övladı idi. Şükür Həmidovun ailədə altı bacısı və üç qardaşı olmuşdur. 1993-cü il avqustun 31-də Qubadlı rayonunun ermənilər tərəfindən işğal edilməsindən sonra Həmidovlar ailəsi Sumqayıt şəhərinə gəlirlər və əvvəlcə birotaqlı mənzildə, 2 ay sonra isə yataqxanada yaşamağa başlayırlar.
Şükür Mehdiyev
Şükür Mehdiyev (6 mart 1959–9 fevral 2019) — "Vətən uğrunda" medalı ilə təltif olunmuş polis polkovniki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsi rəisinin müavini. == Həyatı == Şükür Mehdiyev 1959-ci il martın 6-sında Goranboy rayonunun Fəxralı kəndində Nəcvəddin və Şövkət Mehdiyevlərin ailəsində anadan olub. Faxralı kənd orta məktəbini bitirib (1966–1977) və hərbi xidmətə çağrılıb (1977–1979). Daxili İşlər Nazirliyinin Polis Akademiyasını hüquqşünas ixtisası üzrə qiyabi bitirib (1991–1996). Milis nəfəri kimi Naftalan RDİŞ nəzdində Mühafizə Bölməsində işə başlayıb (1985–1987), 1987-ci ildə N. Rzayev adına Bakı Xüsusi Orta Milis Məktəbinə qəbul olub və 1989-cu ildə həmin məktəbi bitirib, təyinatla bir ay müddətində Zəngilan RDİŞ YYÇ işləri üzrə inspektoru işlədikdən sonra, Qasım İsmayılov (indiki Goranboy) RDİŞ YYÇ işləri üzrə inspektoru (1989–1990), RDİŞ-də milis sahə inspektoru (1990–1992), Goranboy RDİŞ-də cinayət axtarış üzrə əməliyyat müvəkkili (1992–1993), Yevlax ŞPŞ-nin Cinayət axtarış bölməsində əməliyyat müvəkkili (1993–1994), Yevlax ŞPŞ-nin Cinayət axtarış bəlməsi rəisi (1994–1996), Gəncə ŞPİ-nin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə şöbəsinin rəisi (1996–1999), Gəncə şəhər Kəpəz RPŞ-nin rəisi (1999–2001), Goranboy RPŞ-nin xidmət üzrə rəis müavini (2001–2003), Şəmkir RPŞ-nin əməliyyat işi üzrə rəis müavini (2003–2005), Qazax RPŞ-nin rəisi (2005–2010) vəzifələrində inamla və qətiyyətlə çalışıb. 2010-cu ilin yanvar ayından 16 aprel 2015-ci il tarixinədək Şəmkir RPŞ-nin rəisi vəzifəsində işləmişdir. 2015-ci ilin 4 may tarixindən ömrünün sonunadək (9 fevral, 2019) Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsi rəisinin müavini vəzifəsində işləmişdir. O, polis polkovniki idi. İşlədiyi illər ərzində insanların hüquqlarının pozulmasının qarşısını müvəffəqiyyətlə aldığına görə 30 dəfədən artiq dövlət tərəfindən mükafatlandırılmışdır. 2004-cü ildə "Əla Xidmətlərinə Görə" döş nişanı ilə, 1 iyul 2013-cü ildə "Vətən uğrunda" medalı ilə təltif olunub.
Şükür Rzayev
Şükür Həbib oğlu Rzayev (21 oktyabr 1929, Şuşa, DQMV – 17 iyul 2006, Bakı) — hüquqşünas, dövlət xadimi, ədliyyə general-mayoru. 1982–1986-cı illərdə Azərbaycan SSR-in nəqliyyat prokuroru, 1994–1998-ci illərdə Bakı şəhər prokuroru işləmiş, 1983–1987-ci illərdə Bakı Şəhər Xalq Deputatları Sovetinin deputatı olmuşdur. == Həyatı == Şükür Həbib oğlu Rzayev 1929-cu il oktyabr ayının 21-də Qarabağda dünyaya göz açmışdır. Üç bacısı (Fatma, Səltənət, Məhbubə) və üç qardaşı (Hidayət, Rəşid, Əbülfət) ilə birlikdə uşaqlıq illərini Şuşanın "Merdinli" məhəlləsində keçirmişdir. Şükür Rzayev dörd yaşında ikən ailələri Bakı şəhərinə köçür. 1937-ci ildə 173 saylı məktəbin birinci sinfinə daxil olur. Bir müddət Ağdamda yaşamaları ilə əlaqədar orta təhsilini orada davam etdirir. Ailələrinin yenidən Bakıya qayıdışından sonra, 132 saylı məktəbdə təhsilin davam etdirir və məktəbi qızıl medalla başa vurur. 1948–1953-cü illərdə S. M. Kirov adına Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsində ali təhsil alır. 1953-cü ildə Şükür Rzayev universiteti fərqlənmə diplomu ilə bitirib, təyinatı üzrə respublikanın prokurorluq orqanlarında işləməyə başlayır.
