Fars mətbəxi
İran mətbəxi və ya Fars mətbəxi İranın qida ənənələri, ərzaq məhsulları və onların hazırlanma üsullarını əhatə edir.
İran kulinariya üslubları qonşu regionlarına o cümlədən Qafqaz mətbəxi, Türk mətbəxi, Levantin mətbəxi, yunan mətbəxi, Orta Asiya mətbəxi və Rusiya mətbəxi ilə tarixi qarşılıqlı əlaqələrə malikdir. Farslaşmış Orta Asiya Muğal sülaləsi vasitəsilə İran mətbəxindən bəzi aspektləri Şimali Hind mətbəxinə də keçib.
İranın əsas tipik yeməkləri düyünün ət (qoyun, toyuq və ya balıq), tərəvəz (soğan və müxtəlif göyərtilər) və qoz ilə birlikdə hazırlandığı yeməklərdir. Təzə göyərtilər, eləcə də ərik, nar, heyva, gavalı, ərik və üzüm kimi meyvələr tez-tez istifadə olunur. Zəfəran, qurudulmuş laym, darçın, sarıkök və cəfəri kimi ədvaları qarışdırılır və bəzi xüsusi yeməklərin hazırlanmasında istifadə olunur.
İran mətbəxi iranlıların yaşadığı bir çox xarici şəhərlərdə də: London, Los-Anceles, Vaşinqton, Kolumbiya, Vankuver və Toronto kimi çoxmillətli şəhərlərdə də getdikcə populyarlaşır. Xüsusilə Los-Anceles və onun ətrafı (Tehran və Los-Anceles sözlərindən düzəldilmiş Tehrangeles adlandırılan hissəsi) İran mətbəxinə məxsus, əsasən kabab olmaqla, bir sıra ət yeməkləri və digər ənənəvi yeməklər təklif edən İran restoranlarının sayı və keyfiyyəti ilə məşhurdur. İran mətbəxi ən qədim və tarixli bir mətbəxdir eynən öz tarixi kimi 3000 ildən çox tarixi var.
== Əsas ərzaq növləri ==
=== Düyü ===
Düyü İran mətbəxində xüsusi yer tutur.