11 sentyabr hücumlarının itkiləri
2001-ci ilin 11 sentyabr hücumları zamanı ümumən 2977 insan tələf olmuşdur. Bunlardan 19-u təyyarə qaçırmaqla özünə sui-qəsd edən terrorçu və 2996 nəfər dinc əhali idi. Hücumlar nəticəsində minlərlə insan yaralandı və onların uzunmüddətli bərpa-sağlamlıq prosedurlarlına ehtiyacı yarandı. Aşağı Manhettendə yerləşən Dünya Ticarət Mərkəzi kompleksinin Əkiz Qüllələri hücuma məruz qaldıqda, ölənlərin sayının ən çoxu Nyu-York şəhərində oldu. Şimal qülləsindən təxminən 1600, Cənub qülləsindən isə minə yaxın insan tələf oldu. Virciniya ştatının Arlington qraflığında iki yüz mil cənub-qərbdə, Pentaqonda daha 125 nəfər öldürüldü. Qalan 265 nəfərin ölümünə American Airlines 11 saylı Uçuşun doxsan iki sərnişini və ekipajı, United Airlines 175 saylı Uçuşun göyərtəsində olan altmış beş nəfər, American Airlines 77 Uçuşunda olan altmış dörd nəfər və United Airlines 93 saylı uçuşa minən qırx dörd nəfər daxildir. Dünya Ticarət Mərkəzinin təkcə Şimal Qülləsinə hucum bəşər tarixində ən çox insan tələfatı olan terrorizm aktı oldu.
Dünya Ticarət Mərkəzində və Nyu Yorkda yerdə həlak olan Nyu-York Yanğınsöndürmə İdarəsinin 343 üzvü və 71 hüquq-mühafizə orqanının əməkdaşı istisna olmaqla, həlak olanların əksəriyyəti mülki şəxslərdir. Bundan başqa, mülki şəxslərə aid olmayan United Airlines 93 reysi Pensilvaniya ştatının Şenksvill yaxınlığındakı tarlaya çırpılması nəticəsində həlak olan Amerika Birləşmiş Ştatlarının Hüquq-mühafizə orqanlarının Balıq və Vəhşi Təbiət Xidməti Ofisinin əməkdaşı; Virciniya ştatının Arlinqton qraflığında Pentaqonda həlak olan 55 hərbçi və dörd təyyarənin göyərtəsində həlak olan 19 terrorçu həlak olmuşdu.