Şükür Səmədov
Şükür Səmədov — Azərbaycanın xalq artisti (2005),Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının nəfəs və zərb alətləri kafedrasının dosenti == Həyatı == Səmədov Şükür Hacıbala oğlu 1965-ci il Şabran rayonunda anadan olub. 1982-1989-cu illərdə klarnet ixtisası üzrə Azərbaycan Dövlət Konservatoriyasında təhsil alıb. 1983-1985-ci illərdə ordu sıralarında Moskva şəhərində hərbi orkestrdə qulluq edib. 1986-cı ildən Azərbaycan Dövlət Opera teatrının simfonik orkestrində 1998-ci ildən isə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət simfonik orkestrində klarnet qrupunun konsertmeysteridir. 2004-cü ildən Ü.Hacıbəyli adına Azərbaycan Dövlət simfonik orkestrinin direktorudur. 2002-ci ildən Bakı Musiqi Akademiyasında dərs deyir 2014-cü ildən nəfəs və zərb alətləri kafedrasının dosentidir. Azərbaycan Dövlət Respublikasının prezidentinin fərmanı ilə 2002-ci ildə Respublikanın əməkdar artisti , 2005-ci ildən isə xalq artisti fəxri adlarına layiq görülüb . 7 may 2021-ci ildə, 10 may 2022-ci ildə, 6 may 2023-cü ildə və 9 may 2024-cü ildə Prezident Mükafatına layiq görülmüşdür.
Şükür İlyasov
Şükür Şənol
Əliyev Şükür Məmiş oğlu (Şükür Şənol) (11 fevral 1955, Yevlax) — postmodern yazıçı, publisist, Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü. == Həyatı == Şükür Şənol 11 fevral 1955-ci ildə Yevlax şəhərində anadan olub. Əslən Füzuli rayonunun Böyük Bəhmənli kəndindəndir. Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib. "Azərbaycanfilm" kinostudiyasında, "İşıq" nəşriyyatında, "Kommunist" ("Xalq qəzeti"), "Azernews" qəzetlərində işləyib. Hazırda "Respublika" qəzetinin xüsusi müxbiridir. == Yaradıcılığı == "Ağ qoç, qara qoç" (1988), "Nə, gözəl onu andı, sevdi, düşündü hər türk" (1989), "Son bahar rüzgarları" (1999), "... bu eşqin bır anlamı" (2007), "...aramızdakı bir mələk" (2007), "Yüz ildən bir sətir" (2009) və s. kitabların müəllifidir. Yazarın "...aramızdakı bir mələk" (2007) kitabına erkən gənclik illərində və XX əsrin 2010-cu ilinə qədər bir dövrdə qələmə aldığı yazılar daxil edilmişdir.
