ə'la
əlaqələnmək
OBASTAN VİKİ
Kovalent əlaqə
Kovalent əlaqə — Elektromənfilikləri kəskin fərqlənməyən atomlar arasında kovalent əlaqə yaranır. Kovalent əlaqənin təbiəti atomlar cütünün ümumi (əlaqələndirici) elektron cütünün əmələ gəlməsindən və bu cütə birgə sahib olmaqdan ibarətdir. Bu cütlüyün elektronları hesabına hər bir atom öz valent səviyyəsini tamamlayır və bununla da öz enerjisini azaldır. Bu cütün yerləşdiyi yerdə mənfi yükün iki qat olması hesabına nüvələrdən hər birinin arasında və bu oblastda cazibə güclənir. Beləliklə atomlar əlaqələnmiş olur və birlikdə olur. == Kovalent rabitə nəzəriyyəsi == Kovalent rabitə nəzəriyyəsi ümumi şəkildə 1916-cı ildə Amerika alimi Lyus tərəfindən yaradılmışdır. Bu nəzəriyyənin sonrakı inkişafında, xüsusilə onun kompleks birləşmələrə tətbiqi sahəsində N.Sicivikin böyük rolu olmuşdur. Buna görə kovalent rabitə nəzəriyyəsi son vaxtlarda Lyus-Secvik nəzəriyyəsi adlanır. ion rabitəsində olduğu kimi kovalent rabitə nəzəriyyəsinin də əsas mahiyyətini qarşılıqlı kimyəvi təsirdə olan element atomlarında müvafiq təsirsiz qazlara məxsus davamlı elektron konfiqurasiyasının əmələ gəlməsi təşkil edir.Lakin kovalent rabitənin yaranması zamanı ion rabitəsindən fərqli olaraq, elektronun bir element atomundan digər element atomuna tam keçidi baş vermir. Yalnız qarşılıqlı təsirdə olan hər iki element atomlarının açıq elektronlarının bir-biri ilə qapanması hesabına ümumi elektron cütləri yaranır ki, bunlar da eyni vaxtda hər iki atoma aid olmaqla onların arasında rabitənin yaranmasına səbəb olur.
Qarşılıqlı əlaqə
Ünsiyyət Qarşılıqlı əlaqə – dialektikanın ən ümumi kateqoriyalarından biri; obyektiv aləmin daimi hərəkət və dəyişilməsində onun vəhdətini, onu təşkil edən predmet və hadisələr arasındakı sonsuz əlaqəni ifadə edir. == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Torpaq-Kosmos-Qarşılıqlı Əlaqə (1984)
== Məzmun == Bu gün, insan hər iki qütbü fəth edəndən, Yerdə praktiki olaraq "ağ ləkələr" qalmayandan sonra, biz cazibə qüvvəsini dəf edib ulduzlara hücum etdik, sözün həqiqi mənasında Yer planetini özümüz üçün kəşf etdik. XX əsrin güclü sənayesi ilə ətraf mühitin dramatik qarşılıqlı əlaqəsi zəmanəmizin ən sərt və vacib məsələlərindən biridir. "Ekologiya", "Ətraf mühitin mühafizəsi"-bu sözlər dünya mətbuatında hər gün səslənir. Ən müdrik və ağıllı insanlar, beş qitənin ən qabaqcıl alimləri haray qaldırır, torpağımızı çirkləndirməkdən, onun varını-meşələri, çayları, okeanları, atmosferi, birbaşa məhv olmaqdan xilas etməyə çağırırlar. Elmi-kütləvi film Yerin nə olduğu barədə onun insanla mürəkkəb əlaqəsi haqqında danışır. Film eyni zamanda insan zəkasının geniş yaradıcılıq imkanları haqqındadır. Bu kinolent insana həsr olunmuş himndir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Ruslan Şahmalıyev Ssenari müəllifi: Tofiq İsmayılov, Ruslan Şahmalıyev Operator: Nemət Rzayev, Anatoli İvanov Bəstəkar: Rafiq Babayev Səs operatoru: Nataliya Nuriyeva == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə.
Torpaq-kosmos-qarşılıqlı əlaqə (film, 1984)
== Məzmun == Bu gün, insan hər iki qütbü fəth edəndən, Yerdə praktiki olaraq "ağ ləkələr" qalmayandan sonra, biz cazibə qüvvəsini dəf edib ulduzlara hücum etdik, sözün həqiqi mənasında Yer planetini özümüz üçün kəşf etdik. XX əsrin güclü sənayesi ilə ətraf mühitin dramatik qarşılıqlı əlaqəsi zəmanəmizin ən sərt və vacib məsələlərindən biridir. "Ekologiya", "Ətraf mühitin mühafizəsi"-bu sözlər dünya mətbuatında hər gün səslənir. Ən müdrik və ağıllı insanlar, beş qitənin ən qabaqcıl alimləri haray qaldırır, torpağımızı çirkləndirməkdən, onun varını-meşələri, çayları, okeanları, atmosferi, birbaşa məhv olmaqdan xilas etməyə çağırırlar. Elmi-kütləvi film Yerin nə olduğu barədə onun insanla mürəkkəb əlaqəsi haqqında danışır. Film eyni zamanda insan zəkasının geniş yaradıcılıq imkanları haqqındadır. Bu kinolent insana həsr olunmuş himndir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Ruslan Şahmalıyev Ssenari müəllifi: Tofiq İsmayılov, Ruslan Şahmalıyev Operator: Nemət Rzayev, Anatoli İvanov Bəstəkar: Rafiq Babayev Səs operatoru: Nataliya Nuriyeva == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə.
Cinsi əlaqə
Cinsi əlaqə və ya seks — cinsi məmnuniyyət (həzz) və nəsil artırma məqsədini daşıyan genital əlaqə. Bu, vaginal cinsi əlaqə və ya vaginal seks kimi də qeyd olunur. Bu əlaqələr iki və ya daha çox şəxs arasındakı fiziki yaxınlığı əhatə edir və ümumiyyətlə insanlar arasında fiziki və ya emosional məmnuniyyətin artması üçün istifadə olunur və insanın bir-biri ilə yaxınlaşmasına kömək edə bilər. Cinsi əlaqə və ya digər cinsi fəaliyyətin nədən ibarət olduğu, bu əlaqələrin reproduktiv sağlamlığa təsiri haqqında fərqli fikirlər mövcuddur. Müxtəlif yurisdiksiyalarda insest, yetkinlik yaşına çatmayanlarla cinsi fəaliyyət, fahişəlik, təcavüz, zoofiliya, sodomiya, nikah öncəsi və nikahdan kənar seks kimi bəzi cinsi davranışlara məhdudiyyət qoyulur. == Dinlərdə cinsi əlaqə == === Buddizm === Buddizm inancına görə insan nə aseksual, nə də cinsi əlaqənin köləsi olmalıdır. İnsanlar mənəvi inkişafına zidd olmadığı müddətcə cinsi əlaqəyə girə bilərlər. Evlilikdən əvvəl cinsi əlaqə haram deyil, amma həyat yoldaşını aldatmaq yaxşı davranış sayılmır. Üstəlik, daha yüksək mənəvi inkişafa nail olmaq üçün seksuallığın son dərəcə zəruri olduğu deyilir. === Xristianlıq === Cinsi əlaqə xristian kilsəsində qəbul ediən müqəddəs evlilik vədlərindən sonra normaldır.
