Emili du Şatle
Emili dü Şatle(fr. Gabrielle Émilie Le Tonnelier de Breteuil, marquise du Châtelet, 17 dekabr 1706, Paris — 10 sentyabr 1749) — fransız riyaziyyatçısı və fiziki.
== Həyatı ==
Şatle Markizi Qabrielle Emili 1706-cı ildə Fransada anadan olub. Kral XIV Lüdovikin birinci katibəsi Louis Nikolas le Tonnelier de Breteuilin qızı idi. Atasının mövqeyı həm ailəsinə hörmət qazandırmış, həm də Emilinin həyatı boyunca fransız kübar cəmiyyəti, intellektual şəxslərlə əlaqə qura bilməsinə şərait yaratmışdı.
Emilinin daha kiçik yaşlarından parlaqlığını fərq edən atası qızına təhsillə yanaşı, həmin dövrdə geniş yayılmış atçılıq və qılınc oynatma kimi fiziki fəaliyyətlərlə məşğul olmasına imkan yaratmışdı.
Emili bir az daha böyüdükdən sonra ədəbiyyat və riyaziyyat təhsili alması üçün xüsusi müəllimlər tutulur.
12 yaşına qədər yunan, latın, italyan, alman dillərini mükəmməl öyrənir. Emili sadəcə elm və ədəbiyyat oxumaqla kifayətlənmir, eyni zamanda rəqslə məşğul olur, opera musiqiləri oxuyur və piano çalırdı.
Emili 1725-ci ildə Şatle Markizi Florent-Klaude ilə ailə qurur.