Şükür Əhmədov
Şükür Əhmədov (1926–1970) — Sovet azərbaycan heyvandarı, Sosialist Əməyi Qəhrəmanı (1949). == Həyatı == Şükür Əhmədov 1926-cı il mayın 12-də Naxçıvan MSSR-nın Kəngərli rayonu Böyükdüz (hazırda Azərbaycan Naxçıvan MR Kəngərli rayonu) kəndində anadan olub. 1940-cı ildə Naxçıvan rayonunun "Azərbaycan" kolxozda əmək fəaliyyətinə başlamışdır. Sonralar bu kolxozda baş çoban. Həmçinin Karl Marks adına kolxozun sədrinin müavini işləyib, Şahtaxtı baytarlıq şöbəsinin müdiri, sonralar kolxoz sədri H. Cavid adına kolxozun baytarı, Şahbuz rayonundakı, "Azərbaycan" kolxozunda, Kəngərli rayonunun Böyükdüz kənd kolxozunda sədr çalışmışdır. 1948-ci ildə qoyunçuluğun sahəsində yüksək nəticələr əldə etmişdir. Heyvandarlığın yüksək məhsuldarlığının üçün1949-cu il 24 iyun tarixli SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə, əmək rəşadəti göstərdiyinə görə Hüseynov Qasım Rəsul oğlu "Oraq və Çəkic" medalına Sosialist Əməyi Qəhrəmanı fəxri adına layiq görülmüşdür ."Lenin" ordeni, ilə təltif olunub. 1970-ci il iyulun 5-də doğma kəndində vəfat edib.
Şükür Hacıyev (leytenant)
Şükür Hacıyev (əsgər)
Şükür bəy Ağayev
Ağayev Şükür bəy Hacı Cəfərqulu oğlu (1887, Şuşa – 1961, Bakı) — həkim, əməkdar həkim. == Həyatı == Şükür bəy Hacı Cəfərqulu oğlu 1887-ci ildə Şuşa şəhərində anadan olmuşdur. Əvvəlcə real məktəb, sonra gimnaziya bitirmişdi. 1917-ci ildə Kazan Universitetinin tibb fakültəsini tamamlamış, 1917–1920-ci illərdə Sabunçu xəstəxanasında həkim-cərrah, 1920–1924-cü illərdə Zaqafqaziya dəmiryolunda sanitar-həkim, 1924–1933-cü illərdə Paster adına xəstəxananın baş həkimi, 1933–1941-ci ildə Klinink İnstitutda direktor müavini işləmişdir. Böyük Vətən müharibəsi dövründə 1543, 1289, 1447 nömrəli evakoqospitalların rəisi olmuşdur. Müharibədən sonrakı illərdə Ş. Ağayev uzun müddət respublikanın müalicə idarələrində rəhbər vəzifələrdə çalışmışdır. Respublika səhiyyəsinin inkişafında böyük xidmətləri olmuşdur. Şükür bəy Ağayev 1961-ci ildə vəfat etmişdir. == Mükafatları == Ş. Ağayev 1917-ci ildə lekar rütbəsinə layiq görülən Ş. Ağayev, inqilabdan sonra Azərbaycanın əməkdar həkimi adını almış, Lenin, Qırmızı Ulduz ordenləri və bir çox medallara təltif olunmuşdur.
Allaha şükür (film, 2009)
Şəbnəm Şükür qızı Cəbrayılova
Şəbnəm Şükür qızı Cəbrayılova (23 mart 1990, Mingəçevir) — İrəvan Dövlət Azərbaycan Dram Teatrının aktrisası. == Həyatı == Şəbnəm Cəbrayılova 23 mart 1990-cı ildə Mingəçevir şəhərində anadan olmuşdur. 1997-ci ildə 10 saylı orta məktəbə daxil olmuş və 2008-ci ildə həmin məktəbi bitirmişdir. 2009-cu ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Teatr və kino aktyoru" ixtisasına qəbul olmuşdur. Kurs rəhbərləri Ötkəm İsgəndərov və Zenfira Nərimanova olmuşdur. 2013-cü ildə universiteti bitirdikdən sonra 2014-cü ildə C. Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrında aktrisa kimi fəaliyyətə başlamışdır.