Empirik əlaqə
Elmdə empirik əlaqə və ya fenomenoloji əlaqə təcrübə və müşahidə ilə dəstəklənən, lakin nəzəriyyə ilə mütləq şəkildə dəstəklənməyən əlaqə və ya korrelyasiyadır . == Nəzəriyyəsiz analitik həllər == İlk prinsiplər kimi nəzəri əsaslardan asılı olmayaraq empirik əlaqə təsdiqedici məlumatlar ilə dəstəklənir. Bəzən ilkin empirik əlaqələr üçün nəzəri izahatlar tapılır, bu halda əlaqələr artıq empirik hesab edilmir. Buna misal olaraq hidrogen spektral xətlərinin dalğa uzunluqlarını təxmin etmək üçün Ridberq düsturunu göstərmək olar. 1876-cı ildə təklif edilmiş o, Lyman seriyasının dalğa uzunluqlarını mükəmməl təxmin etmişdi, lakin 1925-ci ildə Niels Bor atomun Bohr modelini yaradana qədər nəzəri əsası yox idi. Bəzən empirik amil hesab edilən şey sonradan əsas fiziki sabit hesab olunur. == Təxminlər == Bəzi empirik əlaqələr sadəcə təxminlərdir, çox vaxt fenomeni təsvir edən analitik həllin Taylor seriyasının ilk bir neçə həddinə ekvivalentdir. Digər əlaqələr yalnız müəyyən spesifik şərtlər altında baş verir və onları daha ümumi əlaqənin xüsusi hallarına endirir. Bəzi təxminlər, xüsusən fenomenoloji modellər hətta nəzəriyyə ilə ziddiyyət təşkil edə bilər; Onlar bəzi nəzəriyyələrə nisbətən riyazi cəhətdən daha asan başa düşülən və nəticə verə bildikləri üçün istifadə olunurlar.
Əlaqə (1989)
== Məzmun == "Yerdənkənar varlıqlarla səylə əlaqə axtarırlar, bəs bizim aramızda, Yer kürəsinin adamları arasında əlaqə varmı?.." Personajların birinin verdiyi bu sual filmin müəlliflərini düşündürür və onlar "belə bir bəşəri, millətlərarası əlaqələr barədə həmişəkindən daha çox düşünməliyik" mesajını tamaşaçılara çatdırmağa çalışırlar. Filmdə amansızlığın necə hərc-mərcliyə, zorakılığa, planetdə bütün varlığın məhvinə gətirib çıxardığı göstərilmişdir. Burada adamlara bir daha xatırladılır ki, əlaqələrin olmaması dəhşətli bəladır, qlobal qəzalar doğurur, amma film ümid hissilə sona çatır. Müsəlman və xristian dini mahnıları oxunur və yeni həyat başlanır. == Film haqqında == Film yazıçı Anarın "Əlaqə" povesti əsasında ekranlaşdırılmışdır. Filmdə xronikal kadrlardan istifadə edilmişdir. Filmin 14-cü dəqiqəsində tələbə ilə qoca qadının daxil olduğu bina hal-hazırda Lider TV-nin yerləşdiyi binadır. == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenari müəllifi : Anar Quruluşçu rejissor : Cahangir Zeynallı Quruluşçu operator : Kənan Məmmədov Quruluşçu rəssam : Kamran Zeynallı Bəstəkar : Firəngiz Əlizadə Səs operatoru : Akif Nuriyev Rejissor : Adil İsmayılov Operator : Tərlan Babayev Montaj edən : Esmira İsmayılova Geyim rəssamı : Tamilla Dağıstanlı Qrim rəssamı : Çingiz Paşayev, Berta Roqova Quraşdırılmış səhnələrin operatoru : B. Travkin Quraşdırılmış səhnələrin rəssamı : M. Zavrajnı Rejissor assistenti : F. Hüseynov Montaj üzrə assistent : Tamilla Muxtarova Assistent : F. Qaryağdı İnzibatçı : M. Səfərov Səs Operatoru-Stajçı : T. Babayev İşıq Tənzimçisi : Əminə Cəfərova İşıq Ustası : Tahir Bağırov (T. Bağırov kimi) Çalır : SSRİ Dövlət Kinematoqrafiya Komitəsinin Simfonik Orkestri Dirijor : Konstantin Krimets Redaktor : Əhmədağa Qurbanov Filmin direktoru : Əli Məmmədov === Rollarda === İlqar Həsənov-Tələbə Rafiq Əliyev-Psixiatr Aliyə Əliyeva Fikrət Məmmədov-Dazbaş T. Babayeva R. Axundova Q. Süleymanov Niyazi Bədəlov-Qoca === Filmi səsləndirənlər === Pərviz Bağırov-Tələbə (İlqar Həsənov) (titrlərdə yoxdur) Nəcibə Hüseynova-Qarı (titrlərdə yoxdur) Eldəniz Rəsulov-Psixiatr (Rafiq Əliyev) (titrlərdə yoxdur) == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə.
Əlaqə (film, 1989)
== Məzmun == "Yerdənkənar varlıqlarla səylə əlaqə axtarırlar, bəs bizim aramızda, Yer kürəsinin adamları arasında əlaqə varmı?.." Personajların birinin verdiyi bu sual filmin müəlliflərini düşündürür və onlar "belə bir bəşəri, millətlərarası əlaqələr barədə həmişəkindən daha çox düşünməliyik" mesajını tamaşaçılara çatdırmağa çalışırlar. Filmdə amansızlığın necə hərc-mərcliyə, zorakılığa, planetdə bütün varlığın məhvinə gətirib çıxardığı göstərilmişdir. Burada adamlara bir daha xatırladılır ki, əlaqələrin olmaması dəhşətli bəladır, qlobal qəzalar doğurur, amma film ümid hissilə sona çatır. Müsəlman və xristian dini mahnıları oxunur və yeni həyat başlanır. == Film haqqında == Film yazıçı Anarın "Əlaqə" povesti əsasında ekranlaşdırılmışdır. Filmdə xronikal kadrlardan istifadə edilmişdir. Filmin 14-cü dəqiqəsində tələbə ilə qoca qadının daxil olduğu bina hal-hazırda Lider TV-nin yerləşdiyi binadır. == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenari müəllifi : Anar Quruluşçu rejissor : Cahangir Zeynallı Quruluşçu operator : Kənan Məmmədov Quruluşçu rəssam : Kamran Zeynallı Bəstəkar : Firəngiz Əlizadə Səs operatoru : Akif Nuriyev Rejissor : Adil İsmayılov Operator : Tərlan Babayev Montaj edən : Esmira İsmayılova Geyim rəssamı : Tamilla Dağıstanlı Qrim rəssamı : Çingiz Paşayev, Berta Roqova Quraşdırılmış səhnələrin operatoru : B. Travkin Quraşdırılmış səhnələrin rəssamı : M. Zavrajnı Rejissor assistenti : F. Hüseynov Montaj üzrə assistent : Tamilla Muxtarova Assistent : F. Qaryağdı İnzibatçı : M. Səfərov Səs Operatoru-Stajçı : T. Babayev İşıq Tənzimçisi : Əminə Cəfərova İşıq Ustası : Tahir Bağırov (T. Bağırov kimi) Çalır : SSRİ Dövlət Kinematoqrafiya Komitəsinin Simfonik Orkestri Dirijor : Konstantin Krimets Redaktor : Əhmədağa Qurbanov Filmin direktoru : Əli Məmmədov === Rollarda === İlqar Həsənov-Tələbə Rafiq Əliyev-Psixiatr Aliyə Əliyeva Fikrət Məmmədov-Dazbaş T. Babayeva R. Axundova Q. Süleymanov Niyazi Bədəlov-Qoca === Filmi səsləndirənlər === Pərviz Bağırov-Tələbə (İlqar Həsənov) (titrlərdə yoxdur) Nəcibə Hüseynova-Qarı (titrlərdə yoxdur) Eldəniz Rəsulov-Psixiatr (Rafiq Əliyev) (titrlərdə yoxdur) == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə.
