ƏFZƏL

s. preferable (to), better (than), above; ~ plan preferable scheme; Bu hər şeydən əfzəldir It is above everything

ƏFVİ-ÜMUMİ
ƏGƏR
OBASTAN VİKİ
Əfzəl (Miyanə)
Əfzəl (fars. افضل‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 93 nəfər yaşayır (20 ailə).
Əfzəl Xan
General Mayor Ağa Məhəmməd Əfzəl Xan Qızılbaş - (1880, Hindistan, Lakhnau — 1964, Pakistan, Multan) Sərdar Bahadırın böyük oğlu General Mayor Ağa Məhəmməd Əfzəl Xan Qızılbaş 1880-ci ildə Hindistanın Lakhnau şəhərində dünyaya gəlmişdir. Burada təhsilini bitirdikdən sonra 1903-cu ildə İmperator Hindistan Ordusuna təhvil verildi. Hindistanıın Pəncab əyalətində yerləşən Firozpurda ilk təlimini aldıqdan sonra 1911-ci ildə kral V Georq un London və Dehlidəki Koronasiya mərasimlərində Hindistan Ordusunu təmsil etmək üçün seçildiyi yerdən Dehlidə yerləşən İmperator Hindistan Ordusu qərargahına göndərildi. XVIII əsrin sonlarında Lord Uelsli (Wellesley) tərəfindən təsis edilən köməkçi ittifaq Prinsely əyalətlərinin hökmdarlarından dövlətlərin qorunması və müdafiəsi üçün ərazi vermələrini tələb etdi. Bu məqsədlə hər bir dövlətdə İmperator Hindistan Ordusunun kontingenti yerləşirdi. Nəvvab Məhəmməd Bahaval Xan Abbasinin şəxsi istəyi ilə Dehli İmperatoru Hindistan Ordusu Baş Qərargahının Polkovniki və eyni zamanda Bahaval Xan Abbasinin yaxın dostu və Aitçison Kollecindən (Aitchison College) sinif yoldaşı olan Məhəmməd Əfzal Xan Qazılbaş Bahavalpurdakı İmperator Hindistan Ordusunun komandiri təyin edildi. Piyada, artilleriya və dəvə korpusu kimi əsas elementlərdən təşkil olunan briqada və ya bölmə qüvvəsi Nabha dövləti və Patialadan sonra Hindistan Ordusunun Mesopotamiya və Türkiyədəki hissələrinə əlavə edildi. Erkən təhsilini Pakistanın Multan və Pəncab əyalətinin paytaxtı olan Lahor şəhərində yerləşən Aitçison Kollecində (Aitchison College) almışdır.
Xacə Əfzələddin Türkə
Xacə Əfzələddin Məhəmməd Türkə (?-1583)—qazı. İskəndər bəy Münşi onun haqqında yazır: "Xoca Əfzələddin Tərkə - əsl adı Məhəmməddir. Darüssəltənə İsfahanın Türkə qazıları nəslindən idi. Əvvəlcə əqli və nəqli elmlərin öyrənilməsinə baş qoşub, bu sahədə açıq-aydın tərəqqi etdi. Daha sonra İsfahandan səadət nişanəli orduya getdi. Orada o, cənnətməkan şahın şəfqətli nəzərləri ilə əhatə olunaraq, bir müddət Mir Əlaülmülk Mərəşlə şərikli surətdə "qazi-yi əskər-i zəfər-əsər" ("zəfər nişanlı qoşunun qazısı") mənsəbini tutdu və ulu orduda tədris işlərini həyata keçirdi. Onun mədrəsəsində bir sıra tələbələr onun dərslərindən və mühazirələrindən zövq alırdılar. İsmayıl mirzə zamanında digər üləmalardan fərqli olaraq, əziz və möhtərəm tutulurdu və əksər vaxtlarda [hökmdarın] məclisinin iştirakçıları zümrəsində olurdu. İsmayıl mirzənin ölümündən sonra İsfahana gedərək, orada həmişə Türkə nəslinə mənsub olmuş qazıhq işləri ilə məşğul oldu. Lakin hakimlərin və türklərin onunla yola getməməsi üzündən vəzifədən əl çəkib, tədris işlərinə baş vurdu.
Əfzələddin Xaqani