Hafiz Şükürov
Hafiz Şükürov (şəhid)
Kərim Şükürov
Şükürov Kərim Kərəm oğlu (10 may 1956, Bərdə) — Azərbaycan tarixçisi, tarix elmləri doktoru, professor, Azərbaycan Respublikası Dövlət Mükafatı laureatı, AMEA A.A. Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun direktoru, institutun Elmi Şurasının sədri, Azərbaycan Turizm və Menecment Universitetinin professoru. Azərbaycan tarixşünaslığında ilk dəfə olaraq İran və Rusiya imperiyası arasında əhalinin miqrasiyasının hüquqi-siyasi məsələlərini, miqrantların dinamikası və yerləşməsi məsələlərini, əhalinin öyrənilməsinin mənbələri və tarixşünaslığını, Azərbaycanın tarixi demoqrafiyasını tədqiq etmişdir. == Həyatı == Kərim Şükürov 1956-cı il may ayının 10–da Bərdə rayonunda anadan olub. Ailədə 6 uşaq olublar. Bu uşaqların 3-cüsü Kərim Şükürov olmuşdur. Atası ticarətlə məşğul olsa da mütaliəyə marağı olmuş şəxs idi, o, boş vaxtlarında dünya və Azərbaycan ədəbiyyatına dair kitablar oxuyardı. Evdəki bu mühit Kərim Şükürovda da kitaba böyük maraq oyatmışdır: "Yadımdadır, rayon kitab mağazalarına gələn kitabların böyük əksəriyyətini mən alardım. Bu gün evində zəngin kitabxanası olanlardan biri də mənəm və o vaxtlardan bu günə çatan kitablarımın orada öz yeri indi də var. İnsanın bir fərd olaraq yetişməyində ailənin böyük rolu var və həmişə valideynlərimi böyük ehtiramla yad edirəm, onların fikirlərini, tövsiyələrini bu gün də bir əsas hesab edirəm." 1962-ci ildə Bərdə şəhər 1 № li orta məktəbin birinci sinifinə gedib, 1972-ci ildə orta məktəbi bitirərək Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsinə daxil olub. 1977-ci ildə universiteti fərqlənmə diplomu ilə başa vurub.
Lətif Şüküroğlu
Lətif Şüküroğlu(azərb. Babayev Lətif Şükür oğlu;‎) — tarixçi alim, Azərbaycan Jurnalistlər Birliyinin və Azərbaycan Yazıçılar Birliyinin üzvü, Qarabağ müharibəsi və Silahlı Qüvvələr veteranı == Həyatı == Lətif Şükür oğlu Babayev 1960-cı il aprelin 8-də Ermənistan SSR-in Qafan rayonunda anadan olmuşdur. 1977-ci ildə Zəngilan şəhər 1 saylı orta məktəbini bitirmişdir.1977-ci 1979-cu illərdə Zəngilan rayon Poçt şöbəsində və Yol İdarəsində fəhlə işləmişdir. 1979–1984-cü illərdə Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsində əyani təhsil almışdır. 1984–1990-cı illərdə Zəngilan rayonunda çıxan "Kənd həyatı" qəzetində ədəbi işçi və şöbə müdiri işləmişdir. 1990-cı ilin mart ayından 1992-ci ilin fevral ayınadək Azərbaycan Qaçqınlar Cəmiyyətinin orqanı olan "Vətən səsi" qəzetində Qarabağ, Mil-Muğan zonaları üzrə xüsusi müxbir, 1992-ci ilin fevral ayından həmin ilin oktyabr ayına qədər Müdafiə Nazirliyinin orqanı olan "Xalq Ordusu" qəzetində şöbə müdiri işləmişdir. Lətif Şüküroğlu 1992-ci ilin noyabr ayında Dövlət Sərhədini Mühafizə Komitəsinə qrup rəisi vəzifəsində həqiqi hərbi xidmətə qəbul olunmuş, 1993-cü ilin mart ayından xidmətini Milli Təhlükəsizlik Nazirliyində davam etdirmişdir. O, 2015-ci ilin dekabr ayının 27-də MTN-dən idarə rəisinin müavini vəzifəsində, polkovnik rütbəsində ehtiyata buraxılmışdır. Lətif Şüküroğlu 2016–2018-ci illərdə Azərbaycan Respublikasının Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında şöbə müdiri işləmişdir. 2019-cu ildən Azərbaycan Respublikası Milli Məclisinin Redaksiya və nəşr işləri şöbəsində sektor müdiri işləyir.