Ədəbi əlaqə və təsir
Ədəbi əlaqə və təsir — bir ədəbi hadisənin başqa ədəbi hadisə ilə ideya yaradıcılıq əlaqələri. Ayrı-ayrı yazıçılar, yaxud ədəbi cərəyanlar, məktəblər və bütöv ədəbi dövrlər səviyyəsində yaranır. Ədəbiyyatla digər sənət növləri (teatr, rəssamlıq, musiqi və s.) arasında da əlaqə və qarşılıqlı təsir mövcuddur. Bir sənətkarın yaradıcılığında olduğu kimi, ümumi ədəbi prosesdə də hər şey bir-biri ilə qarşılıqlı əlaqədə olur. == Haqqında == Ədəbi əlaqə iki aspektdə öyrənilir: yazıçı, yaxud ədəbi mühitin təsir altında olması və onun özünün təsir göstərməsi. Bir milli ədəbiyyat daxilində ədəbi əlaqə bir yazıçı, yaxud yazıçılar qrupunun öz müasirlərinə, yaxud sonrakı ədəbi nəsillərə təsiri, millətlərarası ədəbi əlaqə isə bir xalqın bədii kəşfləri və nailiyyətlərinin başqa bir xalqa təsiridir. Başqa ədəbiyyatlarla əlaqə, qarşılıqlı mübadilə və hətta təsirlənmə milli ədəbiyyatın zəiflik əlaməti yox, dinamik inkişaf əlamətidir. Milli ədəbiyyat qapalı, yalnız öz çərçivəsində inkişaf edə bilməz, milli ədəbiyyatın gücü onun qeyri-milli ədəbiyyatlarla, inkişaf etmiş ədə-biyyatlarla yaradıcılıq ünsiyyətinin dərinliyində və çoxcəhətliliyindədir. Antik yunan ədəbiyyatı, orta əsrlər Azərbaycan, fars-tacik şeiri, İtaliya İntibah dövrü ədəbiyyatı, Fransa Maarifçilik ədəbiyyatı, rus realist ədəbiyyatı beynəlmiləl əhəmiyyətə malikdir. Sənətin inkişafında müəyyən nisbi müstəqilliyə baxmayaraq, bədii şüurun inkişafında ümumi, təkrarlanan cəhətləri məhz sosial-tarixi və ictimai-iqtisadi prosesin ümumi qanunauyğunluqları şərtləndirir.
Şəbəkə əlaqə kanallarına giriş metodları
Giriş metodu – lokal şəbəkənin əlaqə kanalını növbəti hansı işçi stansiyanın istifadə edəcəyini müəyyən edən metoddur. Əlaqə kanalına (kabelə) girişin idarə edilməsi metodu şəbəkənin xarakteristikalarına əhəmiyyətli dərəcədə təsir göstərir. Giriş metodları aşağıdakılardır: — daşıyıcının dinlənilməsi və münaqişələrin həlli ilə çoxsaylı giriş (Carrier Sense Multiple Access with Collision Detection – CSMA/CD); — səlahiyyətlərin ötürülməsi ilə çoxsaylı giriş və ya markerin ötürülməsi metodu (Token Passing Multiple Access – TPMA); — vaxtın bölünməsi ilə çoxsaylı giriş (Time Division Multiple Access – TDMA); — tezliyin bölünməsi ilə çoxsaylı giriş (Frequency Division Multiple Access – FDMA) və ya dalğa uzunluğunun bölünməsi ilə çoxsaylı giriş (Wavelength Division Multiple Access – WDMA). == CSMA/CD metodu == Daşıyıcının dinlənilməsi və münaqişələrin həlli ilə çoxsaylı giriş metodunun alqoritmi şəkil 19-da verilmişdir. Daşıyıcının dinlənilməsi və münaqişələrin həlli ilə çoxsaylı giriş metodu (CSMA/CD) növbəti alqoritm üzrə işləyir: əgər işçi stansiya verilənlərin ötürülməsi üçün şəbəkədən istifadə etmək istəyirsə, o, əvvəlcə kanalın vəziyyətini yoxlamalıdır və kanal boş olduqda ötürməyə başlaya bilər Ötürmə prosesində stansiya mümkün konfliktləri aşkarlamaq üçün şəbəkəni dinləməni davam etdirir. Əgər iki qovşağın kanalı tutmaq üçün etdikləri cəhdə görə konflikt yaranarsa, onda konflikti aşkarlayan şəbəkə platası şəbəkəyə xüsusi siqnal göndərir və hər iki stansiya eyni zamanda ötürməni dayandırır. Bu zaman, qəbul edən stansiya qismən qəbul edilmiş məlumatı atır və məlumat göndərmək istəyən bütün stansiyalar məlumatı göndərməzdən əvvəl təsədüfi seçilmiş zaman müddətində gözləyir. Bütün şəbəkə plataları müxtəlif psevdotəsadüfi zaman müddətinə proqramlaşdırılmışdır. Əgər təkrar məlumat göndərilməsi zamanı konflikt yaranarsa, onda bu zaman müddəti artırılır. Ethernet standartı rəqabətli şəbəkəni müəyyən edir, yəni işçi stansiyaları şəbəkəyə giriş hüququ əldə etmək üçün bir biri ilə rəqabət aparmalıdırlar.
Sürtünmə yolu ilə cinsi əlaqə
Sürtünmə yolu ilə cinsi münasibət — cinsi əlaqə olmadan, cinsi partnyorlar tərəfindən bir-birlərini oxşayaraq, ovuşduraraq, yaxud da, bir-birlərinə sürtünərək həyata keçirmiş olduqları sevişmə metodlarından biri. Cinsiyyət orqanlarının stimullaşdırılması öpüşmək, erogen zonalara toxunma və ya bəzən də alt paltarları çıxarmadan fiziki təmasla təmin edilir. Ümumiyyətlə bu metod cinsi təcrübəsi olmayan subay gənclərin üstünlük verdiyi üsuldur.