Xaqani Şirvani (təq. 1121, Şirvan, Şirvanşahlar dövləti – təq. 1199, Təbriz, Eldənizlər dövləti[d]) — klassik Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, şair-filosof, nasir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Şirvani Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir. Şairin adı İbrahim, atasının adı Əli idi. Orta əsr mənbələrində o, belə təqdim edilir: Əbu Bədil Əfzələddin İbrahim ibn Əli Nəccar ibn Osman ibn İbrahim Həqaiqi Həssanul-Əcəm Xaqani Şirvani. Burada Həqaiqi, Həssanul-Əcəm və Xaqani onun təxəllüsü, Əfzələddin ləqəbi, Əbu Bədil kunyəsi və Şirvani mənsub olduğu yerin adı-nisbəsidir. Xaqani təqribən 1126-cı ildə Şamaxının tat kəndlərindən biri[mənbə göstərin] olan Məlhəm kəndində anadan olmuşdur. İlk təhsilini əmisindən almış və dövrünün müxtəlif elmlərinə dərin maraq göstərmişdir. Gənc yaşlarından yüksək şairlik istedadını göstərən Xaqani Şirvanşahlar sarayına dəvət edilir və orada böyük şöhrət tapır.
Əfzələddin Xunəci
Əfzələddin Xunəci — əslən Cənubi Azərbaycanın Xunəc şəhərindən olan, 1194-cü ildə doğulmuş filosof. Onun haqqında ən qiymətli ilk mənbə öz şagirdi İbn Əbi Useybiənin "Təbiblər təbəqələri barədə xəbərlərin qaynaqları" kitabıdır. Ərəb alimi Azərbaycan filosofuna rəğbətini ifadə edərək yazır: "Ə.Xunəci bilikli başçıdır, kamil düşünəndir, alim və filosofların cənabıdır". O, Qahirədə, daha sonra Misirdə uzun müddət yaşayıb, orda dövlət işlərində çalışıb. Ömrünün son vaxtlarında Misirin və onun əyalətlərinin baş qazisi vəzifəsini tutub. Bu haqda tarixçi Cəlaləddin Suyitinin "Misir və Qahirə xəbərlərinə dair" əsərində qeyd edilib. Qahirədə vəfat edib və orda şagirdləri tərəfindən dəfn edilib. Alman alimi Hammer Purqştal 1856-cı ildə Vyanada çap etdirdiyi çoxcildli "Ərəb ədəbiyyatı tarixi" kitabında Xunəciyə xeyli yer ayırıb. Alman şərqşünası Karl Brokkelmanın da onun haqqında tədqiqatları var. Nikolas Resçer "Ərəbdilli məntiq tarixinə dair tədqiqatlar" (1963), "Ərəbdilli məntiqin inkişafı" (1964) adlı kitablarında Xunəcinin də üzərində geniş dayanıb.
Əfzələddin Xəqani
Xaqani Şirvani (təq. 1121, Şirvan, Şirvanşahlar dövləti – təq. 1199, Təbriz, Eldənizlər dövləti[d]) — klassik Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, şair-filosof, nasir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Şirvani Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir. Şairin adı İbrahim, atasının adı Əli idi. Orta əsr mənbələrində o, belə təqdim edilir: Əbu Bədil Əfzələddin İbrahim ibn Əli Nəccar ibn Osman ibn İbrahim Həqaiqi Həssanul-Əcəm Xaqani Şirvani. Burada Həqaiqi, Həssanul-Əcəm və Xaqani onun təxəllüsü, Əfzələddin ləqəbi, Əbu Bədil kunyəsi və Şirvani mənsub olduğu yerin adı-nisbəsidir. Xaqani təqribən 1126-cı ildə Şamaxının tat kəndlərindən biri[mənbə göstərin] olan Məlhəm kəndində anadan olmuşdur. İlk təhsilini əmisindən almış və dövrünün müxtəlif elmlərinə dərin maraq göstərmişdir. Gənc yaşlarından yüksək şairlik istedadını göstərən Xaqani Şirvanşahlar sarayına dəvət edilir və orada böyük şöhrət tapır.

Digər lüğətlərdə