ƏBDÜRRƏZZAQ

bax: Əbdül və Rəzzaq.
ƏBDÜRRƏHMAN
ƏBİ
OBASTAN VİKİ
Əbdürrəzzaq Səmərqəndi
Kəmaləddin Əbdürrəzzaq ibn İshaq Səmərqəndi (1413—1482) — Orta Asiya tarixçisi. Əbdürrəzzaq Səmərqəndi 1413-cü ildə Herat şəhərində doğulmuşdu. Uzun müddət Teymurluların sarayında (Səmərqənddə) xidmət etmişdir. 1463-cü ildən isə o, Sultan Şahruxun Heratdakı xanəgahının şeyxi olmuşdur. O, fars dilində yazdığı “Mətlə əs-sədeyn və məcmə əl-bəhreyn” (“İki xoşbəxt ulduzun doğulması və iki dənizin qovuşması”) əsərində57 1304-1470-ci illərin hadisələrini əks etdirmişdir. Əsərin II cildində Çobanlılar, Cəlairilər, Qaraqoyunlular, Şirvanşahlar, Teymurlular Azərbaycana yürüşləri, onların Şirvanşahlarla münasibətləri, Azərbaycanda baş vermiş üsyanlar haqqında məlumatlar vardır. Kəmaləddin Əbdürrəzzaq ibn İshaq Səmərqəndi 1482-ci ildə Herat şəhərində vəfat edib. Əbdürrəzzaq Səmərqəndi Mavəraünnəhr və Orta Şərq məmləkətlərinin XIV-XV əsrlərdəki tarixinə aid məlumatları yazısında cəmləşdirib "Mətləi səideyn və məcməi bəhreyn" adlı əsər qələmə almışdı. Əsərin tənqidi mətni elmi izahlarla 1960-cı və 1969-cu illərdə Daşkənd şəhərində nəşr edilib. Əsərin əlyazmasının bir nüsxəsi Saltıkov-Şedrin adına LDUK-də saxlanılır.
Əbdürrəzzaq xan
Əbdürrəzzaq xan (?-1729) — Toxmaqlı oymağının məşhur simalarından biri. Qaradağ hakimi. Əbdürrəzzaq xan 1725-ci ildə osmanlıların yürüşü zamanı müqavimət göstərmədən rəqib tərəfə keçmiş və paşa ünvanını almışdı. 1725-1727-ci illərdə Əbdürrəzzaq xan paşa olaraq Osmanlı dövlətinə qulluq edib. 1727-ci ildə Qaradağda Osmanlılara qarşı üsyan başladı. Üsyana Əbdürrəzzaq xan özü başçılıq edirdi. 1729-cu ildə üsyan yatırılır, Əbdürrəzzaq xan qətlə yetirilir. Məhəmmədqasım xanın oğlu. Ənvər Çingizoğlu. Qaradağlılar.
Əbdürrəzzaq Növrəs (Növrəs Qədim)
Əbdürrəzzaq Növrəs— XVIII əsr yaşamış şair, ictimai xadim, dövlət xadimi Əbdürrəzzaq Növrəs Məhəmməd oğlu XVIII əsrdə Kərkükdə doğulmuşdur. Şairin əsl adı Əbdürrəzzaq Növrəsdir. Qədim sözü əsərlərində işlətdiyi təxəllüsüdür. Bu sözü 19-cu yüzilliyin şairlərindən olan Osman Növrəsdən fərqlənmək üçün götürmüşdür. Şairin dəqiq doğum tarixi bəlli deyil. İlk təhsilini doğulduğu Kərkükdə almışdır. Həm türkcə, həm farsca qələmə aldığı əsərlərindən yaxşı bir ailədə böyüməsi, bir neçə dil biliyi olması haqqında məlumat vardır. Sonralar Osmanlı dövlətində Diyarbəkir valisi Həkimoğlu Əli Paşanın yanında çalışmağa başlamışdır. Növrəs Əli Paşanın Şərqdəki sərdarlıq və valilik kimi vəzifələri əsnasında katiblik xidmətinə girərək onun yanında müxtəlif yerlərdə olmuş, Diyarbəkir valisi olarkən Həkimoğlunun rəhbərliyi ilə 1143-cü ildə (m. 1731-ci il) Təbriz səfərinə qatılmışdır.