Konsul əlaqələri haqqında Vyana Konvensiyası
Konsul əlaqələri haqqında Vyana Konvensiyası (ing. Vienna Convention on Consular Relations) — konsul münasibətləri sahəsində universal qaydaları müəyyən edən ilk beynəlxalq çoxtərəfli razılaşma. 24 aprel 1963-cü ildə qəbul edilmişdir. == Tarixi == Beynəlxalq əlaqələrin hərtərəfli inkişafı, konsul müəssisələrinin rolunun hədsiz artması konsul hüququnun universal səviyyədə məcəllələşdirilməsi zərurətini yaradırdı. Bununla əlaqədar olaraq BMT-nin Baş Assambleyası 1949-cu il dekabrın 6-da Konsul əlaqələri və immunitetləri haqqında konvensiya layihəsinin hazırlanması barədə qətnamə qəbul etmişdir. Baş Assambleyanın bu məsələ ilə bağlı çağırdığı konfransda Konsul əlaqələri haqqında Vyana Konvensiyası qəbul edilmişdir. == Müqavilənin müddəaları == Konsul əlaqələri haqqında 1963-cü il Vyana Konvensiyası preambuladan, 5 hissədə birləşən 79 maddədən ibarətdir. 1961-ci il Vyana Konvensiyasında olduğu kimi, bu Konvensiyaya da iki əlavə protokol qəbul edilmişdir (Vətəndaşlığın əldə olunması haqqında fakultativ Protokol və Mübahisələrin məcburi həlli haqqında fakultativ Protokol). Preambulada Konvensiyanın bağlanmasının məqsədləri açıqlanır. Konvensiyanın 1-ci maddəsi xüsusi əhəmiyyət kəsb edir, belə ki, burada konvensiyada yer alan “konsul müəssisələri”, “konsul dairəsi”, “konsul vəzifəli şəxsi”, “konsul əməkdaşı” və s.
Marketinq əlaqələri
Marketinq əlaqələri — məhsul haqqında məlumatın hədəf auditoriyaya çatdırılması prosesidir. Marketinq kommunikasiyaları hər proses ola bilər: reklam, şəxsi satış, birbaşa marketinq, sponsorluq, kommunikasiya və ictimaiyyətlə əlaqələr. Marketinq kommunikasiyaları marketinq qarışığından ibarətdir, yəni 4P: Qiymət, Tanıtım, Məkan və Məhsul, ticarət biznesi və 7P: Qiymət, Tanıtım, Yer, Məhsul, İnsanlar, Sübut və Proses, xidmət üçün əsaslanan biznes. == Ümumi baxış == Reklam marketinq kommunikasiyalarının kiçik, lakin vacib hissəsidir; Marketinq kommunikasiyaları qarışığı hədəf auditoriyaya aydın və ardıcıl məlumat çatdırmaq üçün istifadə edilə bilən alətlər toplusudur. Buna adətən reklam qarışığı da deyilir. Krozye (1990) iddia edir ki, bütün terminlər 4ps kontekstində eyni məna daşıyır: məhsul, qiymət, yer və təşviq. Qiymət hədəf auditoriyaya mesaj göndərə bilər. Məsələn, 50 dollarlıq çantanı 10 dollarlıq çanta ilə müqayisə edərkən, birincisinə lüks və ya daha davamlı bir əşya kimi baxmaq olar. Marketinq planı əsas imkanları, təhdidləri, zəif və güclü tərəfləri müəyyən edir, hədəflər qoyur və marketinq məqsədlərinə çatmaq üçün fəaliyyət planı hazırlayır. Hər 4P bölməsi öz obyektini qurur; məsələn, qiymət müəyyən bir coğrafi bazarda öz məhsul və ya xidmətinizin qiymətini rəqiblərininkindən aşağı müəyyən etməklə satışları artıra bilər.
Mədəni əlaqələr
Mədəni əlaqələr — mədəni və vətəndaş cəmiyyəti məkanında həm dövlət, həm də qeyri-dövlət subyektləri tərəfindən həyata keçirilən bir sıra fəaliyyətləri əhatə edən, iki və ya daha çox mədəniyyət arasında qarşılıqlı, məcburi olmayan transmilli qarşılıqlı əlaqələrdir. Mədəni əlaqələrin ümumi nəticələri daha çox əlaqə, daha yaxşı qarşılıqlı anlaşma, daha çox və daha dərin əlaqələr, qarşılıqlı faydalı əməliyyatlar və dövlətlər, xalqlar, qeyri-dövlət subyektləri və mədəniyyətlər arasında davamlı dialoqun gücləndirilməsidir. İctimai diplomatiya və mədəni diplomatiya (dövlətlə insanlar arasında münasibətlər), strateji ünsiyyət və şərtilik (kütləvi inandırma və təbliğat siyasəti də daxil olmaqla ), ölkələr və dövlət tərəfindən maliyyələşdirilən qurumlar qeyri-dövlət aktyorlarına və mədəniyyətə güvənir. Mədəni əlaqələri ictimai diplomatiya kimi dövlət tərəfindən həyata keçirilən fəaliyyətlərdən fərqləndirmək olar; mədəni diplomatiya və millət brendinqi çünki onlar yalnız dövlət aktyorlarının siyasətindən qaynaqlanmır; bir sıra institutlar və qeyri-dövlət aktorları vasitəsilə transmilli aktorlar kimi öz məqsədlərinə nail olmaq və onların qarşılıqlılığı ilə. Bununla belə, onlar Beynəlxalq Münasibətlərin maddi komponentidir, o mənada ki, geniş spektrli qeyri-dövlət aktyorların mədəniyyətlərarası dialoqun təşviqində iştirak etdiyi məkanı əhatə edir. dövlət aktyorların milli maraqlarının ya lehinə, ya da əleyhinə olmalıdır. == Mədəni əlaqələr və nəzəriyyə == Bu tərif Chrisine Silvester-in tənqidi təxəyyüllər konsepsiyasını izləyir (bax: “Critical Imaginations in International Relations”, 2016), çünki o, ənənəvi Beynəlxalq Münasibətlərin dünyaları daha çox anlayışların və ya məlumat nöqtələrinin əlaqələndirilməsi yolu ilə təsəvvür etdiyini və bu sahədə müəyyən sosial boşluq buraxdığını iddia edir. kanonun özəyi, həyatlarını yaşayaraq və beynəlxalq münasibətlərə təsir edən insanların olması lazım olan bir boşluqdur. O iddia edir ki, Beynəlxalq Münasibətlərin çoxunda özünü insanların dünyasında yerləşdirmək üçün lazım olan yaradıcılıq yoxdur. Mədəni əlaqələr anlayışı bu boşluğu doldurur.Mədəni əlaqələr cazibə və müraciət yolu ilə başqalarının üstünlüklərinin formalaşması ilə məşğul olduğundan bu fərqli sahə Jozef Nay-ın Soft Power məşhur nəzəri konsepsiyasına uyğun gəlir (bax: Rəhbərliyə Bağlı: Dəyişən Təbiət American Power, 1990) məcbur etməkdən daha çox (gücdən istifadə etmək və ya inandırmaq vasitəsi kimi pul vermək) cəlb etmək və birgə seçim etmək qabiliyyətini ifadə edir.
