ƏLƏK-VƏLƏK

is. Qarışıqlıq, alt-üst.
Bu yerdə yer tapılmaz artıq qüssəyə, dərdə; O yerdəsə ürəklər dərddən ələk-vələkdir. S.Rüstəm.

□ Ələk-vələk eləmək (etmək) – alt-üst etmək, dağıtmaq. Otaqları birbirinə vurdular.
Güman gələn yerləri ələkvələk elədilər. Mir Cəlal.

Sinonimlər (yaxın mənalı sözlər)

  • ƏLƏK-VƏLƏK qarışıqlıq — alt-üst

Antonimlər (əks mənalı sözlər)

  • ƏLƏK-VƏLƏK ƏLƏK-VƏLƏK – SAKİTLİK Bu yerdə yer tapılmaz artıq qüssəyə, dərdə; O yerdəsə ürəklər dərddən ələk-vələkdir (S

Etimologiya

  • ƏLƏK-VƏLƏK Diqqətlə axtarmaq mənasında işlədilir. Mənbələrdə ələk sözünün “axtarmaq” mənası verilib. Söz ələk və ələk kimi olub, sonra indiki şəklə düşüb
ƏLƏK
ƏLƏKÇİ
OBASTAN VİKİ
Ələk
Ələk — unun kəpək və qeyri-yad əşyalardan təmizləmək üçün sağanağa keçirilmiş sıx tordan ibarət alətdir. Ələk dairəvi qutu şəklində olur. Əlәklər yastı olmaqla, vibrasiyalı, yırğalanan, barabanlı olmaqla, fırlanan kimi növlәrә ayrılır. Əsasәn, un, kombinә olunmuş yem vә yarma istehsalında, әrzaq vә yem mәhsullarının hazırlanması üçün dәnin xәlbirlәnmәsindә, hәmçinin faydalı qazıntıların saflaşdırılmasında istifadә edilir. Ələk unun ələnməsində istifadə edilən əsas alətdir. Ələklərin alı və qaraçı növləri mövcuddur. Ələk hazırlama peşəsi Azərbaycanda geniş yayılmışdır.

Digər lüğətlərdə