ƏFV

məhkəmədə çıxarılan qərarla müttəhimin tam bağışlanması və ya ona qarşı yüngül cəzanın tətbiq edilməsidir. İslam hüququnda cinayətin qurbanı olan insan və onun yaxınları, məhkəmə orqanlarında ona qarşı haqsızlıq edən caninin ona və ya yaxınlarına təzminat ödəməsi və ya təzminatsız bağışlanması haqqında vəsatət qaldıra bilər. Əfv ümumiyyətlə ən humanist davranışdır. Əfv edən insan gərək ki, dərin imana və yüksək əxlaqi keyfiyyətlərə sahib insan olsun. Çünki, əfv edə bilmək bacarığı insanın yüksək keyfiyyətlərindən xəbər verir. Məhəmməd peyğəmbər də Məkkəni fəth etdikdə bütün məkkəli müşrikləri əfv etmişdir. Onun bu humanist davranışı bütün məkkəlilərin müsəlman olmaları ilə nəticələnmişdir.
ƏFQANİ CƏMALƏDDİN
ƏHD
OBASTAN VİKİ
Əfv
Əfv — sanki müvafiq hərəkət heç baş verməmiş kimi, şəxsi iddia edilən cinayət və ya digər hüquq pozuntusuna görə təqsirləndirilmək və məhkum olunmaqdan azad edən hökumət qərarı. Dövlətlərin yurisdiksiyalarından asılı olaraq əfv cinayətə görə məhkum olunmazdan əvvəl və ya məhkum olunduqdan sonra verilə bilər. Əksər ölkələrdə əfv "cəmiyyətə öz borclarını ödəmiş" və ya əfv olunmağa layiq hesab edilən şəxslərə verilə bilər. Bəzən də əfv səhvən məhkum edilmiş və ya səhvən məkum olunduğunu iddia edən şəxslərə verilir. Bəzi dövlətlərin yurisdiksiyalarında əfvin qəbul edilməsi, yəni şəxsin əfv olunmağına razılıq verməsi dolayı yolla onun təqsirli olmasını qəbul etməsi kimi başa düşülür; bəzi hallarda əfv edilmək barədə təklifdən bu əsasa görə imtina olunur. Son zamanlarda səhvən cinayət törətməkdə ittiham olunan şəxslər əfvi qəbul etmək əvəzinə apelyasiya məhkəməsinə şikayət etməyi seçirlər; lakin bəzən ikinci dəfə məhkəmə xərcləri ilə üzləşməmək üçün şəxsin təqsirsizliyi mübahisə edilmədikdə ona əfv olunmaq təklif olunur. Bu, xüsusilə ölüm hökmü tətbiq olunduqda əhəmiyyət kəsb edir. Əfvlər bəzən korrupsiyaya qarşı mübarizə mexanizmi kimi görünür. Bəzən bunun əksi də ola bilər: məsələn, bəzi əfvlər siyasi maraqlar naminə şəxsə effektiv toxunulmazlıq formasında verilən səlahiyyətli şəxslərin korrupsioner hərəkətləri kimi görünə bilər. == Ölkələr üzrə == === Azərbaycan === "Azərbaycan dilinin izahlı lüğəti"ndə əfv sözünün izahı günah və qüsurunu nəzərə almama, günah və təqsirindən keçmə, günahı bağışlama kimi göstərilib.
Beynəlxalq Əfv
Amnesty International (həmçinin Amnesty və ya AI adı ilə də tanınır) — əsası 1961-ci ildə Böyük Britaniyada qoyulmuş və məqsədi "özünün insan haqlarının təbliği sahəsində işi kontekstində fiziki və psixoloji toxunulmazlıq hüququnun, vicdan və özünüifadə azadlığının, diskriminasiyadan azad olma azadlığının pozulmasının qarşısının alınması və dayandırılmasına yönəldilmiş tədqiqatlar və hərəkətlər həyata keçirilməsi" olan beynəlxalq qeyri-hökumət təşkilatıdır.
Ramil Səfərovun ekstradisiyası və əfv edilməsi
Ramil Səfərovun mübadiləsi və əfv edilməsi — Ramil Səfərov 31 avqust 2012-ci ildə Bakıya gətirilmişdir. Azərbaycan Respublikası Prezidentinin 31 avqust 2012-ci il tarixli Sərəncamı ilə cəza çəkməkdən azad edilərək əfv edilmişdir. Ramil Səfərov bu hadisə ilə bağlı ilk açıqlamasında "Bu, ədalətin bərpasıdır" demişdir. 1 sentyabr 2012-ci ildə Azərbaycanın müdafiə naziri Səfər Əbiyev Ramil Səfərovu qəbul etmiş və onu mayor rütbəsi ilə təltif etmişdir. Həmçinin ona Müdafiə Nazirliyi tərəfindən ev və onun həbsdə olduğu 8 il müddətində toplanmış əməkhaqqı verilmişdir. == ASALA terror təşkilatının hədəsi == Ramil Səfərovun Azərbaycana verilməsi və əfv olunması ilə əlaqədar Ermənistan və erməni diasporu arasında süni ajiotaj yaranmışdır. Ermənistan hökumətinin qızışdırıcı, aqressiv mövqeyindən ruhlanan erməni terror təşkilatları Azərbaycanın xarici ölkələrdəki diplomatik missiyalarını, vətəndaşlarını hədəfə götürməklə hədələməyə başladılar. 3 sentyabr 2012-ci il tarixində Azərbaycanın Macarıstan səfirliyinə ASALA Fighters terror təşkilatından daxil olmuş sənəddə Azərbaycan diplomatları, xaricdə təhsil alan azərbaycanlı tələbələr, iş adamları, diaspor təşkilatlarının fəalları hədəf kimi göstərilir və onların qətlə yetiriləcəyi bildirilmişdir. Buna cavab olaraq, 12 iyun 1993-cü il tarixində məşhur erməni terrorçu Monte Melkonyanı Ağdamda öldürmüş İbad Hüseynov mətbuata müsahibəsində bildirmişdir ki: "ASALA terror təşkilatının rəhbəri Monte Melkonyanı ermənilərin içərisindən oğurlayıb gətirmişəm. Bu gün də inanıram ki, erməni bizim qüdrətli ordumuza bata bilməz.
Osman ibn Əfvan
Osman ibn Əffan (ərəb. عثمان بن عفان الأموي القرشي‎; 574, Məkkə – 656, Mədinə) — 644–656-cı illərdə üçüncü Rəşidi xəlifəsi. == Həyatı == Fil hadisəsindən 6 il sonra Taifdə dünyaya gəldi. Qureyşin ən varlı tacirlərindən olan atası Əffan cahiliyyət dövründə dünyasını dəyişdi. Anası Ərva binti Qüreyz Rəsulallahın bibisi Ümmü Hakim Bəyza binti Əbdülmüttəlibin qızıdır. Mənsub olduğu Əməvi (Üməyyə) qəbiləsinin soyu Əbdümənaf ibn Quseydə Həzrəti Peyğəmbərin nəsəbilə birləşir. Rəsuli-Əkrəmdən altı yaş kiçikdir. Gənclik dövründə atasının yanında ticarətlə məşğul olan Osman, İslamdan əvvəl Məkkənin önəmli tacirlərindən biri idi. İslami dəvətin ilk mərhələsində Əbu Bəkrin vasitəsilə Rəsulallahın yanına gedərək müsəlman oldu və ilk on müsəlman arasında yer aldı. Əşrafdan olması səbəbilə İslamı qəbul etməsi Qureyş qəbiləsi içində əks-səda doğurdu.

Digər lüğətlərdə