Mərkəzi Asiya Regional İnformasiya və Əlaqələndirmə Mərkəzi
MARİƏM (CARICC) – Narkotik vasitələrin, psixotrop maddələrin və onların hazırlanması üçün xammalın qanunsuz dövriyyəsi ilə mübarizə üzrə Mərkəzi Asiya Regional İnformasiya və Əlaqələndirmə Mərkəzi (Central Asian Regional Information and Coordination Centre for Combating Illicit Trafficking of Narcotic Drugs, Psychotropic Substances and their Precursors) Əfqanıstandan yayılan narkotiklərin qarşısını almaq məqsədilə Birləşmiş Millətlər Təşkilatının Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi (BMT NCİ – UNODC) Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan ilə birlikdə MARİƏM-in yaradılması üzrə layihəni həyata keçirir. Qazaxıstanın Almatı şəhərində yerləşən Mərkəzin məqsədləri narkotiklər sahəsində qeyri-qanuni əməllər üzrə məlumat mübadiləsinin təmin edilməsi və bu əməllərin qarşısını almağa yönələn birgə əməliyyatların təşkili və həyata keçirilməsinə yardım göstərməkdən ibarətdir. Mərkəz üzv ölkələrdə narkotiklərlə mübarizə aparan və bu sahədə əməliyyat-axtarış fəaliyyətinin subyekti olan yəni, polis, milli təhlükəsizlik, gömrük, sərhəd xidməti orqanları ilə əməkdaşlıq edir. Mərkəzin şəxsi heyəti yuxarıda qeyd olunan orqanların əməkdaşları sırasından açıq müsabiqə yolu ilə beynəlxalq komisiya tərəfindən müəyyən edilir. Bundan başqa hər bir üzv ölkə, habelə müşahidəçi statusuna malik olan digər ölkə və yaxud səlahiyyətli beynəlxalq təşkilat Mərkəzə səlahiyyətli nümayəndə (əlaqələndərici zabit) ezam etməklə əməliyyat məlumatının mübadiləsi və birgə əməliyyatların təşkilində güclü mexanizm qurmuş olurlar. Bu mexanizmi daha da gücləndirmək məqsədi ilə İnterpol, Avropol, Ümumdünya Gömrük Təşkilatı və sair təşkilatlarla sıx əlaqələr qurulmaqdadır. MARİƏM-in hüquqi bazasını "MARİƏM-in yaradılması haqqında Razılaşma" təşkil edir. Həmin Razılaşma üzv ölkələrin prezidentləri tərəfindən imzalandıqdan və Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Türkmənistanın ali qanunvericilik orqanları tərəfindən ratifikasiya edildikdən sonra 22 mart 2009-cu il tarixdə qüvvəyə minmişdir.. Rusiya həmin razılaşmanı 9 mart 2011-ci il tarixində ratifikasiya etmişdir. MARİƏM-in xüsusiyyətləri ondan ibarətdir ki, o, heç bir siyasi, hərbi, iqtisadi və yaxud hər hansi qurumdan asılı deyil, bütün əlaqədar orqanlarla (polis, milli təhlükəsizlik orqanları, gömrük, sərhəd xidməti) əməkdaşliq edir və onlara xidmət göstərir, narkotik vasitələrlə mübarizə sahəsində marağı olan hər bir ölkə MARİƏM-ə üzv ola bilər.
Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsi (Türkiyə)
Türkiyə Respublikası Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsi (türk. İletişim Başkanlığı) - 24 iyul 2018-ci il tarixində və 30488 saylı Rəsmi Qəzetdə nəşr olunan 14 nömrəli Prezident Fərmanı ilə yaradılmışdır. Mətbuat və İnformasiya Ümumi Müdirliyinin yerinə açılmışdır və birbaşa Türkiyə prezidentinə bağlıdır. Vəzifələri; ölkənin xaricdə tanıdılma fəaliyyətlərini istiqamətləndirmək, dövlətin tanıdılmasını idarə etmək.
Qumuq - Azərbaycan əlaqələri tarixi
Azərbaycan-qumuk əlaqələri tarixi == Ümumi məlumat == Şimali Qafqazın ən böyük etnoslardan biri qumuklardır – Altay dil ailəsinin qıpçaq türk qrupuna aid xalq. Öz tarixi boyu qumuqlar müxtəlif feodal birliklərə daxil idilər: Tərki Şamxallığı, Qaytaq Usmiliyi və sairə. Azərbaycanlılar və qumuqların coğrafi yerləşmə yaxınlığı, bəzi nəsillərin eyni etnosiyasi qurumlarda təmsil olunması səbəbindən, sıx hərbi-siyasi və iqtisadi yaxınlığa malik idilər. Məntəqənin ən iri və nüfuzlu dövlət qurumlarından biri, Sulak çayı mənsəbindən cənubda yerləşən və şimaldan qumukların və noqayların mülkləri, qərbdən Avarstan, cənubdab Qara-Qaytaq, şərqdən Xəzər dənizi suları ilə həmsərhəd Tərki Şamxallığı idi. Şamxallıq qumuklar, noqaylar, yuxarı darginlər, laklar, avar qrupu və başqa etnoslarla təmsil olunmuşdular. Coğrafi və qohumluq yaxınlığı Azərbaycan xanları ilə Şamxallığın sıx əlaqələrinə dəstək oldu. "Şamxalların şəcərəsində" məsələn, qeyd olunur ki, şamxal İlçay Əhmədin dayısı Kerşas Şirvan xanı idi. Azərbaycan feodalı öz bacısı oğluna Ağdaş torpaqlarının idarəsini vermişdi. Şamxallar təxminən 17-ci əsrin yarısına qədər qumukları və qazı-qumukları idarə edirdilər. 19-cu əsrdən elmi dövriyəyə buraxılan məlumatlara görə, şamxallar 16-cı əsrdən Tərkidə və Buynakda möhkəmlənmişlər və qazıkumuklardan vergi yığırdılar.
Qumuq–Azərbaycan əlaqələri tarixi
Azərbaycan-qumuk əlaqələri tarixi == Ümumi məlumat == Şimali Qafqazın ən böyük etnoslardan biri qumuklardır – Altay dil ailəsinin qıpçaq türk qrupuna aid xalq. Öz tarixi boyu qumuqlar müxtəlif feodal birliklərə daxil idilər: Tərki Şamxallığı, Qaytaq Usmiliyi və sairə. Azərbaycanlılar və qumuqların coğrafi yerləşmə yaxınlığı, bəzi nəsillərin eyni etnosiyasi qurumlarda təmsil olunması səbəbindən, sıx hərbi-siyasi və iqtisadi yaxınlığa malik idilər. Məntəqənin ən iri və nüfuzlu dövlət qurumlarından biri, Sulak çayı mənsəbindən cənubda yerləşən və şimaldan qumukların və noqayların mülkləri, qərbdən Avarstan, cənubdab Qara-Qaytaq, şərqdən Xəzər dənizi suları ilə həmsərhəd Tərki Şamxallığı idi. Şamxallıq qumuklar, noqaylar, yuxarı darginlər, laklar, avar qrupu və başqa etnoslarla təmsil olunmuşdular. Coğrafi və qohumluq yaxınlığı Azərbaycan xanları ilə Şamxallığın sıx əlaqələrinə dəstək oldu. "Şamxalların şəcərəsində" məsələn, qeyd olunur ki, şamxal İlçay Əhmədin dayısı Kerşas Şirvan xanı idi. Azərbaycan feodalı öz bacısı oğluna Ağdaş torpaqlarının idarəsini vermişdi. Şamxallar təxminən 17-ci əsrin yarısına qədər qumukları və qazı-qumukları idarə edirdilər. 19-cu əsrdən elmi dövriyəyə buraxılan məlumatlara görə, şamxallar 16-cı əsrdən Tərkidə və Buynakda möhkəmlənmişlər və qazıkumuklardan vergi yığırdılar.
