Şamats
Şamats (bosn. Bosanski Šamac, serb. Шамац / Šamac, xorv. Bosanski Šamac) — Bosniya və Herseqovinanın şimal-şərq hissəsində yerləşən şəhər. Eyniadlı icmanın inzibati mərkəzi. Serb Respublikasının Doboy regionuna daxildir. Şəhər Sava çayı üzərində, Bosna çayının töküldüyü yerdə, Xorvatiya ilə sərhəddə yerləşir.
Bosniya müharibəsindən əvvəl şəhərin adı Bosanski-Şamats idi. Sonradan Serb Respublikasının hökuməti Şamats adını təsdiqlədi.
2013-cü il siyahıyaalınmasına əsasən şəhərin əhalisi 5 390 nəfər, icmanın isə 19 041 nəfər idi.