Mahir Şükürov
Mahir Şükürov (12 dekabr 1982) — "Neftçi" futbol klubunun oyunçusu. == Uğurları == Azərbaycan çempionatı Qızıl medal (1): 2012/2013 Gümüş medal (3): 2005/2006, 2006/2007, 2007/2008 Bürünc medal (1): 2004/2005 Azərbaycan Kuboku Qızıl medal (3): 2006/2007, 2007/2008, 2012/2013 Azərbaycan Superkuboku Gümüş medal (1): 2013 Birlik Kuboku Qızıl medal (1): 2008 == Milli komanda karyerası == Azərbaycan milli futbol komandasında 2004-cü ilin 8 sentyabrında Vyanada 2006 FİFA Dünya Kubokunun seçmə mərhələsi çərçivəsində Avstriya ilə oyunda debut edib. 2010-cu ildə bir daha yığmada oynamamaq qərarına gəlib. Daha sonradan yenidən milliyə qayıdıb. Artıq milliyə çağırılmır.
Mehman Şükürov
Müşfiq Şükürov
Müşfiq Ötgün (tam adı: Şükürov Müşfiq Yarəhməd oğlu; d. 7 iyun 1968, Quba rayonu, Azərbaycan SSR, SSRİ) — azərbaycanlı filosof, fəlsəfə elmləri namizədi, dosent. == Həyatı == 7 iyun 1968-ci ildə Quba rayonunda anadan olmuşdur. Hazırda Sumqayıt şəhərində yaşayır. AMEA-nın Fəlsəfə İnsitutunun böyük elmi işçidir. == Təhsili == Sumqayıt şəhəri 21 nömrəli tam orta məktəbi və Azərbaycan Sənaye İnstitutunu (indiki Sumqayıt Dövlət Universiteti) bitirmişdir. 1995-2000-ci illərdə Bakı Dövlət Universitetinin fəlsəfə kafedrasında dissertant olmuş və 2001-ci ildə "Ekoloji problem və mənəvi imperativ" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. == Elmi yaradıcılığı == 1 monoqrafiya və 40-a yaxın elmi-fəlsəfi məqalənin müəllifidir. Fəlsəfi ədəbiyyatdan bir sıra tərcümələr etmişdir. == Pedaqoji fəaliyyəti == Müxtəlif vaxtlarda Sumqayıt Dövlət Universitetində, Azərbaycan Müəllimlər İnstitutunda, Bakı Dövlət Universitetində, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında fəlsəfə, mifologiya, mədəniyyətşünaslıq fənnlərindən mühazirələr oxumuşdur.
Məhbub Şüküroğlu
Nicat Şükürlu
Sadıq Şükürov
Sadıq Şükürov (31 dekabr 1925, Zəhmət, İrəvan qəzası – 25 noyabr 2013, Gəncə) — Azərbaycanlı alim, filologiya elmləri doktoru, professor. == Həyatı == Ermənistan Respublikasının Zəngibasar rayonunun, Zəhmət kəndində anadan olub. Azərbaycan Dövlət Pedaqoji institunun azərbaycan dili və ədəbiyyatı fakültəsini bitirib. Filoloğiya elmləri doktoru, professor idi. Gəncə Dövlət Uiversitetində işləyirdi.
Samir Şükürov
Sərvan Şükürov
Təvəkkül Şükürbəyli
Təvəkkül Hadı oğlu Şükürbəyli (1 iyun 1943, Ağdam rayonu) — rus dili üzrə mütəxəssis, leksikoloq, leksikoqraf, filologiya elmləri doktoru, professor. == Həyatı == Təvəkkül Hadı oğlu Şükürbəyli 1943-cü il iyunun 1-də Azərbaycan Respublikasının Ağdam rayonunda anadan olmuşdur. 1960-cı ildə Boyəhmədli kənd orta məktəbini bitirmişdir. 1960–1963-cü illərdə Nuxa (Şəki) tibb məktəbində oxumuşdur. 1964–1967-ci illərdə hərbi xidmətdə olmuş və "20 лет победы в Великой Отечественной войне 1941–1945 гг." medalı ilə təltif edilmişdir. 1968–1973-cü illərdə Azərbaycan Pedaqoji Dillər İnstitutunun rus dili və ədəbiyyatı fakültəsində təhsilini davam etdirmiş, tədris əlaçısı olmuş, institutu fərqlənmə diplomu ilə bitirmişdir. Lenin təqaüdçüsü olmuşdur. İnstitutu bitirdikdən sonra Ağdamın kənd məktəblərində rus dili və ədəbiyyatı müəllimi işləmişdir. 1975–1978-ci illərdə Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunun (indiki Bakı Slavyan Universiteti) aspiranturasına daxil olmuşdur. Professor M. T. Tağıyevin rəhbərliyi ilə tədqiqat işi aparmışdır.