Qədim türkcə-azərbaycanca əlaqələri
Sintaktik əlaqələr
Sintaktik əlaqələr — sintaktik (yun. sintaksisə aid olan), əlaqə (ərəb. qarşılıqlı münasibət, bir-biri ilə bağlılıq‎) deməkdir. == Haqqında == Söz birləşməsi və cümlədəki sözlər bir-birilə iki cəhətdən bağlı və əlaqəli olurlar: Məna(semantik) cəhətdən; Qrammatik (morfoloji və sintaktik) cəhətdən. === Sözlər arasında məna əlaqəsi === Obyektiv aləmdəki əşyalarla, onların müxtəlif xüsusiyyətləri arasındakı əlaqə nəzərdə tutulur. Onları dörd növə ayırmaq olar: Subyekt əlaqəsi: Əşya ilə onun hərəkəti arasındakı əlaqədir. Buna predikativ əlaqə də deyilir: O gəlir. Tələbə yazır. Obyekt əlaqəsi: Obyektlə hərəkət arasındakı əlaqə nəzərdə tutulur: kitabı oxumaq, yeri şumlamaq, məqaləni yazmaq.Cibindən dəsmalını çıxartdı, eynəyini götürdü, gözlərini sildi. Atributiv əlaqə: Əşya ilə onun müxtəlif əlaməti, keyfiyyət və xasiyyəti arasında olan əlaqə nəzərdə tutulur: ağ divar; həmin adam; Həyatın əzəli, əbədi qanunları var.
Sosial əlaqələr
Qarşılıqlı təsir sabit sosial münasibətlərin yaranmasına gətirib çıxarır. Bu qədər çoxmənalı məfhum altında nəyi nəzərdə tutacağımızı müəyyənləşdirməkdən başlamaq daha yaxşı olardı. Bu söz başqa elmlərdə və məişətdə istifadə olunmasının təsiri altında sosiologiyada da müxtəlif mənalarda işlədilir. Məsələn, əgər A-nın cəmiyyətdə tutduğu yer onun B-dən asılı olduğunu bildirirsə, onda deyirlər ki, A-nın B ilə müəyyən münasibətləri vardır. Bəzən deyirlər ki, A B-yə müəyyən münasibət bəsləyir, məsələn A B-yə qərəzlə yanaşır. "Münasibət" sözü həmçinin "nisbət" istilahı ilə eyni mənalı söz kimi də işlədilir. Məsələn, qüvvələrin qeyri-bərabər münasibəti (nisbəti). "İstehsal münasibətləri" ifadəsində "münasibət" sözü fərdin əmək bölgüsünə əsaslanan istehsal prosesinə cəlb edildiyi və fərddən asılı olmayan mürəkkəb və obyektiv asılılıqlar sistemini bildirir. Bir çox digər misallar da gətirərək göstərmək olar ki, "münasibət" sözünün başqa mənaları da vardır. Lakin belə hesab edirlər ki, bu sözün iki ən mühüm mənası vardır: "Münasibət" istilahı A ilə B-nin müəyyən vəziyyətini (mövqeyini), onların şüurlu səylərinin və subyektiv niyyətlərinin iştirakı olmadan yaranan qarşılıqlı asılılıqlar vəziyyətini bildirir; Bu istilah A-nın B-yə nisbətən şüurlu və subyektiv müəyyənliyi olan hərəkəti, dərk edilən və subyektiv müəyyənliyə malik asılılıqdan yaranan hərəkətidir.
Staxastik əlaqələr
== Hidrometeoroloji amillər == Hidrometeoroloji hadisə və proseslər çoxsaylı amillərin təsiri altında formalaşır. Bu hadisə və prosesləri öyrəndikdə, onlarla müxtəlif amillər arasındakı əlaqələr təhlil olunur. Ararılan tədqiqatlar iki tip məsləni həll etməyi imkan verir: Funksional əlaqələr Staxastik əlaqələr == Staxastik əlaqələr == Hidrometeoroloji praktikada y=f(x) əlaqəsinin xarakteri adətən fərqli olur. Bu hadisələrə təsir göstərən çoxsaylı amillərin hamısını nəzərə almaq qeyri-mümkündür və buna hec ehtiyac da yoxdur. Belə ki, çox zaman yalnız bir-iki amilin təsiri həlledici olur və onlarda pediktor kimi istifadə olunur. Belə hallarda ölçmələrin dəqiqliyindən asılı olmayaraq müşahidə nöqtələri əlaqə xətti ətrafında səpələnir və bunlara stoxastik (ehtimallı) asılılıqlar deyilir. Bəzən ola bilər ki, Y və X kimi kəmiyyətləri arasında əlaqə olmasın.
Səddam Hüseyn və Əl-Qaidə əlaqələri iddiası
Səddam Hüseyn və Əl-Qaidə ilə əlaqəli iddialar ABŞ hökuməti səlahiyyətliləri tərəfindən, 1992–2003 illəri arasında İraq prezidenti Səddam Hüseyn və radikal islamçı yaraqlı təşkilat Əl-Qaidə arasında, xüsusilə də iştirak etdiyi bir sıra görüşlər arasında yüksək gizli bir əlaqənin olduğunu iddia etdi. İraq Kəşfiyyat Xidməti. İraq müharibəsi ərəfəsində ABŞ prezidenti Corc Buş, Səddam Hüseyn və Əl-Qaidənin ABŞ-yə qarşı terror hücumlarına başlamaq üçün qəsd edə biləcəyini iddia etdi. və qeyriləri. Kəşfiyyat mütəxəssislərinin konsensusu, bu təmasların heç bir zaman əməliyyat əlaqəsi yaratmaması və konsensusun müstəqil 11 sentyabr Komissiyasının hesabatları və açıqlanmayan Müdafiə İdarəsi hesabatları , həmçinin Senatın Seçki Komitəsi tərəfindən dəstəklənməsidir. Müharibədən əvvəlki kəşfiyyat hesabatlarının araşdırılması II Fazasının 2006-cı il hesabatı olan Kəşfiyyat, Səddam Hüseyn və Əl-Qaidə arasında əlaqələrə dair heç bir sübut olmadığını nəticəyə gətirdi. Buş Administrasiyasının tənqidçiləri Bushun faktiki sübutlara baxmadan İraqla müharibə üçün bir iş qurduğunu söylədilər. 29 aprel 2007-ci ildə Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş direktoru George Tenet 60 Dəqiqə ilə əlaqədar, "Heç bir zaman İraq hakimiyyəti, rəhbərliyi və nəzarəti, Əl-Qaidə ilə 11 sentyabr tarixində bir əlaqəsi və ya Amerikaya qarşı hər hansı bir əməliyyat aktı olduğunu yoxlaya bilmədik. == Ümumi məlumat == ==== 11 sentyabr sonrası ==== Buş Administrasiyası 11 sentyabr hücumlarından sonra İraq diktatorunu islamçı radikallarla əlaqələndirməyə çalışdı. Prezident Buş iddianı Tony Blairə 14 sentyabr 2001-ci ildə verdi, baxmayaraq ki, Blair onu iddianı davam etdirməməyə çağırdı.
Səfəvi-Dekkan əlaqələri
Səfəvi-Dəkkən əlaqələri — Səfəvi dövləti ilə Dəkkən sultanlıqları arasında ikitərəfli münasibətlər nəzərdə tutulur. Dəkkən sultanlıqlarının çoxu elə şiə sülalər tərəfindən idarə edilirdilər. Bu sülalələrdən ən aktivi və ən güclüsü olan Qütbşahlar və ya digər adları ilə Adilşahlar elə Qaraqoyunlular nəslindən gəlməkdə idilər və bunu öz məktublarında da xüsusi fəxr mənbəyi kimi bildirmişdilər. == Tarixi == Dəkkəndə bir neçə şiə dövlətinin yaradılması ilə Səfəvi imperiyası özünü şiə dünyasının ortasında olduğunun fərqinə vardı. Səfəvi sarayına digər şiə dövlətləri tərəfindən dövlətçilik sahəsində bələdçi kimi yanaşır və ondan "qəzəbli sünni dünyası"na qarşı qorunma istəyirdilər. Bu sultanlıqlar müasir mərkəzi və qərbi Hindistanda XVI əsrdə Bəhməni sultanlığının parçalanmasından sonra meydana çıxmışdı və əsas sahil xəttlərinə nəzarət etməkdə idilər. Bu sultanlıqlardan ikisi Əhmədnaqar və Qolkonda sultanlıqları I Şah İsmayılın müvafiq addımından sonra onlar da şiəliyi dövlətin rəsmi məzhəbi elan etdilər. Lakin buna baxmayaraq, Qaraqoyunlu sülaləsindən olan Sultanqulu Baharlu babaları olan Qara Məhəmmədlə Qara Yusifin şiəliyi Şah İsmayıldan daha əvvəl qəbul etməsi ilə fəxr edirdi. O, deyirdi: İsmayılın keçmiş tərəfdarı, Hindistanda yaşayan Şah Tahir Hüseyni bu torpaqlarda şiəliyin güclənməsinə kömək etdi. Başqa bir sultanlığın hökmdarları, Bicapur sultanlığının Adili şahları növbə ilə özlərini ya sünni, ya da şiə elan etsələr də, tez-tez xütbələri Moğal imperatorlarının deyil, Səfəvi şahlarının adlarına oxumağı əmr etdilər.
Səfəvi-Moğol əlaqələri
Səfəvi-Moğol əlaqələri — XVI əsrin əvvəlindən başlamış, XVII əsrə qədər davam etmiş əsasən sülh və dostluqla müşayiət olunmuş əlaqələrdir. Səfəvi dövləti ilə Hindistan arasında yaradılan ilk əlaqələri Topal Teymurun nəvəsi və Əmir Şeyx ibn Əbu Səidin oğlu Zuhəyrəddin Babur Qorqani ilə əlaqələndirmək olar. O, bir vaxtlar Orta Asiyada hökmranlıq etmiş və özbəklərin qüdrət əldə etməsi ilə dəfələrlə amansız hücumlara məruz qalmışdır. Belə ki, özbəklər həmin dövrlərdə həm Xorasana, həm də Baburun nəzarəti altında olan məntəqələrə vaxtaşırı hücum edirdi. Şah İsmayıla məğlub olduqdan sonra isə onun Səfəvi dövləti ilə birləşməsinə münasib şərait yaranır. Şah İsmayıl ona kömək etməyə hazır olduğunu bildirir, bir şərtlə ki, şiə məzhəbini qəbul edib on iki imamın adına sikkə vurdurmuş olsun. Orta Asiyada bir o qədər də uğur qazana bilməyən Babur qızılbaşların himayəsi ilə Kabulda hakimiyyəti ələ keçirir və sonra Qəndəhar uğrunda mübarizə aparıb, oranı da işğal etməyə nail olur. Babur Şah İsmayılın hakimiyyətdə olduğu bütün dövrlərdə onunla əlaqələrini kəsmir. Tarixi mənbələrə əsaslanaraq qətiyyətlə deyə bilərik ki, Babur şiə məzhəbini qəbul etmiş, hətta qızılbaşların paltarını geyərək Səmərqənddə on iki imamın adına xütbə də oxutmuşdur. Babur şah Təhmasibin hakimiyyətinin ilk illərində Dehli və Akra şəhərlərini ələ keçirib özünü Hindistanın imperatoru elan edir.
Səfəvi-Osmanlı əlaqələri
Səfəvi–Osmanlı münasibətləri — Səfəvi və Osmanlı dövlətləri arasında olan münasibətləri. == Münaqişələr == Qərbi Avropa dövlətlərinin səyi və qızışdırıcı siyasəti nəticəsində fasilərlə 100 il Səfəvi – Osmanlı müharibələri baş vermiş, bu müharibələrdə iki qüdrətli müsəlman dövləti xeyli zəifləmişdir. Hərbi əməliyyatlar 1514–1555, 1578–1590, 1603–1612, 1616–1618, 1623–1639, 1723–1727, 1730–1732, 1733–1736-cı illərdə getmiş və Amasiya (29 may 1555), İstanbul (21 mart 1590), İstanbul (20 noyabr 1612), Sərab (26 sentyabr 1618), Qəsri-Şirin (17 may 1639), Həmədan (4 oktyabr 1727), Kirmanşah (16 yanvar 1732), İstanbul (17 oktyabr 1736) müqavilələri ilə başa çatmışdır. Səfəvilərlə Osmanlılar arasında 1730–1736-cı illərdə baş vermiş müharibə zamanı Cənubi Qafqaz ərazisi 1732-ci il Kirmanşah sazişinə görə Osmanlıların əlinə keçmiş, lakin 1736-cı ildə yenə də İstanbulda bağlanmış sazişlə İrana geri qaytarılmışdır. 1743-cü ildə İranla Türkiyə arasında yenidən müharibə başlamışdır. 1770-ci illərdə yenidən davam etmişdir. Araşdırmalar göstərir ki, osmanlıların hücumlarından ehtiyat edən Səfəvi hökmdarları dövlətin paytaxtını 1555-ci ildə Təbrizdən Qəzvinə, 1598-ci ildə isə İranın daxilində yerləşən İsfahana köçürməyə məcbur olsalar da, sarayda, orduda, ümumiyyətlə, dövlətdə Azərbaycan türkcəsi kifayət qədər işlək bir dil olub. 1684–1685-ci illərdə Səfəvilər dövlətində olmuş alman səyyahı Engelbert Kempfer türk dilinin Səfəvilər sarayında rəsmi dil olması haqqında məlumat verib. Digər Avropa səyyahlarından Rafael dü Man XVII əsrdə Azərbaycan türkcəsinin yalnız İranda deyil, Gürcüstan və Rusiyada da ticarətdə mühüm bir vasitə olduğunu söyləyib, A. Olearı bu dövrdə ölkədə türkcənin ümumi bir dil olduğunu və yalnız türklərin deyil, farsların, ermənilərin, gürcülərin də aralarında bu dildə danışdıqlarını bildirib. Görkəmli Azərbaycan alimi Turxan Gəncəyi Avropa səyyahlarının — Petra della Valle, Adam Oleari, Şevalye Jan Şardən, Sanson, Rafael dü Man və Engelbert Kempferin əsərlərini, Şah Səfinin Avstriya — Macarıstan imperatoru II Ferdinanda və Şah Sultan Hüseynin Saksoniya hersoqu və Polşa kralı Avqusta məktubunu nümunə gətirərək Azərbaycan türkcəsinin İsfahandakı Səfəvi sarayında yüksək mövqeyə malik olduğunu sübut edir.