Vüsal Şükürov
Yusif Şükürlü
Yusif Şükürov (Şükürlü; 27 oktyabr 1948, Baş Şabalıd, Nuxa rayonu) — Fizika-riyaziyyat elmləri namizədi, Azərbaycan Yazıçılar Birliyinin üzvü (11 iyun 2007), AMEA Şəki Regional Elmi Mərkəzinin direktoru (15 oktyabr 2014) == Həyatı == Şükürlü Yusif Hacıbala oğlu 27 oktyabr 1948-ci ildə Azərbaycanın Şəki rayonunun Baş Şabalıd kəndində anadan olmuşdur. 1954-cü ildə doğulduğu kəndin ibtidai məktəbinin birinci sinfinə getmiş və orada ibtidai təhsilini başa çatdırdıqdan sonra təhsilini Şəki rayonu Baş Göynük kənd 1 saylı orta məktəbində davam etdirmişdir. 1965-ci ildə Şəki rayonu Baş Göynük kənd 1 saylı orta məktəbi bitirmiş və 1966-cı ildə ADU-nun Fizika fakültəsinə daxil olmuşdur. O, diplom işini İ. V. Kurçatov adına AEİ-da (indiki rus. Российский научный центр "Курчатовский институт") yerinə yetirmişdir. 1971-ci ildə ali məktəbi bitirdikdən sonra təyinat üzrə Qəbələ rayonunda Tola kənd səkkiz illik məktəbində və Qəbələ Qiyabi Orta məktəbində fizika, riyaziyyat və kimya fənlərini tədris etmişdir. 1973–1974-cü illərdə isə həmçinin Tola kənd səkkiz illik məktəbində tədris işləri üzrə direktor müavini də işləmişdir. == Əmək fəaliyyəti == 1974-cü ilin avqustundan Şəki şəhərində 43 saylı Orta Təhsil verən Texniki Peşə məktəbində fizika müəllimi işləmiş və 1975-ci ildə istehsalatdan ayrılmamaq şərti ilə Azərbaycan EA-nın Fizika İnstitutunun aspiranturasına daxil olmuşdur. 1975-ci ilin noyabrında Azərb. SSR EA Fizika institutunun nəzdində olan Səki Elmi bazasına — laborant vəzifəsinə işə keçmişdir.
Zəki Şükürov
Zəki Ruhulla oğlu Şükürov (1 yanvar 1905, Ərdəbil – 1987, Bakı) — neftayıran, Sosialist Əməyi Qəhrəmanı (1959). == Həyatı == Zəki Ruhulla oğlu Şükürov 1 yanvar 1905-ci ildə Cənubi Azərbaycanın Ərdəbil mahalının Mərəlli kəndində anadan olub. Əmək fəaliyyətinə 1920-ci ildə başlamışdır. 1930-cu ildən Vanno Sturua ad. Neftayırma zavodunda operator köməkçisi, 1933-cü ildən operator, 1936-cı ildən baş operator, 1941-ci ildən qurğu rəisi, 1982-ci ildən operator vəzifəsində çalışmışdır. 1986-cı ildən pensiyadadır. Azərbaycan Kommunist Partiyası 28 və 29-cu qurultaylarının nümayəndəsi olmuşdur. İki dəfə Lenin ordeni, Qırmızı Əmək Bayrağı ordeni və medallarla təltif edilmişdir. Şükürov haqqında sənədli film çəkilmişdir (1974).
Zərifə Şükürova
Zərifə Zülfüqar qızı Şükürova (1920, Şuşa) — Azərbaycan ictimai-siyasi və dövlət xadimi, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin katibi (1958–1971). == Həyatı == Zərifə Şükürova 1920-ci ildə anadan olmuşdur. Əmək fəaliyyətinə 1936-cı ildə başlamışdır. Bakı məktəblərində müəllimlik etmiş, Azərbaycan Tibb İnstitutunu bitirdikdən sonra 1944-cü ildə laborant, daha sonra həkim, 1948–1954-cü illərdə isə Bakının Lenin rayonu səhiyyə şöbəsinin müdiri işləmişdir. Zərifə Şükürova Azərbaycan SSR Ali Sovetinin 4–7 çağırış deputatı seçilmiş, 1958–1971-ci illərdə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin katibi olmuşdur.
İdris Şükürlü
İdris Şükürlü (d. 1 may 1957, Şingədulan k., Lerik r.) — nasir, publisist, politoloq, Jurnalistlər Birliyinin (1984), AzərKİVİHİ-nin (2000) üzvü Əməkdar jurnalist. == Həyat və fəaliyyəti == 1957-ci il mayın 1-də Lerik rayonunun Şingədulan kəndində anadan olmuş; 1964-1974-ci ildə həmin kəndin orta məktəbini bitirmişdir. Bir müddət sıravi kolxozçu işləmiş; 1975-ci ildən 1976-cı ilə kimi “Bolluq uğrunda” (indiki “Lerik”) qəzeti redaksiyasının mətbəəsində mürəttib işləmiş; 1976-1984-cü ildə BDU-nin Jurnalistika fakültəsini qiyabi yolla bitirmiş; 1976-1978-ci illərdə Sovet Ordusu sıralarında xidmət etmiş; 1978-ci ildə Universitetin Jurnalistika fakültəsində təhsilini davam etdirməklə yanaşı, rayon qəzetində kitabxanaçı işləmiş; 1981-1989-cu illərdə “Bolluq uğrunda” qəzeti redaksiyasında əbəbi işçi; 1989-cu ildən məsul katib işləmiş; 1989-1991-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası əyani şöbəsini bitirmiş; 1991-ci ildə “Kənd həyatı” jurnalının cənub bölgəsi üzrə xüsusi müxbiri işləmiş; 1992-ci ildə “Lerik” qəzetinin redaktoru təyin edilmiş; 2000-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. == Kitabları == “Ölsəm, inanma!” (oçerklər), Bakı, “Şirvannəşr”, 1996, 2000 nüsxə “Gözəlliyi gözlərimdə apardım” (mənsur şeirlər), Bakı, “Təbriz”, 1998, 500 nüsxə “Ömür çırağı sönmədi” (sənədli povest), Bakı, “Əbilov, Zeynalov və oğulları” İTK, 2002, 500 nüsxə “Adsız qəhrəman” (sənədli povest), Bakı, “Planet-press” İTK, 2003, 500 nüsxə “Seyid Mir Saleh Ağa ocağının nuru” (oçerklər), Bakı, “Avropa”, 2003, 500 nüsxə “Əliheydər müəllimin arxeoloji cənnətdə tapıntıları”, Bakı, “Planet-press” İTK, 2004, 500 nüsxə “Kitabların işığında”, Bakı, “Nurlan”, 2010. “Çəkirəm dünyanın şəkilini sözlə” “Açılmayan səhər” “Əsl insan haqqında düşüncələr” İ.M.Şükürlü yaradıcılığında ədəbi-bədii və publisistik üslubda yazıb - yaratmış, 30-a yaxın kitabın isə tərtibçisi və redaktoru olmuşdur. Kitablarından 3-ü şəhidlik və Qarabağ mövzusuna həsr olunmuşdur. === Əsərləri === Müxtəlif janrlarda yazıb çap etdirdiyi əsərlərdən daha çoxu məqalə, oçerk, hekayə, şer və sənədli povestlər idi. İdris Şükürlünün bədii və publisistik yaradıcılığında Qarabağ müharibəsi, şəhidliyin tərənnümü, qələbəyə inam, vətənpərvərlik, dövlətçiliyə sədaqət hissləri mühüm yer tuturdu. == Mükafatları == Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 22 iyul tarixli Sərəncamı ilə “Respublikanın əməkdar jurnalisti” fəxri adına layiq görülmüşdür.