Səfəvi-Şeybani əlaqələri
Səfəvi-Şeybani əlaqələri — XVI əsrin əvvəlindən sonuna qədər davam etmiş əsasən müharibələrlə müşayət olunmuş əlaqələr. Şeybanilər Teymurilər sülaləsinə qarşı mübarizə apardıqları zaman Şah İsmayıl İranı birləşdirib vahid dövlətə çevirməyə can atır və eyni zamanda Xorasanda baş verənləri də nəzarət altında saxlayırdı. O, özbəklərin Kermana, Astarabad və Xorasana etdikləri hücumları və Şeybanilərin təhlükə törədə biləcəklərini nəzərə alaraq ciddi tədbirlərə əl atmalı olduğunu başa düşür. Şeybək xanın Şah İsmayıla göndərdiyi məktubda da şe’r ilə hədəfinin tək İranın deyil, Məkkə və Mədinənin də işğal edəcəyi olduğu göstərilir. Şeirin məzmunu: (Şeybək xan İraq dedikdə təzə təsis olmuş Səfəvi dövlətinin ixtiyarında olan Əcəm İraqını nəzərdə tutmuşdur). Hicrətin 916-cı ilində İranın mərkəzində artıq heç bir çətinlik qalmamışdı. Fəzl Ruzbəhan bu haqda yazır: "İraq, Fars, Kerman, Azərbaycan və Ərəb İraqında Şah İsmayıla çətinlik törədə biləcək və başını qata biləcək elə bir qarışıqlıq qalmamışdı". Nəhayət, Şah İsmayıl Şeybək xanın sorağına gəlir və təkəbbürə malik olan Şeybək xan Şah İsmayıla göndərdiyi məktublarda ünvanına xoşagəlməz sözlər deyir və onu «kiçik nəzarətçi» adlandırırdı. O, Şah İsmayıldan İranda onun adına sikkə vurub Orta Asiya camaatının Həcc ziyarətinə getməyinə imkan verməsini tələb edirdi. Göndərdiyi məktubların birində yazırdı: "Cümə məscidlərində bizim hər yanı tutmağımız haqqında xütbə oxu və özün də bizim yüksək məqamımıza diqqət yetir, yoxsa..." Belə bir təhqiramiz məktub hər bir tanınmış əmir üçün dözülməz bir iş idi.
Səfəvi-Şirvanşahlar əlaqələri
Səfəvi-Şirvanşahlar əlaqələri — 15-cı əsrin ikinci yarısından başlamış, 16-cı əsrin əvvəlinə kimi əsasən müharibələrlə müşayiət olunmuş əlaqələrdir. 1538-ci ildə Şirvanşahlar dövləti süquta uğradılaraq Səfəvilər dövlətinə birləşdirimişdir.
Səfəvilərlə əlaqədar döyüşlər
== Səfəvilər ilə bilavasitə və ya bilvasitə əlaqədar döyüşlərin, yürüşlərin, mühasirə və sair hərbi əməliyyatların hərfi düzümü: ==
Səfəvilərlə əlaqədar hərbi əməliyyatların düzümü
== Səfəvilər ilə bilavasitə və ya bilvasitə əlaqədar döyüşlərin, yürüşlərin, mühasirə və sair hərbi əməliyyatların hərfi düzümü: ==
Səfəvilərlə əlaqədar hərbi əməliyyatların siyahısı
== Səfəvilər ilə bilavasitə və ya bilvasitə əlaqədar döyüşlərin, yürüşlərin, mühasirə və sair hərbi əməliyyatların hərfi düzümü: ==
Totemlərlə əlaqədar mifoloji toponimlər
Totemizmin əlamətlərinin meydana gəlməsi insanın mədəni inkişafa doğru atdığı ən uğurlu addımlardan biridir. Qədimlərdə totem heyvanları qəbilə üzvləri özləri ilə aparırdılar, onun xasiyyət və davranışlarını yamsılamağa çalışır, elə zənn edirdilər ki, bu davranış və hərəkətlər vasitəsilə qeyri-adi gücə malik olurlar. Totem heyvanın xasiyyətini, səsini daha düzgün icra edən icmada ən hörmətli şəxs sayılırdı. Totem ulu əcdad üçün ətraf mühitə münasibətdə indiqator rolunu oynayır, əxlaq və etik normaları tənzimləyirdi. == Tarixi == Tarixəqədərki bütün inkişaf mərhələlərində – istər nitq qabiliyyətinə çatmamış, şüuru oyanmamış olsun, istər barbarlıqda öz övladının ətini yediyi anlarını yaşasın, istər heyvanlar kimi təbiətin yazılmamış qanunlarıyla, gücün, qol zorunun hesabına dövran sürsün, istərsə də də bir kökdən, eyni totemdən törədiyini zənn edib ailə, tayfa çərçivəsində birləşməklə başqa canlılara düşmən kəsilsin – insanın keçdiyi müəmmalı, qaranlıq yolları ilk növbədə arxeoloji qazıntılarda tapılan əşya və ləvazimatlarla öyrənmək mümkündür. Bəşər övladı evsiz, ocaqsız çöldə-biyabanda ömür-gün keçirdiyi çağlarda ancaq qidasını tapmaq uğrunda çalışmış, yağışdan, soyuqdan qorunmaq üçün isə təbii mağaralara sığınmışdı. Əlinə keçən primitiv daş alətlər, üstündə gəzdirdiyi elementar əşya və ləvazimatlar nə yollasa, ölümündən sonra qalıb bizim zamanəmizə çatıbsa, onlar vasitəsilə onun mədəni səviyyəsi, incəsənəti (var idisə), dünyagörüşü, dini inamı (formalaşmışdısa) barədə məlumat əldə etmək imkanı yaranır. Keçmişin dərin qatlarına doğru uzanan bilinməz yolu tapmağın ikinci ənənəvi üsulu arxaik mif, əfsanə, nağıl, dastan və digər folklor qaynaqlarını saf-çürük etməkdir. Çünki həmin bədii yaradıcılıq məhsulları şifahi şəkildə uzun əsrləri adlasa da, ulu əcdadın lap başlanğıcdakı düşüncələrinə, dünyabaxışına, adət-ənənələrinə və əxlaqına aid ən incə nöqtələri içərisində qoruyub saxlayır. Görkəmli psixoanalitik Z.Freyd bu sıraya apardığı eksperimetlərin nəticəsi olaraq bir də onu əlavə edir ki, "İbtidai insan həm də məlum mənada müasirimizdir".

Значение слова в других словарях