İdris Şükürov
İdris Şükürlü (d. 1 may 1957, Şingədulan k., Lerik r.) — nasir, publisist, politoloq, Jurnalistlər Birliyinin (1984), AzərKİVİHİ-nin (2000) üzvü Əməkdar jurnalist. == Həyat və fəaliyyəti == 1957-ci il mayın 1-də Lerik rayonunun Şingədulan kəndində anadan olmuş; 1964-1974-ci ildə həmin kəndin orta məktəbini bitirmişdir. Bir müddət sıravi kolxozçu işləmiş; 1975-ci ildən 1976-cı ilə kimi “Bolluq uğrunda” (indiki “Lerik”) qəzeti redaksiyasının mətbəəsində mürəttib işləmiş; 1976-1984-cü ildə BDU-nin Jurnalistika fakültəsini qiyabi yolla bitirmiş; 1976-1978-ci illərdə Sovet Ordusu sıralarında xidmət etmiş; 1978-ci ildə Universitetin Jurnalistika fakültəsində təhsilini davam etdirməklə yanaşı, rayon qəzetində kitabxanaçı işləmiş; 1981-1989-cu illərdə “Bolluq uğrunda” qəzeti redaksiyasında əbəbi işçi; 1989-cu ildən məsul katib işləmiş; 1989-1991-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası əyani şöbəsini bitirmiş; 1991-ci ildə “Kənd həyatı” jurnalının cənub bölgəsi üzrə xüsusi müxbiri işləmiş; 1992-ci ildə “Lerik” qəzetinin redaktoru təyin edilmiş; 2000-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. == Kitabları == “Ölsəm, inanma!” (oçerklər), Bakı, “Şirvannəşr”, 1996, 2000 nüsxə “Gözəlliyi gözlərimdə apardım” (mənsur şeirlər), Bakı, “Təbriz”, 1998, 500 nüsxə “Ömür çırağı sönmədi” (sənədli povest), Bakı, “Əbilov, Zeynalov və oğulları” İTK, 2002, 500 nüsxə “Adsız qəhrəman” (sənədli povest), Bakı, “Planet-press” İTK, 2003, 500 nüsxə “Seyid Mir Saleh Ağa ocağının nuru” (oçerklər), Bakı, “Avropa”, 2003, 500 nüsxə “Əliheydər müəllimin arxeoloji cənnətdə tapıntıları”, Bakı, “Planet-press” İTK, 2004, 500 nüsxə “Kitabların işığında”, Bakı, “Nurlan”, 2010. “Çəkirəm dünyanın şəkilini sözlə” “Açılmayan səhər” “Əsl insan haqqında düşüncələr” İ.M.Şükürlü yaradıcılığında ədəbi-bədii və publisistik üslubda yazıb - yaratmış, 30-a yaxın kitabın isə tərtibçisi və redaktoru olmuşdur. Kitablarından 3-ü şəhidlik və Qarabağ mövzusuna həsr olunmuşdur. === Əsərləri === Müxtəlif janrlarda yazıb çap etdirdiyi əsərlərdən daha çoxu məqalə, oçerk, hekayə, şer və sənədli povestlər idi. İdris Şükürlünün bədii və publisistik yaradıcılığında Qarabağ müharibəsi, şəhidliyin tərənnümü, qələbəyə inam, vətənpərvərlik, dövlətçiliyə sədaqət hissləri mühüm yer tuturdu. == Mükafatları == Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 22 iyul tarixli Sərəncamı ilə “Respublikanın əməkdar jurnalisti” fəxri adına layiq görülmüşdür.
İlkin Şükürov
İsrafil Şükürov
İsrafil Xudaverdi oğlu Şükürov (d. 18 iyun 1924) — azərbaycan sovet müəllimi. Naxçıvan MSSR əməkdar müəllimi (1980). SSRİ xalq müəllimi (1984). == Həyatı == İsrafil Şükürov 1924-cü ildə Ermənistan SSR-in Vayoc dzor mərzinin Qabaqlı kəndində anadan olmuşdur. 1947-ci ildən Sov.İKP üzvü olmuşdur. İkinci Dünya müharibəsinin iştirakçısıdır. 1948-ci ildə Naxçıvan Müəllimlər İnstitutunu, 1954-cü ildə isə, APİ-ni bitirmişdir. 1948-1957-ci illərdə Naxçıvan MSSR-in indiki Babək rayonunun Təzəkənd və Şıxmahmud kənd məktəblərində müəllim, Payız və Sust kənd məktəblərində direktor işləmişdir. 1957-ci ildən həmin rayonun Didivar kənd orta məktəbinin Azərbaycan dili və ədəbiyyat müəllimidir.

Значение слова в других словарях